Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2797/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla "qohumluq faktının müəyyən olunması" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla "qohumluq faktının müəyyən olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 xx.xx.1957-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 atası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin numayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizəçinin X2 xx.xx.1957-ci ildə Culfa rayonunun Bənəniyar kəndində doğulmuşdur.xx.xx.1978-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan 4 övladı doğulmuşdur. 03 fevral 2024-cü il tarixdə infarkt səbəbindən Bakı şəhərində vəfat etmişdir. X4 və atası X1 miras kimi daşınar və daşınmaz əmlaklar qalmışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi məqsədi ilə ərizəçi Culfa şəhər dövlət notariat ofisinə müraciət etsə də, notarius tərəfindən sənədlər qəbul edilməmişdir. Səbəb kimi göstərilmişdir ki, mərhum X5 doğum haqqında şəhadətnamənin ata qrafası boşdur, ana qrafasında isə X14 göstərilmişdir. Hazırda mirasdan pay almaq üçün X7 ilə X6 arasında qohumluq münasibəti faktının, yəni 16 iyul 2001-ci il tarixdə vəfat etmiş X3 10 mart 1957-ci il tarixdə doğulmuş və 03 fevarl 2024-cü il tarixdə vəfat etmiş X5 atası olması faktının müəyyən olunması zərurəti yaranmışdır.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Şahid qismində dindirilən X12 məhkəmə iclasında bildirmişdir ki, o, Əliyev Nəcəfin arvadıdır.Nəcəfin atası Əliyev Əlimərdan olmuşdur, xx.xx.2001-ci il tarixdə Culfa rayonu, Bənəniyar kəndində vəfat etmişdir. Şahid qismində dindirilən X13 məhkəmə iclasında bildirmişdir ki, o, Əliyev Nəcəfin qızıdır.Babasının adı Əliyev Əlimərdan olmuşdur, xx.xx.2001-ci il tarixdə Culfa rayonu, Bənəniyar kəndində vəfat etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-ИЕ seriyalı, 938596 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə doğulmuşdur.Ata qrafası boşdur, anası X10r. İş materiallarında olan AZ-İ seriyalı, 871374 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 384170 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə infarkt səbəbi ilə vəfat etmişdir İş materiallarında olan İ-Жİ seriyalı, 458689 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.1978-ci il tarixdə rəsmi nikah bağlanmışdır. İş materiallarında olan İX-ЖГ seriyalı, 398641 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuşdur.X2, anası X9r. İş materiallarında olan Culfa rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 285194 nömrəli arayışından görünür ki, X6 ilə X14 17 mart 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Culfa rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 080326 nömrəli arayışından görünür ki, X6 xx.xx.2001-ci il tarixdə böyrək çatışmamazlığı səbəbindən Culfa rayonu, Bənəniyar kəndində vəfat etmişdir. İş materiallarında olan Culfa rayonu Bənəniyar kənd nümayəndəliyindən verilmiş arayışa əsasən mərhum X5 vərəsələri arasında atası 09 iyul 2001-ci il tarixdə vəfat etmiş X6 da göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 xx.xx.1957-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 atası olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 xx.xx.1957-ci il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş X5 atası olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2797/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2797/2024
09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver