Məhkəmə qərarları › İş №e-2(003)-281/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-281/2023

02.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-281/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 Nuru qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı (Bakı şəhəri 7 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "miras” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı "miras” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, iddia ərizəsinə əlavə etdiyi Vİİ- JQ seriyalı, 337903 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən də göründüyü kimi İddiaçı2 X14 ilə xx.xx.1997-ci ildə Əzizbəyov (Xəzər) Rayon VVADQ Şöbəsində 295 nömrəli qeydlə nikaha daxil olmuşdur. XX-JQ seriyalı, 493285 nömrəli doğum haqqında şəhadətnamədən də göründüyü kimi həmin nikahdan onların qızı xx.xx.1999-cu ildə X11 dünyaya gəlmişdir. AC 358376 nömrəli qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi onlar birgə nikah dövründə xx.xx.2015-ci ildə VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. 263827 nömrəli ölüm haqqında şəhadətnamədən də göründüyü kimi X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. X4 miras qalmış avtomobil birgə nikah dövründə əldə edildiyindən avtomobilin 1/2 pay hüququ ona məxsus olsa da, qalan 1/2 pay vərəsəlik qaydasında o və qızı İddiaçı1 arasında bölünməli, qızı onun xeyrinə payından imtina etdiyindən miras əmlaka dair tam pay hüququ verilməsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Belə ki, həmin miras əmlak onlar tərəfindən qəbul edilmişdir. O, mərhumun dəfn xərclərini çəkmiş, qəbirüstü abidə xərclərinin ödənməsi məqsədi ilə avtomobili satmaq istəsə də avtomobilin mülkiyyət hüquqlarını əldə edə bilmədiyindən sata bilməmişdir. O, daim ərinin qulluğunda durmuş, onun bütün dəfn mərasimini təşkil edib, bunun üçün lazım olan hər şeyi etsə də hazırda onun qəbirüstü abidə xərclərinin ödənməsini təmin edə bilmir. Qızı İddiaçı1 xx.xx.2022-ci 11 tarixli **********559 nömrəli ərizə ilə müraciət edərək atası X4 qalan bütün daşınar, daşınmaz əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, o isə xx.xx.2022-ci il tarixli, **********768 nömrəli ərizə ilə müraciət edərək əri X4 qalan bütün daşınar, daşınmaz əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Sonradan ərizə verərək ərindən qalan miras VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin nikah dövründə əldə edildiyindən 1/2 hissədə payının olduğunu, qızının öz payını ona verdiyindən, digər vərəsələrin miras əmlakı qəbul etmədiyindən ərindən qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etsə də 7 saylı Notariat Kontoru əsassız olaraq ona imtina verərək süründürməçilik etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli D/127 nömrəli imtinada əsassız olaraq digər vərəsələrin mərhum ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A. Xələfov küç., ev.41-də qeydiyyatları olduğu üçün onların miras əmlakın faktiki qəbul etmələri ilə əlaqədar onlara ** VP *** dövlət qeydiyyat nişanlı, VAZ 21150 minik markalı nəqliyyat vasitəsinə dair bərabər paylarda 1/2 hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin imkanları xaricində olduğu bildirilmişdir. Bununla yanaşı ondan yaşayış yeri barədə istənilmiş arayışda digər vərəsənin X5 adı qeyd edilsə də, “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışda olan Cavabdeh1 və Cavabdeh2 adları imtinada qeyd edilsə də, imtinada X5 adı qeyd edilməmişdir. Mərhumun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A. Xələfov küçəsində yerləşən 41 saylı evə dair heç bir mülkiyyət hüququ olmadığı halda notariat ofisinin vərəsələrin miras əmlakı faktiki qəbul etmələri əsası ilə imtina verməsi tamamilə əsassızdır. Belə ki, nə notariat ofisinin miras əmlakın kütləsini araşdırması zamanı toplanmış sənədlərdə, nə də onlar tərəfindən təqdim edilmiş hər hansısa bir sənəddə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A, Xələfov küçəsində yerləşən 41 saylı evin X10 məxsus olmasına dair heç bir sənəd (çıxarış, texniki pasport) mövcud olmadığı halda notariat ofisi qanunsuz olaraq imtina vermişdir. Onların tərəfindən miras əmlakı faktiki qəbul edilmiş və qanunda nəzərdə tutulmuş vaxt ərzində miras əmlaka vərsəlik hüquqlarını tanınması ilə bağlı nofariat orqanına ərizə verilnişlir. Lakin miras qoyanın birinci növbəli vərəsələri olan ilk evliliyindən olan övladları Cavabdeh1, X12 və Cavabdeh2 miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişlər və müddəti ötürmüşlər. Yəni onların miras əmlakdan miras payı almaq iradələri yoxdur. Bu səbəbdən hesab edir ki, miras əmlakın mərhumdan qalan 1/2 hissəsi 2 vərəsə o və qızı arasında bərabər paylarla bölünməli olsa da, qızı İddiaçı1 miras əmlakı qəbul etməklə onun xeyrinə imtina etmişdir. Qeyd edilənlərə əsasən X4 miras qalmış birgə nikah dövründə əldə edilmiş VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı daşınar əmlak üzərində 1/2 pay hüququnu tanımaqla həmin daşınar əmlak üzərində tam payla vərəsəlik hüququnun tanınması, çıxarılacaq qətnamənin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadəmamənin verilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış birgə nikah dövründə əldə edilmiş “VAZ 21150 minik” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı daşınar əmlak üzərində İddiaçı2 1/2 pay hüququnu tanımaqla, digər 1/2 hissəyə dair İddiaçı2, 1/2 hissəsində (25%) isə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadəmamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə X4 miras qalmış birgə nikah dövründə əldə edilmiş “VAZ 21150 minik” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı daşınar əmlak üzərində İddiaçı2 1/2 pay hüququnu tanımaqla, digər 1/2 hissəyə dair İddiaçı2, 1/2 hissəsində (25%) isə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadəmamənin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, atasının ölümündən əvvəl onunla birlikdə yaşamışdır və “VAZ 21150 minik” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmişdir. Onun da həmin avtomobilə vərəsəlik hüququ var. Atasınıb məzarı üçün baş daşının qoyulması xərclərini özü çəkmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 X4 miras qalmış birgə nikah dövründə əldə edilmiş “VAZ 21150 minik” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı daşınar əmlak üzərində İddiaçı2 1/2 pay hüququnu tanımaqla, digər 1/2 hissəyə dair İddiaçı2, 1/2 hissəsində (25%) isə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadəmamənin verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X8 bildirdi ki, atası X14 ilə ailə həyatı qurmuş İddiaçı2 ona və atasının birinci nikahdan olan digər övladlarına qayğı göstərməmiş, onunla pis rəftar etmişdir. Nikah qurduqdan sonra İddiaçı2dan, İddiaçı1 və Cavabdeh2 ayrı yaşamışdır. Mirasın qəbul edilməsi üçün notariat orqanına müraciət etməmişdir. İddianı qəbul etmir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 7 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri 7 saylı Notariat ofisi məktubla məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Tamara Nuru qızı ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 295 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X6 atası X14, anası isə İddiaçı2dır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmamazlığı səbəbi ilə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli D/127 saylı məktubdan görünür ki, digər vərəsələrin mərhum ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A. Xələfov küç., ev.41-də qeydiyyatları olduğu üçün onların miras əmlakın faktiki qəbul etmələri ilə əlaqədar onlara ** VP *** dövlət qeydiyyat nişanlı, VAZ 21150 minik markalı nəqliyyat vasitəsinə dair bərabər paylarda 1/2 hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin imkanları xaricində olduğu bildirilmiş və məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İHB Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 1527 saylı xx.xx.2022-ci il tarixli arayışının sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A. Xələfov küç., ev 41-də İddiaçı2, X13, Cavabdeh1, Cavabdeh2 və X8 qeydiyyatdadırlar. İş materiallarında olan **********559 saylı və **********768 saylı ərizələrin sürətindən görünür ki, İddiaçı2 və X13 qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etmişlər. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 mərhum X14 ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1999-cu il təvəllüdlü Səbinə adlı qızı doğulmuşdur. Mərhumun başqa nikahdan olan 3 övladı vardır. Mübahisəli ** VP *** dövlət qeydiyyat nişanlı, VAZ 21150 minik markalı nəqliyyat vasitəsi İddiaçı2 mərhum X14 ilə birgə nikah dövründə (xx.xx.2005-ci il) əldə olunmuş və X10 məxsus olmuşdur. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçılar İddiaçı2 və X13 qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün qanunla müəyyən edilmiş zaman çərçivəsində (6 ay müddətində) notariat ofisinə müraciət etmişlər, lakin onlara imtina edilmişdir. X4 miras qalmış birgə nikah dövründə əldə edilmiş VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı daşınar əmlak üzərində İddiaçı2 1/2 pay hüququnu tanımaqla, digər 1/2 hissəyə dair İddiaçı2, 1/2 hissəsində (25%) isə İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadəmamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə həmçinin müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etməmişlər və bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmişlar. Bununla belə, tərəflərin məhkəməyə verdikləri izahatlardan məlum olmuşdur ki, Cavabdeh2 mərhumla və iddiaçı Tamara ilə birgə yaşamış, mərhumun dəfn mərasiminin təşkilində iştirak etmiş, baş daşını öz vəsaiti ilə qoydurmuş, yəni mərhuma qarşı övladlıq borcunu yerinə yetirmişdir. Həmçinin iş üzrə müəyyən olunur ki, 1-ci nikahdan olan Sima, Nazilə və 2-ci nikahdan olan Səbinə ailə quraraq başqa yerdə daimi olaraq yaşayırlar. Bunlardan Sima və Nazilə notariusa müraciət etməmiş, Səbinə isə 6 ayınadək notariusa müraciət etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, cavabdeh həmin mülkdə hal-hazırda da yaşayır. Bu halda məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 miras əmlakı faktiki qəbul etmişdir. Belə ki, hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Göründüyü kimi, vərəsələr qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. AR Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-ci maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktinda və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 1147.1—ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1- ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1159.1.1- ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1162- ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Mülki Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanı təsdiqləsin. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1202.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Mülki Məcəllənin 1243.1- ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2- ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanun normalarını indiki hala tədbiq edən məhkəmə qeyd edir ki, mərhum X9 vəfatından sonra onun birinci növbədə vərəsələri kimi arvadı və onun övladları, yəni İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və X8 qalmışdır. Məhkəmə qeyd edir ki, mərhum X9 birinci növbəli vərəsəsi olan cavabdeh İddiaçı2, İddiaçı1 vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişlər, lakin digər vərəsələr müraciət etməmişlər. Buna baxmayaraq, Cavabdeh2 faktiki olaraq mirası qəbul etmişdir. Bundan əlavə mərhumun həyat yoldaşı İddiaçı2 ilə birgə nikah dövründə olduqları dövrdə maşın aldığı üçün miras mülkdən yarı payı, yəni yəni 1/2 hissəsi Tamaraya düşməli, digər (MM225) 3 nəfər arasında (Tamara-1/6, Səbinə-1/6, Azər-1/6) bölünməlidir. Nə qədər ki, hazırki işdə iddiaçı Tamara və Səbinədir, məhkəmə qərarını aşağıdakı kimi əsaslandırır. 4/6 hissə Tamaraya, 1/6 hissə Səbinəyə düşür, 1/6 hissə isə açıq qalır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı2, İddiaçı1, onlara çatacaq miras payın alınması üçün notariat ofisinə müraciət etdiklərini, cavabdeh X9 isə faktiki olaraq mirası qəbul etmiş olduğunu nəzərə alınmalı, mərhum X4 miras qalmış ** VP *** dövlət qeydiyyat nişanlı, VAZ 21150 minik markalı nəqliyyat vasitəsinə dair 4/6 hissə ilə İddiaçı2, 1/6 hissə ilə İddiaçı1 pay hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdırdır. Buna görə də, iddia qismən təmin edilməli və mərhum X4 miras qalmış ** VP *** dövlət qeydiyyat nişanlı, VAZ 21150 minik markalı nəqliyyat vasitəsinə dair 4/6 hissə ilə pay İddiaçı2, 1/6 hissə ilə İddiaçı1 pay hüququ müəyyən edilməlidir. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitədən ibarət miras əmlakın 4/6 hissəsinə İddiaçı2 və 1/6 hissəsinə İddiaçı1 pay hüququ (məcburi pay) müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar