Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-282/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Buzovna qəsəbəsi, R.Atakişiyev küçəsi, qeydiyyatsız ev (Buzovna-Maştağa yolu) ünvanında yerləşən istifadəsində olan mənzildən cavabdehlər və digər şəxslərin Cavabdeh1 və Cavabdeh2 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, İddiaçı evə köçürülməsi, İddiaçı mənzildən istifadəsinə maneələrin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi alaraq iki otaqlı ev tikmişdir. Torpaq sahəsinin nə də tikilinin sahəsi olmamışdır. Sonradan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün Buzovna bələdiyyəsi ilə müqavilə bağlayaraq torpaq sahəsini icarə hüququ əsasında rəsmiləşdirmiş, sahiblik və istifadə hüququ əldə etmişdir. Kommunal xidmətlərə dair müqavilələr bağlayarkən məlum olmuşdur ki, mərhum həyat yoldaşının birinci arvadından olan oğlu Cavabdeh1 qaz sayğacını öz adına sənədləşdirmiş və tikdirdiyi iki otaqlı evə tanımadığı, sonuncu dəfə isə Cavabdeh2 yerləşdirmişdir. Bunun üçün Cavabdeh1 köhnə tarixli saxta yolla əldə etdiyi xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamdan istifadə etmişdir. xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncamı əldə edərək Buzovna bələdiyyəsinə və Ədliyyə Nazirliyinə müraciətlər edilmiş, alınan cavablardan məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixli, 116 saylı Sərəncam mövcud deyildir. Buna baxmayaraq, Cavabdeh1 qeyd edilən evi zəbt edərək tanımadığı Cavabdeh2 ailəsi ilə birgə istifadəsində olan torpaq sahəsinə yerləşdirməklə zəbt etmiş, mülkiyyət hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, həmçinin izahatında bildirdi ki, mübahisəli torpaq sahəsini onun mərhum əri etibarnamə əsasında almışır. Həmin torpaq sahəsində ev tikməklə orda təsərrüfat aparmışdır. O, orada mal-heyvan saxlamışdır. Evin tikilməsi üçün 270 qram qızılını satıb, 14000 manat borc götürüb, suyu, qazı və işığı çəkdirmişdir. 12 sot torpaqdır. Sonradan həmin torpaq sahəsinə dair Buzovna bələdiyyəsi ilə İcarə müqaviləsi bağlamışdır. Hal-hazırda həmin mübahisəli əmlak onun mərhum ərinin başqa arvadından olan Cavabdeh1dır. O. da həmin əmlakı Sevinc Rəhimov kirayəyə vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq dövlət balansında olub. İddiaçı kommunal borclarını ödəməyə gedəndə görüb ki, sayğac Teymurun adına dəyişilib. Teymur iddiaçıdan əssasız şikayətlər verməklə və iddiaçını qorxutmaqla mübahisəli əmlakı faktiki istifadəsinə götürmüşdür. Lakin qeyd olunan torpaq sahəsində iddiaçı öz əri ilə yaşamışdır. Həmin torpaq sahəsində evidə İddiaçı tikib. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, atası rəhmətlik Cabbarov Fəxrəddin təxminən 2015-ci ildə Famil, Yasin və Ceyhun adlı şəxslərə 30000 manat ödəyərək bağ sənədi ilə Buzovna qəsəbəsində təsərrüfatla məşğul olmaq məqsədilə torpaq sahəsi almışdır. 2016-cı il 28 noyabr tarixdə atası rəhmətə getdikdən sonra atasının ikinci həyat yoldaşı Kifayət atasının ölüm sənədi ilə onlardan xəbərsiz notarius vasitəsilə həmin torpaq sahəsini ayrı-ayrı adamların adına keçirməklə qanunsuz mənimsəmək istəyirdi. Onun bacılarının və qardaşlarının polis və prokurorluq orqanlarına çoxsaylı müraciətlərindən sonra Xəzər RPİ-də istintaqla həmin torpaq ona aktla təhvil verilmişdir. Kifayət onların atalarının adından pis niyyətlərini həyata keçirmək üçün istifadə edir. B, Ali Məhkəmənin araşdırmasında da özünün tam təsdiqini tapır. X7 aldadıb, ancaq bələdiyyə də maraqlı olub. Bələdiyyə qanunsuz torpaq vergisi adı ilə əsassız pul yığmışdır. İddiaçı onlara rəhmətlik atalarından qalan bütün mülkləri ələ keçirmişdir. Belə ki, atalarından qalan Sulutəpə qəsəbəsində ikimərtəbəli evi, İmişli rayonunda 7 ha torpaq sahəsini, Buzovna qəsəbəsində 40 baş sağmal inəklərini atası rəhmətə gedən ərəfədə satıb talamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etdi və izahatında bildirdi ki, o, atası ilə birlikdə mübahisəli evdə oranın qorunması üçün qalır. Ev Teymurgilin atalarının mülkü olub, atası tərəfindən 2015-2016-cı illərdə tikilib. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Buzovna Bələdiyyəsinin nümayəndəsi X12 məhkəməyə bildirdi ki, İddiaçı Buzovna qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmayıb. İddiaçı uzun illər torpaq sahəsini zəbt edib. İddiaçı vergiyə cəlb olunması ilə bağlı müqavilə bağlanması üçün müraciət edib, bununla bağlı müqavilə bağlanıb. Mübahisəli torpaq sahəsi Buzovna bələdiyyəsi tərəfindən heç kəsə ayrılmayıb. Torpaq sahəsi zəbt olunub, bağlanmış müqavilənin iddiaçının vergiyə cəlb olunması barədədir. Məhkəmə iclasında şahid qismində iştirak edən Qurbanova Əvəzxanım ifadəsində göstərdi ki, iddiaçını qonşu kimi tanıyır. 2017-ci ildə Kifayət Buzovnada torpaq almaq üçün ondan 14000 manat borc pul almışdır. Torpaq sahəsi boş idi, tikililəri Kifayət tikib, daş daşıyıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında surəti olan xx.xx.2020-ci il tarixli 03/2020 saylı torpaq icarəsi müqaviləsinə əsasən Buzovna Bələdiyyəsi 1200 mv.m. torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İcarə haqqı hər il 2,40 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi ilə Cavabdeh1 arasında torpaq sahəsinin icarəyə verilməsi, ayrılması və sair hallarla bağlı müqavilə, sərəncam, qərar və digər hüquqmüəyyənedici sənəd tərtib olunmamışdır. Cavabdeh1 Buzovna Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata da alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq istifadəsində olan torpaq sahəsi ona icarəyə verilmişdir. Həmin torpaq sahəsində K.M.X8 ilə arasında həmin müqavilə bağlanılmazdan əvvəl bağ bostan bitkilərinin becərilməsi ilə məşğul olmuş və hətta yaşayış evi də inşa etdirmişdir. 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə X4 Kifayət Məmməd qızının adına qeydiyyata alınmış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2021-ci il tarixli 09/C-292 saylı məktubunun surətindən görünür ki, vətəndaş Cavabdeh1 bələdiyyə tərəfindən hər hansı bir hüquqla torpaq sahəsinin ayrılmadığı, ona alqı-satqı aktı və arayış verilmədiyi bildirilmişdir. İddiaçı torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılaraq istifadəsinə geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-620/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı miras qoyan X1 qalan mirası faktiki olaraq qəbul etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən Cavabdeh1 torpaq sahəsinin ayrılması haqqında sərəncam və ya müqavilə verilməsi haqqında heç bir qeyd yoxdur. Cavabdeh1 Buzovna Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata da alınmamışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 02/077 saylı məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsas İddiaçı xx.xx.2020-ci il tarixdə Buzovna Bələdiyyəsinə müraciət edərək uzun illərdir ki, istifadəsində olan torpaq sahəsini vergiyə cəlb olunması ilə əlaqədar olmuşdur. Ərizə ilə əlaqədar İddiaçı istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın onun istifadəsində olması, orada yaşayış evi inşa etməsi və həyətyani sahədə bağ-bostan bitkilərin becərməsi aşkar olunduğu üçün həmin torpaq sahəsi Bələdiyyənin yerli vergi uçotuna qeydiyyata alınaraq İddiaçı ilə Buzovna Bələdiyyəsi arasında müqavilə bağlanılmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 02/095 saylı məktubunun surətindən görünür ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin bağlanılmasına səbəb, həmin torpaq sahəsinin onun istifadəsində olması və orada yaşayış evi inşa etdirməsi olmuşdur. Müqavilədə torpaq sahəsinin icarəyə verilməsi göstərilsə də, İddiaçı torpaq sahəsi ayrılmamış, müqavilənin bağlanmasına məqsəd həmin sahənin müqavilənin şərtlərinə uyğun olaraq vergiyə cəlb olunması olmuşdur. İddiaçı torpaq sahəsi ayrılmadığı üçün torpaq ayırma haqqında Buzovna Bələdiyyəsində qərar qəbul olunmamışdır. 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə X4 Kifayət Məmməd qızının adına qeydiyyata alınmış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, X15, X13, Cavabdeh1 akt tərtib etmişlər ondan ötrü ki, 2016-cı ildə mərhum atası X2 83-ci müddətinə ünvan ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsini vermiş X15 2016-cı ilin noyabr ayında Fəxrəddin Cabbarov rəhmətə gedəndən sonra bir müddət sonra Famil Əsədov iş yoldaşı X9 vasitəsilə həmin torpaq sahəsini və tiklilərə gözətçilik etmək üçün ora yerləşdirdiyi X3 söhbətsiz oradan çıxarılması təmin edildi. Orada olan tikililər hamısı olduğu vəziyyətdə şikayətçi Cavabdeh1 həyətə giriş-çıxış və digər qapıların açarları ilə birlikdə həmişəlik təhvil verildi. Həmin torpaq sahəsi ilə bağlı X15 və X13 heç bir iddia tələbləri olmadığını və gələcəkdə olmayacağını, orada aparılacaq hər hansı tikinti və digər işlərə, sənədləşməyə müdaxilə etməyəcəklərini bildirdilər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh1 mərhum atası X5 ilə rəsmi nikah münasibətlərində olmuşdur. Hazırda iş üzrə hər iki tərəf mübahisəli Buzovna qəsəbəsi, R.Atakişiyev küçəsi (Buzovna-Maştağa yolu) ünvanında yerləşən torpaq sahəsinin Buzovna Bələdiyyəsi tərəfindən ona icarəyə verildiyini iddia edir. İddiaçı bununla bağlı məhkəməyə müraciət edərək həmin ünvanda yerləşən mənzildən cavabdehlər və digər şəxslərin Cavabdeh1 və Cavabdeh2 əmlaklarını öz hesabına daşımaqla çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, özünün həmin evə köçürülməsi, mənzildən istifadəsinə maneələrin cavabdehlərə qadağan edilməsini xahiş edir. Məhkəmə iddianı araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 707.1-ci maddəsinə görə icarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.3-cü maddəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.3-cü bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsində göstərilib ki, «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyən hüquqi cəhətdən təmin edilmiş imkandır». Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.1 və 158.2.2-ci maddələrinin tələblərinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq istifadəsində olan torpaq sahəsi ona icarəyə verilmişdir. Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli müqavilənin bağlanılmasına səbəb, həmin torpaq sahəsinin onun istifadəsində olması və orada yaşayış evi inşa edilməsi olmuşdur. Müqavilədə torpaq sahəsinin icarəyə verilməsi göstərilsə də, İddiaçı torpaq sahəsi ayrılmamış, müqavilənin bağlanmasına məqsəd həmin sahənin müqavilənin şərtlərinə uyğun olaraq vergiyə cəlb olunması olmuşdur. İddiaçı torpaq sahəsi ayrılmadığı üçün torpaq ayırma haqqında Buzovna Bələdiyyəsində qərar qəbul olunmamışdır. 03/2020 saylı xx.xx.2020ci il tarixli müqavilə X4 Kifayət Məmməd qızının adına qeydiyyata alınmış və sonuncu Bələdiyyənin vergi uçotuna qeydiyyata alınaraq torpaq vergisi ödəmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinin əsasını Buzovna Bələdiyyəsi ilə İddiaçı arasında 03/2020 saylı xx.xx.2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə təşkil edir. Müqavilə üzrə bələdiyyə mülkiyyətində olan 1200 kv.m. torpaq sahəsi iddiaçıya icarəyə verilib. Müqaviləni bələdiyyə sədri imzalayıb. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə qərarı olmalıdır. Belə ki, Torpaq Məcəlləsinin 55-ci maddəsi torpaq sahəsi üzərində hüquqların yaranma əsaslarını müəyyən edib, həmin əsaslardan biri “müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr” kimi göstərilib. O cümlədən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində fiziki və hüquqi şəxslərin hüququnun yaranması üçün 2 sənəd olmalıdır: 1) qərar; 2) müqavilə. Qərar və müqavilə ayrı-ayrılıqda hüquq yaratmır, onlar birlikdə mövcud olmalıdır: əvvəlcə qərar verilməli, daha sonra qərarın əsasında müqavilə bağlanmalıdır. Torpağın icarəyə verilməsi barədə bələdiyyə qərar olmadan bələdiyyə sədri heç kəslə icarə müqaviləsi bağlaya bilməz. Bələdiyyə kollegial orqandır, 1 nəfər bələdiyyə sədri “bələdiyyə” demək deyil. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, bu qayda “Bələdiyyələrin statusu haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsində qeyd olunub. Bundan başqa, Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Göründüyü kimi, torpağın icarəyə verilməsi üçün zəruri sənədlərin hazırlanması və razılaşdırılması olmalıdır, lakin belə sənədlər hazırlanmadan və razılaşdırılmadan 1200 kv.m torpaq sahəsi 1 nəfər bələdiyyə sədrinin bağladığı müqavilə ilə iddiaçının icarəsinə verilib. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İcarə müqavilələri əhəmiyyətsiz əqd olduğuna görə hüquqi nəticə - torpağa hüquq yaratmır. İddiaçının torpağa hüququ olmadığına görə iddia əsassızdır. Bundan başqa, iddiaçı mübahisəli ünvanda yerləşən yaşayış evinin onun tərəfindən inşa etdirildiyini bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun bu dəlilini yalnız məhkəmə iclasında verilmiş şahid ifadəsi təsdiq etmişdir. Məhkəmə iddiaçının maraq və mənafeyinə uyğun verilməklə işin digər halları ilə uyğunlaşmayan şahid ifadəsini inandırıcı saymamışdır. Həmçinin, məhkəmə hesab edir ki, şahid ifadəsi iddianın təsdiq olunması üçün kifayət deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə qeyd edir ki, mübahisəli yaşayış evinin iddiaçının tərəfindən inşa etdirilməsi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçının tələbi əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər və digər şəxslərin evdən çıxarılması, evə giriş qapısının açarlarının qaytarılması, evə köçürülmə, mənzildən istifadəyə maneələrin qadağan olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-282/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-282/2023
10.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver