Məhkəmə qərarları › İş №e-2(003)-2849/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2849/2024

02.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2849/2024 02.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2/168 saylı sahənin bir hissəsi üvanında yerləşən fərdi yaşayış evinə oğlu X1 ilə birlikdə köçürülməs və Cavabdeh tərəfindən orada yaşamalarına maneələr yaratmasının qadağan edilməsinə dair qətnamə çıxarılmasınıxahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, o, cavabdehlə xx.xx.2010-cu il tarixində nikah bağlayaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və X1 anadan olmuşdur.İlk dövrlərdə münasibətləri normal olsada, bir müddət sonra pozumuşdur. Hazırda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Lətif Məmmədovanın icraatında nikahın pozulması, uşaqların himayəyə verilməsi və aliment tələbinə dair işə baxılır.Mülki iş Binəqədi və Xəzər rayon İcra Hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik Komissiyalarından rəy almaq səbəbi ilə dayandırılmışıdr.Cavabdeh isə onu yaşadığı evə buraxmamışdır.O, evdən çıxmaq məcburiyyətində olmuşdur.X4 iddiaçıyla qalmaq istədiyini bildirmişdir.Hazırda o, oğlu Tuncay Səlimovla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi,ev 2 ünvanında kirayə götürdükləri evdə qalırlar. İddiaçı dəfələrlə öz evinə qayıtmağa çalışmış, lakin cavabdeh buna imkan verməmiş, polisə şikayət etmişdir.İddiaçının qardaşı 2013-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2/168 saylı sahənin bir hissəsi üvanında 0,04 ha torpaq sahəsi almış və bu sahəni iddiaçıya verəcəyini bildirmişdir. İddiaçı elə həmin ildən evin tikintisinə başlamış, 50.000 manata yaxın xərc çəkmişdir. xx.xx.2016-cı ildə ev notarial qaydada iddiaçıya bağışlamışdır. İddiaçı isə bu evi oğlu Səlimov Tuncaya bağışlamışdır. İddiaçı evi tikmək üçün hazırda ləğv prosesində olan “Dəmirbank” və “Unibank”dan kreditlər götürmüş, bu kreditlərə görə hər ay “Dəmirbank”-a 182 manat, “Unibank”-a 80 manat ödəyir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, nümayəndəsi və vəkilini dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014cü il tarixli Qərarına əsasənAzərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının başqa yaşayış yeri olmadığından, mübahisəli ev iddiaçının və uşağın yaşayış yeri sayıldığından iddiaçı uşağı ilə birgə həmin evə köçürülməli, cavabdeh tərəfindən orada yaşamalarına maneələr yaratması qadağan edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı və xx.xx.2012-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2/168 saylı sahənin bir hissəsi üvanında yerləşən fərdi yaşayış evinə köçürülsün və orada yaşamalarına Cavabdeh tərəfindən maneələr yaradılması qadağan edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar