Məhkəmə qərarları › İş №e-2(003)-2858/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-2858/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-2858/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi ilə bağlı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə sadələşdirilmiş qaydada baxılmasına yol verilmir və məhkəmə ərizənin qəbul olunmasından imtina edir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3282/2013 saylı, 06 dekabr 2013-cü il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditor İddiaçı xeyrinə 1356 manat məbləğində pul tutulması əmr edilmişdir. Tələbkar İddiaçı 12 aprel 2025-ci il tarixli, 8801 nömrəli icraata xitam verilməsi barədə ərizə ilə Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə və Xəzər rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədi üzrə borcun tam şəkildə ödənildiyini bildirmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3282/2013 saylı, 06 dekabr 2013-cü il tarixli məhkəmə əmri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin həmin ərizədə borclular tərəfindən həmin borcun nə vaxt ödənildiyiqeyd olunmamışdır. Digər tərəfdən tələbkar iddia ərizəsində borcun 11 il 3 ay (yəni 135 ay) sonra ödənildiyini və bu səbəbdən tələbkarın mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olduğunu qeyd etmişdir. Lakin borclular tərəfindən borcun həqiqətən də 11 il 3 ay sonra ödənildiyini, habelə borcluların öhdəliyin icrasının gecikdirilməsində təqsirli olduğunu təsdiq edən hər hansı sənəd (sübut) məhkəməyə təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da geri qaytarılmalıdır. MPM-in 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. MPM-in 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 284-4.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi ilə bağlı kiçik iddiallara dair sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar