Məhkəmə qərarları › İş №e-2(003)-2887/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2887/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2887/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5, 9 saylı saylı evə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 349/2018 saylı İİ may 2018-ci il tarixli qətnaməsi ilə X3 13 707.79 ABŞ dolları məbləğində pulun tutularaq “Finoko" BOKT ASC-yə ödənilməsi, tələbin Cavabdeh mükiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiyməti 52 000 manat olmaqla açıq hərracda satılması, ev satıldıqdan sonra Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması qət edilmişdir. X5 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(103)- 428/2020 saylı qətanməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Xəzər rayon Məhkəməsinin 2(003 )-349/2018 saylı 11 may 2018-cİ il tarixli qətnaməsi qanuni qüvvəsini almış və İcra olunması üçün Pirallahı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xəzər rayon Məhkəməsinin 2(003 )-349/2018 saylı 11 may 2018ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Pirallahı rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmetİ açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmetİ olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh hal-hazırda da ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evidə qeydiyyatdadır. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də tərəfimizdən hazırki İddianın qaldırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5, 9 saylı saylı evə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 349/2017 saylı 11 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 11404.50 ABŞ dolları əsas borc, 2203.29 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13707.79 ABŞ dolları, 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqının İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borc və dövlət rüsumunun ödənilməsi, evin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh əşyaları ilə birlikdə evdən çıxarılması və evin boşaldılması qərara alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən açıq hərracda satılmış, İddiaçı BOKT ASC tərəfindən alınaraq sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh ünvan 2 ünvanında müvafiq olaraq qeydiyyatda olsa da, ev satıldıqdan sonra orada yaşamamış, həmin mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunvericiliyin mahiyyətindən göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırki iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5, 9 saylı evdən istifadə hüquqları barədə onlarla həmin mənzilin sahibi arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, cavabdehin həmin mənzildən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, mübahisəli ev kreditin qaytarılması üçün ipoteka qoyulduğu, iddiaçının mülkiyyətində olub cavabdehlərlə mülkiyyətçi arasında istifadə hüququ ilə bağlı yazılı razılaşma olmadığı üçün məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5, 9 saylı saylı evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 5, 9 saylı saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar