Məhkəmə qərarları › İş №e-2(003)-3025/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3025/2024

17.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3025/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5256 (beş min iki yüz əlli altı) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 28 (iyirmi səkkiz) manat məbləğin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 650 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli, 141x saylıəmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində İddiaçı MMC-nin – OBA Şüvəlan 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 3269 (üç min iki yüz altmış doqquz) manat 40 (qırx) qəpik, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2779 (iki min yeddi yüz yetmiş doqquz) manat 02 (iki) qəpik təşkil edir. İnventarizasiya yoxlamaları və mağaza sayımları zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış, iltizamnamənin qeyd hissəsində əskik gələn mallara razılığını bildirmiş və yoxlamanın nəticəsinə heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5256 (beş min iki yüz əlli altı) manat borc qalmışdır. Beləliklə Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 5256 (beş min iki yüz əlli altı) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, o həmin məbləği hissə-hissə ödəyəcəkdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin əsli ilə təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-i arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, Cavabdeh cəmiyyətə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsinə keçirilmişdir. İşçi ərizə verərək, buna etiraz etməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli X1 haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 141x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilərək ona İddiaçı MMC-nin – OBA Şüvəlan 1 mağazasında inventarizasiya yoxlamalarının (təhvil-təslim) nəticəsində 5256 manat əskikgəlmə aşkar edilməklə cəmiyyətə həmin məbləğdə ziyan vurduğu, qısa müddətdə ziyanı ödəməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5256 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 5256 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 2779,02 manat, xx.xx.2023-cü il tarixində 3269,40 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5256 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 5256 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 214 saylı əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh tələb olunsun. “Təbii itki norması” satış dövriyyəsinin 0,25% faizi müəyyən edilsin. İş materiallarından görünür ki, Cavabdeh iştirakı ilə onun çalışdığı dövr üzrə inventarizasiya aparılmış, son nəticədə xx.xx.2023-cü il tarixli inventarizasiya nəticələrinə dair ilkin akt tərtib olunmuşdur. Həmin akta əsasən Cavabdeh işlədiyi dövr üzrə iddiaçı müəssisəyə dəymiş ziyan 3269,4 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh iştirakı ilə onun çalışdığı dövr üzrə inventarizasiya aparılmış, son nəticədə xx.xx.2023-cü il tarixli inventarizasiya nəticələrinə dair ilkin akt tərtib olunmuşdur. Həmin akta əsasən Cavabdeh işlədiyi dövr üzrə iddiaçı müəssisəyə dəymiş ziyan 2779,01 manat müəyyən edilmişdir. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-i arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, Cavabdeh cəmiyyətə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, sonradan müvafiq əmrlə administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında xx.xx.2021-ci il tarixli X1 haqqında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixli əmrlə Cavabdeh ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-yə 5256 manat maddi zərər vurmuşdur. Belə ki, əmək müqaviləsi, X1 haqqında müqavilə və aktlarla ziyanın məbləği 6048 manat müəyyən olunmuş, güzəş tətbiq etməklə ziyanın məbləği 5256 manat saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə axlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbindən görünür ki, iddiaçı əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5256 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə X1 haqqında müqavilə bağlandığından cavabdeh vurduğu maddi ziyana görə X1 daşıyır. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında X1 barədə yazılı müqavilə bağlandığından cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə X1 daşıyır. Buna görə də cavabdeh işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyanı, faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Azərbaycan Respublikası ƏM-nin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Məhkəmə qeyd edir ki, işçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.Bu normanın məzmunundan görünür ki, yalnız əmək münasibətləri olduğu halda işəgötürən və işçi birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh maddi məsul şəxs olub X1 haqqında müqaviləyə müvafiq olaraq işəgötürən İddiaçı MMC-yə vurduğu maddi ziyana görə X1 daşımalı olması və cavabdehin işəgötürən İddiaçı MMC-yə maddi ziyan vurması işin materialları ilə tam şəkildə sübuta yetirildiyindən, iddia əsaslıdır və təmin edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin iddianın 60 manat mediasiya xərcinin cavabdeh(lər)dən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə “Mediasiya prosesində iştirak edərək, 60 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan, iddia bu hissədə də təmin edilərək cavabdehdən 60 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 28,0 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli, iddia isə təmin edilməli olduğundan, məhkəmə xərcinə daxil olan 28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 5256,0 manat məbləğində pul vəsaiti, 60,0 manat məbləğində mediasiya xərci və 28,0 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5344,0 manat pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5256,0 məbləğində pul vəsaiti, 60,0 manat məbləğində mediasiya xərci və 28,0 manat dövlət rüsumu olmaqla, cəmi 5344,0 manat məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar