Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-324/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Əhmədova Samirə Sabir qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və icarə haqqının tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və icarə haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yolu, 57 saylı evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən 28 ay müddətinə ödənilməmiş 28000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yolu, 57 saylı bağ evinin tam mülkiyyət olaraq İddiaçı ilə 0 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlak 31 saylı notariat kontorunda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və adına 11.10.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 303 nömrəli reyestr kitabının 28239 vərəqində ********* nömrə ilə qeydə alınmasına dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli çıxarışın ləğv edilməsi və həmin daşınmaz əmlakın üzərində onun mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 02 noyabr 2021-ci il tarixli qərardadına əsasən, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı Nəqliyyal Agentliyində çalışmamışdan öncə avtomobil satışı ilə məşğul olmuş və bunun sayəsində yüksək gəlir əldə edərək yaxşı maddi imkana sahib olmuşdur. Cavabdeh ilə o, avtomobil satışı ilə məşğul olarkən tanış olmuş və sonradan cavabdehin dəvəti ilə rəhbərlik etdiyi BNA-da işləməyə başlamışdır. Birgə işlədikləri dövrdə də aralarında qarşılıqlı etibar və inam olduğundan şəxsi münasibətləri yaranmışdır. Eyni zamanda, Cavabdeh əlavə gördüyü işlərə görə ona haqq ödəyirdi, bunun da nəticəsində onun maddi vəziyyəti daha da yaxşılaşmışdır. Cavabdeh ilə yaxın münasibəti olduğundan əvvəldən maddi imkanının yaxşı olduğunu bilirdi və ona tez-tez bildirirdi ki, pullarını dağıtma, daşınmaz əmlak alaraq icarəyə ver, həm icarədən, həm də əmlakların dəyər qazanmasından daha çox pul qazanmış olarsan. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 11.10.2017-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yolu, 57 saylı ev iddiaçının mülkiyyətindədir. Həmin vaxtdan cavabdehin xahişi ilə evi ona icarəyə vermiş və icarə haqqını hər ay üçün 1 000 manata razılaşmışlar, lakin cavabdehlə arasında yaranmış yaxın münasibətə əsasən o, evin icarə haqqını hər ay üçün almır və öz aralarında razılaşmışlar ki, gələcəkdə yığılmış olan icarə haqqını ona pul lazım olduğunda istəyəcək və bütöv olaraq pulunu alar. Lakin müəyyən müddətdir ki, cavabdehlə birgə işləmirlər və aralarında əvvəlki kimi şəxsi münasibət qalmamışdır. Bununla əlaqədar olaraq, hesab edir ki. evi boşaldılaraq ona təhvil verilməli və ödənilməmiş icarə haqqı tutularaq ona ödənilməlidir. Bu barədə cavabdehə dəfələrlə evin boşaldılması üçün xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh "yaxın günlərdə evi boşaldaram" kimi cavab verərək evi boşaltmaqdan boyun qaçırtmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyası və qanunlar ilə qorunan və təmin olunan hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin evi boşaltmaması və icarə haqqını ödəməməsinə görə məcbur qalaraq Məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yolu, 57 saylı evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən 28 ay müddətinə ödənilməmiş 28000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında ********* saylı cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. Həmin cinayət işində hazırda mübahisə predmeti olan ev və digər evlərlə bağlı araşdırma aparılmış və məhkəmə hökmü çıxarılmışdır. İş üzrə barışıq sazişi mövcuddur və müəyyən olunmuşdur ki, İddiaçı hazırkı mübahisə predmeti əlaka ümumiyyətlə hüququ yoxdur və hazırkı iddia ilə müraciət edə bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı 11.10.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətidədir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.07.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, eyni zamanda Barışıq sazişi təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən bağ evi və digər əmlaklar üzərində zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi, hazırkı iş üzrə mübahisə predmeti olan əmlak üzərində X1 mülkiyyət hüququ tanınmışdır. Belə olan halda iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından görünür ki, iddiaçı Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yolu, 57 saylı evdən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsini xahiş etsə də, mübahisəli ünvana dair başqa şəxsin mülkiyyət hüquqlarının tanındığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Bundan əlavə, iddiaçı cavabdehdən evin icarəyə verilməsinə görə 28 ay müddətinə ödənilməmiş 28000 manat pulun ona ödənilməsini xahiş etmiş, lakin öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun bu tələbi işin məhkəmə məhkəmə iclasında araşdırılan halları ilə də təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və icarə haqqının tutulması tələbinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evin boşaldılaraq təhvil verilməsi və icarə haqqının tutulması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-324/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-324/2021
04.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver