Məhkəmə qərarları › İş №e-2(003)-3297/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3297/2024

22.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3297/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2020–ci ildə anadan olmuş Aygün adlı uşağı ilə birlikdə Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyinə və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların götürülməsi barədə iddia tələbi üzrə e- 2(003)-3095/2024 nömrəli mülki iş vardır. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Tərəflər məhkəmənin iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair iddiası əsasında olan mülki işin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair e-2(003)-3297/2024 nömrə mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı əşyaların təhvil verilməsi tələbinə dair e-2(003)- 3095/2024 mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar