Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-332/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürülü Murad Şahin oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdehlər Cavabdeh5, Cavabdeh2 və X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh6, X5, Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və X3 ləğv prosesində olan İddiaçı ASC-yə məxsus, ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, adları qeyd olunan şəxslərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Cavabdeh2 29.681 (iyirmi doqquz min altı yüz səksən bir) manat əsas, 9.514 (doqquz min beş yüz on dörd) manat faiz borcunun və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, müvafiq ödənişin ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzilin açıq hərrac vasitəsilə satışı hesabına ödənilməsi barədə 31 yanvar 2012-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Xəzər rayon İcra şöbəsi tərəfindən yuxarıda qeyd olunmuş mənzillə bağlı açıq hərracın təşkili üçün "xxxx" MMC-yə sifariş verilmiş, təşkil olunmuş hər iki hərracda alıcı olmadığı üçün yekunda ipoteka predmeti ipoteka qoyan İddiaçı ASC-yə təklif edilmiş, bank tərəfindən ipoteka predmeti əldə edilmiş və sonda Xəzər rayon İcra şöbəsi, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə hərracın nəticələrinə dair yekun protokol imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş AR ƏMDK yanında DƏDRX-in RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzil üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışının surətindən görünür ki, yuxarıda qeyd etdiymiz mənzildə xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1983-cü il təvəllüdlü X2, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2001-ci il təvəllüdlü X7 pasport qeydiyyatında olmaqla daimi yaşayırlar. Cavabdehlərə dəfələrlə həmin mənzili tərk etmək barədə şifahi xəbərdarlıqlar edilsə də, nəticəsi olmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Çünki, yuxarıda qeyd etdikləri kimi, hazırda ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzil ləğv prosesində olan İddiaçı ASC-nin mülkiyyətindədir. Hazırki mübahisə ilə bağlı qanunvericiliyin mövqeyinə aydınlaşdırmaq üçün əvvəlcə onu qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusiyanın 13-cü maddəsinin İ bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hazırda iddiaçı hüquqi şəxs mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən sərbəst surətdə istifadə edə və ona dair sərəncam verə bilmir ki, bu da iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması deməkdir. Cavabdeh2 ilə İddiaçı ASC arasında ipoteka müqaviləsi 2010-cu ildə bağlanmışdır. Eləcə də, iddia ərizəsinə əlavə etdikləri Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli 19765/5H saylı məktubunun surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 389/2012 nömrəli xx.xx.2012-ci il tarixli icra vərəqəsi icra olunmuş halda məhkəməyə geri qaytarılmış, icra sənədinə əlavə edilmiş "xxxx" MMC-nin Y-283 saylı protokoluna və xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, sözügedən Cavabdeh2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən 70 nömrəli evin 28 nömrəli mənzili 40800 manata satılmış və icra sənədində başqa hal nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.K.Məmmədov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh T.Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, onun başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan şəxslər xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1983-cü il təvəllüdlü X2, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2001-ci il təvəllüdlü X6r. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh2 29681 manat məbləğində əsas borc, 9514 manat məbləğində faiz borcu, habelə məhkəməyə müraciət olunarkən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməli, müvafiq ödəniş ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsində yerləşən 70 saylı evin 28 saylı mənzilinin açıq hərrac vasitəsilə satışı hesabına ödənilməlidir. -ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, sahəsi 91,95 kv.m olan ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konsititusiyanın 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. -158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. -228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən,ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edildiyi kimi, “...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020ci il 27 avqust tarixli qərarından görünür ki, Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilməlidir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bununla belə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 həmin evdə qeydiyyatda qalmağa davam etmişlər. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa əsasən İddiaçı ASC-nin mülkiyyətindədir. Mülkiyyətçinin təbii haqqıdır ki, mülkiyyət hüquqlarını hər vəchlə müdafiə etsin və pozulmuş hüquqlarını bərpa etsin. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit elməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul müştərək qaydada Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-332/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-332/2025
21.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver