Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3351/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fəzrəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi X1 və nümyəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdehnə qarşı “işə bərpa və keçmiş dövr üçün pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdehnə qarşı “işə bərpa və keçmiş dövr üçün pul tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli 04-k/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının gündüz növbəsi üzrə mühafgizəçi vəzifəsinə bərpa edilməsi barədə; ödənilmiş 61 manat mediasiya xərcinin əvəzinin, həmçinin əmək stajına görə əlavə məzuniyyət günləri də nəzərə alınmaqla istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin, o cümlədən gecə növbəsində iş saatına görə xx.xx.2023 – xx.xx.2025-ci il tarixləri üzrə əmək haqqına edilməli olan 40 faiz nisbətində əlaavələrin məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli 01-Ü/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 02/- Ü/2025 nömrəli intizam tənbehinin görülməsi barədə əmrlərinin və xx.xx.2025-ci il tarixli 04-k/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədəəmrinin ləğv edilməsi, xx.xx.2025-ci il tarixdən etibarən işəbərpa ediləcək müddətədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi; ödənilmiş 61 manat mediasiya xərcinin əvəzinin, həmçinin, əmək stajına görə əlavə məzuniyyət günləri də nəzərə alınmaqla istifadə edilməmiş məzuniyyətə görə 118 manat kompensasiya məbləğinin, o cümlədən xx.xx.2023 – xx.xx.2025-ci il tarixləri üzrə axşam və gecə növbələrində yerinə yetirilmiş iş saatlarına görə 6815 məbləğində əmək haqqına əlavələrin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə1 və Cavabdeh MMC elektron kabinet vasitəsilə “barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə” ərizələrlə məhkəməyə müraciət edərək, mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə edildiyini nəzərə alaraq tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında hazırda tərəflər arasında qarşılıqlı razılıq əsasında mübahisəni həll etdiklərini, aralarında bununla bağlı barışıq sazişi bağlandığını, ona görə hazırda barışıq sazişi təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini istədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil izahatında iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixində barışıq sazişinin imzalandığını qeyd etməklə, sözügedən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizələri, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2025ci il tarixli barışıq sazişinə əsasən mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən tərəflər arasında mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (bundan sonra “MPM”) 5.4cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilərlər. MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-in 261.0 və 261.0.5-ci maddələrinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər biri göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən işə mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilir. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan iddia tələbi mahiyyəti üzrə baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və MPM-in 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: 1) Bu Barışıq sazişi (bundan sonra "Saziş" adlandırılacaq) Xəzər rayon Məhkəməsinin icraatında olan e-2(003)-3351/2025 nömrəli mülki iş üzrə mübahisənin həlli şərtlərinə dair mübahisə tərəfləri arasında əldə edilən razılaşmadır. 2) Sazişin müddəaları yalnız bu Sazişlə əhatə olunan məsələlərə aiddir . Bu Sazişin imzalanması ilə eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalar qüvvədən düşür və mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız bu Sazişin şərtləri etibarlı olur. 3) Saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən ən geci 5 (beş) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. 4) Saziş könüllü icra edilməzsə, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 5) Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə, ayrı seçkiliyə yol vermirlər və qarşılıqlı etimadı qoruyacaqlar. Belə pozuntuya yol verəcəyi təqdirdə Tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar. 6) Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. 7) Xəzər rayon Məhkəməsinin icraatında olan e-2(003)-335t/2025 nömrəli mülki iş üzrə mübahisəninpredmeti ilə bağlı Tərəflər razılığa gəlirlər ki, xx.xx.2025-ci il tarixli 01- Ü/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 02-Ü/2025 nömrəli intizam tənbehlərinin verilməsi barədə və xx.xx.2025-ci il tarixli 04-k/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər cavabdeh tərəfindən ləğv edilir. 8) Tərəflər arasında imzalanmış xx.xx.2023-cü i! tarixli əmək müqaviləsinə müvafiq dəyişikliklər edilməklə (4.21-ci bəndə : iş rejimi həftə ərzində 5 gün olmaqla saat 09:00dan 18:00-dək müəyyən edilir, işçiyə hər gün iş vaxtı ərzində 1 (bir) saatlıq yemək fasiləsi verilir, yemək fasiləsi iş vaxtı hesab edilmir, istirahət günləri hər həftənin iki günü olaraq, Bazar və bazar ertəsi günləri müəyyən edilir, əmək müqaviləsinin 4.28-ci bəndinə: iddiaçının əmək stajına görə əlavə məzuniyyətin müddəti dəqiqləşdirilir) və İddiaçı mühafizəçi vəzifəsinə bərpa edilir. 9) Tərəflər bu barışıq sazişi ilə razılığa gəlirlər hər iki tərəf mövcud əmək müqaviləsinin qüvvəyə minməsi üçün ƏMAS-a müraciət etsinlər və ƏMAS sistem üzərindən əmək müqaviləsinin bərpasına icazə verdikdən sonra cavabdehin əmək müqaviləsinə bu barışıq sazişinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə dəyişikliklər edir və iddiaçı tərəfindən elektron qaydada təsdiq edilərək qəbul edilir. 10) Cavabdeh əməyin ödənilməsi ilə bağlı iddia tələbi üzrə məcburi iş buraxma dövrünün (xx.xx.2025- ci il tarixindən əmək funksiyasının icrasına başladığı dövrə qədər) əmək haqqlarını və iddia tələbi üzrə 1000 manat (vergi və digər icbari ödənişlər bu məbləğə daxil deyil) məbləğində pul vəsaitini iddiaçıya ödəyir. Məcburi iş buraxma dövrlərinə görə əmək haqqı cavabdeh tərəfindən iddiaçının əmək haqqı kartına köçürülür. 11) Tərəflər razılaşır ki, eyni mübahisənin gələcəkdə təkrarlanmaması üçün onlar üzərinə düşən öhdəliklərini vicdanla icra edəcəklər. 12) Sazişdə qeyd edilən öhdəliklərin nəzərə alınması və icra edilməsi şərtilə iddiaçı mübahisə ilə bağlı cavabdehə qarşı irəli sürdüyü və bu Sazişlə əhatə olunmayan bütün iddialardan, maddi və digər tələblərdən tamamilə imtina edir. 13)Tərəflər hazırki Sazişin təsdiq edilməsi məqsədilə məhkəməyə birgə müraciət edir. 14) Saziş imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. 15) Tərəflər razılaşır ki, bu Sazişin məxfiliyi qorunacaq və heç bir halda üçüncü tərəfə ötürülməyəcək. Bu Sazişin məxfiliyinin pozulması hər iki tərəf üçün məsuliyyət yaradır. Bu bənd xidməti vəzifələrinin icrası məqsədilə Sazişin dövlət orqanlarına təqdim edilməsi hallarına şamil edilmir. 16) Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla məhkəmədə və Tərəflərdə saxlanılır. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və keçmiş dövr üçün pul tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov
Məhkəmə qərarları › İş №e-2(003)-3351/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3351/2025
02.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver