Məhkəmə qərarları › İş №e-2(003)-356/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-356/2024

12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-356/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 olmaqla, cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 7 saylı notariat ofisi, Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamənin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi; 20 iyul 1980-ci ildə vəfat etmiş babası məhrum X3 miras qalmış ünvan 2 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 əmisi, Cavabdeh2 isə bibisi qızı olmaqla, hər ikisi ata xətti ilə yaxın qohumlarıdır. Mübahisə predmeti olan ünvan 2 (yeni qaydalarla Ruhulla Axundov küçəsi 196 ) ünvanında yerləşən fərdi yaşayış evi ata xətti ilə babası X7 məxsus olmuşdur. O, ölənə kimi bu evdə yaşamışdır. O da bu evdə anadan olmuş, burada böyümüş və hazırda da bu evdə yaşayır. Baba və nənəsinin yanında qalan övladı atası X9 olmuşdur. Birgə yaşadıqları babası mərhum X12 1980-ci ildə, onun həyat yoldaşı olan nənəsi mərhum X15 1992-ci ildə, atası mərhum X9 isə 1994cu ildə vəfat etmişdir. Onlardan sonra da o, bu evdə yaşamaqda davam etmişdir. Göründüyü kimi babasının vəfatından sonra, ondan miras qalmış adı çəkilən fərdi yaşayış evində nənəsi, ondan sonra da atası ilə o birgə yaşadıqlarından, miras əmlakı faktiki olaraq qanun üzrə vərəsələrdən atası ondan sonra da onlar qəbul etmiş olur. İndiyə kimi də həmin evlə bağlı digər vərəsələrin ona qarşı tələbləri olmamışdır. Çünki vaxtında babası onlar üçün hər şərait yaratmış, özlərinin ayrıca ev-eşikləri vardır. Lakin bu yaxınlarda əmisi Cavabdeh1 ona qarşı evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmış və tələbini evin onun mülkiyyətində olduğu ilə əsaslandırmışdır. Bununla bağlı məsələyə aydınlıq gətirilməsi zamanı məlum olmuşdur ki, cavabdehlə Cavabdeh1 və Cavabdeh2 adına babasından miras qalmış adı çəkilən fərdi yaşayış evinə dair Bakı şəhər 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan vərəsəliklə bağlı iş ondan gizlin həyata keçirilmişdir. Halbuki, Cavabdeh2 miras qoyanın nəvəsi olaraq, miras açılandan sonra qanun üzrə vərəsə olan anası mirası qəbul etməmişdən vəfat etmiş və vərəsəlik irsi transmissiya ilə ona keçmiş, onunla qanun üzrə eyni hüquqlu vərəsədir. Əslində babası bu evi övladlarından atası mərhum X1 və bunu bütün qohumlar həmçinin cavabdehlərin özləri də bilir. Atası miras payından imtina etməmişdir. Digər vərəsələrdən fərqli olaraq miras əmlakı faktiki qəbul etmişdir. Lakin nə qədər ki, bu barədə vəsiyyətnamə yoxdur, onda bütün qanun üzrə vərəsələrin hüquq, miras əmlaka görə qorunmalıdır və cavabdehlə onlardan başqa vərəsələrin olduğunu bildikləri halda bu barədə notariusa məlumat verməli idilər. Notariat ofisində cavabdehlərin onlardan başqa vərəsələrin olmadığını bildirilmişdir. Lakin Cavabdeh2 onlardan başqa da vərəsə olaraq onun mövcudluğu barədə notariat ofisinə bildirdiyini deyir. Bu halda cavabdeh 7 saylı notariat ofisi qanun üzrə vərəsələrdən biri olaraq onun da notariat işinə cəlbi üçün tədbir görməli idi. Əks təqdirdə axtarışı nəticəsiz qaldığı halda miras əmlakdan ona çatası pay hissəsini açıq saxlamalı idi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə mülahizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Vərəsəlik şəhadətnaməsinin etibarsızlığı, mirasda payın müəyyən edilməsi” barədə məhkəməyə müraciət edərək Bakı şəhər 7 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamənin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi, 20 iyul 1980-ci ildə vəfat etmiş babası mərhum X3 miras qalmış ünvan 2 (yeni qaydalarla Ruhulla Axundov. küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 fərdi yaşayış evi (Yeni qaydalarla: 1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, 196) xüsusi mülkiyyət əsasında xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışla cavabdehin adına rəsmiləşmişdir. İddia tələbində İddiaçı bildirmişdir ki, o, ünvan 2 (yeni qaydalarla Ruhulla Axundov. küçəsi 196) ünvanında yerləşən fərdi yaşayış evində doğulmuş, orada daim yaşamışdır. Lakin sənədlərdən də göründüyü kimi sonuncu Bakı şəhəri, Qara Qarayev prospekti 96, 29-da qeydiyyatdadır, həmin ev atasına məxsus olmuş, orada yaşamış, nikaha daxil olmuş həmin nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X10 olmuş, bir müddət sonra tərəflər arasında nikah pozulduqdan sonra mübahisəli evdə yaşamışdır. Bundan başqa Cavabdeh1 tərəfindən təqdim edilən Buzovna Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2-də yerləşən torpaq və əmlaka dair 2023-cü il daxil olmaqla vergi borcu yoxdur. Təqdim edilən “Abonentin Saldosu”ndan və hesabdan çıxarışdan görünür ki, ünvan 2 üzrə **********00010 saylı abobent kodu üzrə xx.xx.2019-cu il tarixdə quraşdırlmış qaz sayğacının işlənməsi Cavabdeh1 adına rəsmiləşmişdir. Təqdim edilən "xxxx" ASC-nin Abunə haqqında sənəddən görünür ki, ünvan 2 üzrə **********20001 kod üzrə işıq istifadə Cavabdeh1 adına rəsmiləşmişdir. Təqdim edilən "xxxx" MMC 05 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh1 ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 05 saylı Rabitə Xidmətləri Mərkəzində ***-***-**-** saylı telefonun abunəçisi olub., Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadan da görünür ki, İddiaçı ünvan 2-in Cavabdeh1 olduğunu bilmiş, lakin evdən çıxmaq istəməmişdir. Həmçinin xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışla bağlı evə baxış keçirən mühəndislər gələrkən də iddiaçı mübahisəli evin Cavabdeh1 adına rəsmiləşəcəyini bilmişdir. Məhkəməyə əvvəl təqdim etdiyi ərizədə qeyd edilənlərdən əlavə aşağıdakıları qeyd etmək istəyir. 1) Azərbaycan Respublikasının Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. İşdən də göründüyü kimi hazırkı İş üzrə nə Bakı şəhəri 07 saylı Notariat ofisində aparılmış vərəsəliyə dair işdə, nə də mərhum X6 öldüyü xx.xx.1980-ci il tarixdən iddiaçının atası X9 mirasın qəbulu üçün rəsmi müraciət etməmiş, heç vaxt bununla bağlı iddia tələbi olmamışdır. Əgər iddiaçının atası ölmüş vərəsə sayılarsa belə onun vərəsəsi mirası onun qəbulu müddətində qəbul etməmişdir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsində öz əksini tapmış növbəlilik prinsipini pozur. Belə ki, sözügedən məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad. (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin: Məcəllənin 1159.1.3cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. İşdən də göründüyü kimi iddiaçının atası 1994-cü ildə ölmüş, yəni miras qoyan ödükdən sonra sağ olmuş, lakin 14 il ərzində mirası qəbul etməmişdir. Beləliklə iddiaçı atasının qəbul etmədiyi, babasından qalan miras əmlakı tələb etməkdə haqlı deyildir. 2) Miras əmlakın rəsmi olaraq Notariat ofisinə müraciət etməklə qəbulu zamanı mərhum X2 qalan övladları vərəsəlik işinə cəlb edilmişdir. Belə ki, X11 xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək miras əmlakı qəbul etmədiyini, əmlaka dair iddiasının olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi digər sağ qalan iki övladı da notariat ofisi tərəfindən dəvət olunmuş, , ünvan 2 miras əmlak üzrə 76 hissə Cavabdeh1, 32 hissə isə X8 payı olmuşdur. Lakin sonuncu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən miras qoyanın nəvəsi Cavabdeh2 32 hissədə pay almalı olduğu bildirilmişdir. (irsi transmissiya halı) Daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 2-ə dair miras əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bu hərəkətlərdən sonra Cavabdeh1 mülkiyyətə tam paylı hüququ yaranmışdır. Göründüyü kimi Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllənin tələblərini pozmadan, həmin an qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq verilmişdir. Belə olan halda iddiaçı mülki qanunvericiliyin tələblərini pozmadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiada haqlı deyildir. 3) Bundan başqa müddət anlayışına gəldikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 26 dekabr 2023cü il tarixdə qərarında miras əmlakın qəbulu ilə bağlı müddətlərə və vərəsənin susmasına dair maddə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu Azərbaycan Respublikasının Mülki Məcəlləsində və əvvəllər Konstitusiya məhkəməsinin qərarlarında (məsələn Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarı) da öz əksini tapmış məhkəməyə müraciətlə bağlı olan iddia müddətlərinə aid deyildir və sonuncu hərəkətlə bağlı olan qərarlar qanuni qüvvədədir. 4) İş materiallarında olan və təqdim edilən sənədlərdən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, еу 1 alqı-satqı müqaviləsi ilə ödənilməklə mərhumun arvadı X13 ilə nikah dövründə əldə olunmuş və sonuncu evi iş üzrə cavabdeh oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Beləliklə iddiaçı atasının qəbul etmədiyi, babasından qalan miras əmlakı tələb etməkdə haqlı olmadığından, irsi transmissiya halı mövcud olmadığından, İddiaçı mülki qanunvericiliyin tələblərini pozmadan verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddiada haqlı olmadığından, baxılan mübahisə üzrə iddiaçının iddia tələbində qeyd etdiyi halları sübut edilmədiyindən, iş üzrə hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən uzun müddət ərzində ( 2 ilə yaxın) bununla bağlı mübahisə açmayaraq bu hüququ itirdiyindən, hərəkətsizliyi ilə bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və mülahizəyə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh P.Cavabdeh1a iddia tələbini qəbul edərək bildirdi ki, yas şəraitində olduğundan fikirli olmuş və nəyə imza etsiyi bilməmişdir. Bu səbəbdən də iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisinin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2021-ci il tarixli 2V-405 saylı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh1 mirasdan ½ hissədə pay almalı, xx.xx.1980-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi X14 olsa da, onun xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar nəvəsi Cavabdeh2 mirasdan ½ hissədə pay almalıdır. -xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş 2V-405 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 147.7 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,037520 ha torpaq sahəsindən ona düşən hissəni Cavabdeh1 bağışlamışdır. -“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 196 saylı 147.70 kv.m olan yaşayış sahəsi xüsusi mülkiyyət əsasında Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. -Xəzər Rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 363659 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. -Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu Fuad Səfərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli x/o 574/23 saylı məktubun surətindən görünür ki, xx.xx.1994-cü ildə ölmüş atası X4 atası X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı müraciətə cavab olaraq, Bakı şəhəri 7 saylı notariat ofisində vərəsələr Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 2V-405 sayla reyestrdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən müraciətin təmin edilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1980-ci ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964- cü il tarixində qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Məcəllənin: -527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. -528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. -529-cu maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. -532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. -533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. -552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. -553-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. İşin hallarından görünür ki, mübahisəli evin mülkiyyətçisi X12 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir. Daha sonra onun arvadı X15 1992-ci il tarixdə, iddiaçının atası X9 isə 1994cü il tarixdə vəfat etmişdir. İddiaçının əmisi Cavabdeh1 və bibisinin ölümü ilə irsi transmissiya əldə edən bibisi qızı Cavabdeh2 notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin, iddiaçı da atasının ölümündən sonra irsi transmissiya hüququ olduğu halda notariat orqanı tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bununla da müəyyən edilir ki, iddiaçının da miras əmlakda pay hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin vəkilinin iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəsi və cavabdehlərə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına uyğun olmadığı üçün əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1246-cı maddəsində qeyd edilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsində isə qeyd edilirdi ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin qərarda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli qərar hazırda məhkəmələrin icraatında olan işlərə də şamil edilir. Hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixində verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı hazırki iş üzrə nəzərə alınmalıdır. MPM-in 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 özünə düşən hissəni Cavabdeh1 bağışlasa da, İddiaçı özünə düşən payı hər hansı şəxsə bağışlamamış, mirasın qəbul edilməsi hüququndan imtina etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-405 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri 7 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə reyestrdə 2V-405 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar