Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-363/2024 24.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh8 qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh5 mülkiyyət hüququ əsasında ona məxsus ümumi sahəsi 0.12 ha olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 944 saylı bağ sahəsindən özlərinə məxsus olan əmlakları ilə birlikdə öz hesablarına çıxarılması, eləcə də həmin torpaq sahəsində olan özbaşına tikililərin öz hesablarına sökülərək daşınması və torpaq sahəsinin boşaldılmış vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, bağın alınması üçün ödənilmiş vəsait üzrə 8000 ABŞ dolları, bağ sahəsində mövcud olan, lakin yaşayış üçün yararsız olan evin tamamlama və artırma işlərinə çəkilmiş xərc üzrə 90000 manat, fərdi evin tikintisinə çəkdiyi xərcin əvəzi üzrə 199500 manat və mənzil hüququnu bərpa etmək üçün çəkməli olduğu xərcin əvəzi üzrə 100000 manat olmaqla, cəmi 8000 ABŞ dolları və 389500 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-363/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi və iş üzrə məhkəmə baxışına hazırlığın icraatının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi alınanadək dayandırılması qərara alınmışdır. Daha sonra ilkin iddia üzrə İddiaçı ilkin iddiadan imtina etməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 isə qarşılıqlı iddiadan imtina etməsi barədə ərizə ilə müraciət etmiş və hər ikisi işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda ilkin iddia üzrə cavabdehlər ilk iddiadan imtinanın qəbul edilməsini və İddiaçı da öz şəxsində qarşılıqlı iddia üzrə imtinanın qəbul edilməsini ərizə vasitəsilə xahiş etmişlər. Həmin ərizələrə görə mülki iş məktubla Ekspertiza Mərkəzindən tələb edilmiş və həmin Mərkəzdən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə İddiaçı iddiadan imtina etməsi Cavabdeh2 ilə aralarında razılıq əldə etməsindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 isə ilkin iddiaya görə qarşılıqlı iddia verməsindən və ilkin iddianın geri qaytarılması artıq qarşılıqlı iddianın da aktuallığını onun üçün itirməsindən ibarət olduğundan və onların iddiadan imtina etməsi özlərinin subyektiv hüququ olub, iddiadan imtina etmələri hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilməldir. Belə k, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyinə görə ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh8 qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair ilkin iddiası üzrə icraata xitam verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə icraata xitam verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (xx.xx.2023-cü il tarixli ********** № mədaxil qəbzi) İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-363/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-363/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver