Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3706/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlu, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2017-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli E-2(003)-2326/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdil. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “İnternational Legal Services MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmda geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 477,75 manat və xx.xx.2022-ci il tarixində ödənilən 218,77 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 104,47 manat manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdehlər) tərəfindən”YapıKredi Bank Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 104,47 mənat məbləğində xidmət haqqı ödəmişdir. “X1 Azərbaycan” QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki ebu müqovilədən yaranan borcların kart sohibi tərəfindən vatında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icro tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxilolmoqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə 104,47 manat maddi zərərin və ödənilmiş 30,0 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik” haqqında qarışıq müqavilə bağlanmışdır. Lakin borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün bankın müraciəti əsasında Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli E-2(003)-2326/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, məhkəmə qətnaməsi qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmişdir. İş materiallarında olan “X1 Azərbaycan” QSC İnternational Legal Services” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən YapıKredi Bank Azərbaycan” QSC məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. Həmin Müqavilənin 5.1.1-ci bəndinə əsasən, “Bank” müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s) yığılmasından (geri ödənişlərdən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Xidmət haqqına ƏDV/S.V. və məhkəmə işləri ilə bağlı dövlət rüsumları, poçt xərcləri daxil deyil. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən Büro qarşı tərəfdən (kredit/ borc alanlardan) borclar ilə əlaqədar məhkəmə/ icra işləri üzrə hüquqi xidmət (vəkalət) haqqı (xərci) və digər bank borclarına əlavə olaraq Bankın bütün xərclərini, (məsrəfləri) almalı və alınan məbləğlər (borclar) banka ödənilməlidir (QTS/YTS quraşdırıldıqdan sonra onun üzərindən avtomatik olaraq həyata keçiriləcək). İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10 saylı aktın sürətindən görünür ki, "xxxx" QSC İnternational Legal Services” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1 və 5.1.2 bəndlərinə əsasən 2021-ci ilin aprel ayı üzrə İnternational Legal Services” MMC tərəfindən “World” kart krediti üzrə borclu müştərilərin geri ödənişlərinin 15733,0 manatdan 15% xidmət haqınnın - 2359,89 manat icra edilərək “X1 Azərbaycan” QSC-yə təhvil verilmiş və bank tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 477,75 manat və xx.xx.2022-ci il tarixində ödənilən 218,77 manat məbləğlərindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC -yə 104,47 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10 saylı təhvil aktın sürətindən görünür ki, cədvəldə 62 sıra nömrəsi ilə qeyd edilmiş Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayında aparılmış 477,75 manat ödənişə görə bank tərəfindən müvafiq olaraq 71,66 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 10 saylı təhvil aktın sürətindən görünür ki, cədvəldə 58 sıra nömrəsi ilə qeyd edilmiş Cavabdeh tərəfindən 2021-ci ilin may ayında aparılmış 218,77 manat ödənişə görə bank tərəfindən müvafiq olaraq 32,81 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 5 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borcverən “X1 Azərbaycan" QSC ilə borcalan Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq Müqavilə” bağlanmış, borcalan üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən borcverən borcun tutulması ilə bağlı Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(003)-2326/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Eyni zamanda "X1 Azərbaycan" QSC "xxxx" MMC ilə öz aralarında bağladıqları xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” Müqaviləyə müvafiq olaraq məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. Buna görə də “X1 Azərbaycan” QSC borcalanın ödədiyi borcun 15 %-i məbləğində, yəni 104,47 manat məbləğində "xxxx" MMC-yə xidmət haqqı ödəmişdir ki, nəticədə həmin məbləği Cavabdeh tələb edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehdən tələb edilən pul məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinə görə yaranan borc deyil, iddiaçı tərəfindən əlavə hüquqi xidmətə görə “Büro”ya ödədiyi xərcin cavabdehdən tələb edilməsidir. İlk olaraq məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1 və 8.2-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir və icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərarda sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin Qanunun 78.1.-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Göründüyü kimi cavabdehin müqavilə üzrə iddiaçıya ödəyəcəyi pul məbləğini müəyyən edən Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(003)-2326/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindiyindən qanuna müvafiq olaraq da icraya yönəldildikdən sonra “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. İddiaçı ərizəsində Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 477,75 manat və xx.xx.2022-ci il tarixində ödənilən 218,77 manat məbləğindəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilməsini göstərsə də, həmin pulun məhz "xxxx" MMC-nin vasitəsi ilə ödənilməsinə dair ("xxxx" MMC tərəfindən borcluya bildiriş (pretenziya) məktubun göndərilməsi) və ya icra ilə bağlı hərəkətlərin edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında Müqaviləyə ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5 və 6.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin müqavilələr azadlığı vardır və fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edirəm ki, məhkəmə qətnaməsi ilə iddiaçının borcun ödənilməsi barədə iddiası təmin edilmiş, həmin qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən icraya yönəldilmiş və məcburi icrası icra məmuru tərəfindən həyata keçirilmişdir. Qanunvericilikdə məhkəmə aktının məcburi icrasının icra məmurundan qeyri hər hansı şəxs tərəfindən həyata keçirilməsi nəzərdə tutulmamışdır. Bu mənada hər hansı hüquqi şəxs və ya konkret olaraq "xxxx" MMC tərəfindən hər hansı məcburi icra hərəkətlərinin (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və s.) həyata keçirilməsi də qeyri-mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, icra məmuru tərəfindən həyata keçirilən icra hərəkətləri ilə bağlı qanunvericilikdə tələbkardan hər hansı ödənişin alınması da nəzərdə tutulmamışdır. Əksinə, həmin ödəniş borclu tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 -ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30,0 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30,0 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” QSCyə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-3706/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3706/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver