Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3851/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 713,94 EUR avro (ödəniş gününə valyutanın manata məzənnəsi nəzərə alınmaqla manatla) borcun və 32,13 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən cavabdeh xx.xx.2016cı il tarixli 465323 saylı “Kompleks bank ximdəti müqaviləsinə” əsasən Visa Classic debet kartı təqdim edilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********465323001 saylı (valyuta EUR) kart hesabı üzrə xx.xx.2017-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 713 EUR avro məbləğində texniki overdraft yaranmışdır. xx.xx.2016-cı il tarixli “Kompleks bank ximdəti” müqaviləsinin 3.1.6-cı bəndinə əsasən hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (limitin aşılması) “texniki overdarft” hesab olunur. Həmin müqavilənin 3.3.6-cı bəndinə əsasən yaranmış “texniki overdrafta” görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Yaranmış borcla bağlı cavabdehə edilmiş müraciətləri nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərflər rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 465323 kompleks bank xidməti müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən bank hesabının açılması və aparılması, bank kartlarının buraxılması və verilməsi və elektron bank xidmətlərinin göstərilməsi barədə xidmətlərin həyata keçirilməsi haqqqında bağlanmışdır. Həmin müqavilənin 3.1.6-cı bəndinə əsasən hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (limitin aşılması) “texniki overdarft” hesab olunur. Həmin müqavilənin 3.3.6-cı bəndinə əsasən bankın yaranmış “texniki overdrafta” görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən müştərinin yaranmış “texniki overdrafta” görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik faiz olmaqla) geri qaytarmaq vəzifəsi vardır. İş materiallarında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin overdraft nəticəsində 713,94 EUR borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlə aralarında bağlanmış müqavilə əsasında yaranmış borc barədə cavabdehə məlumat verilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 32,13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kompleks bank xidməti müqaviləsi əsasında cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətlərdən istifadə etməsi nəticəsində, yəni iddiaçı tərəfindən ona açılmış hesabdakı vəsaitindən artıq vəsaitin istifadə nəticəsinə onun iddiaçı qarşısında 713,94 EUR məbləğində pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki 425, 427, 439, 442, 448, 739 və 1091-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 713,94 EUR (avro) məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 32,13 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 713,94 EUR (avro) məbləğində pul ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 32,13 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3851/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3851/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver