Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4027/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Binə qəsəbəsində Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid oktyabr 1962-ci ildə 9p69k saylı pasport əsasında mülkiyyət sahibi kimi qeyd edilmiş X10 X16 olması faktının tanınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X16 29iyul 1975-ci ildə rəhmətə getmiş,anası X18 isə xx.xx.1999-cu ildə rəhmətə getmişdir. X2 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Binə qəsəbəsində Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid 32 saylı pasport əsasında dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi idarəsinə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir və texniki pasportla digər sənədlər arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasporta əsasən hüquq sahibi X17, digər sənədlərdə isə X16 qeyd edilmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdə adı qeyd edilən şəxslə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat ofisinin məktubu) təqdim edilməmişdir. Cavabdehin mövqeyini yanlış və əsassız hesab edir. Belə ki, 1.Ərizəçi AA579288 saylı Doğum sənədinin surətindən görünür ki, xx.xx.1947 təvəllüdlü Ərizəçi atası X16, anası X14r. X16, anası X18 arasında bağlanmış xx.xx.1939-cu il tarixli 23 saylı kəbin kağızı və Binə qəsəbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, məhrum X5 qəsəbəsi Musabəyov küç. ev32 ünvanında yaşamışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki , X16 18 avqust 1975-ci ildə rəhmətə getmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Binə qəsəbəsində Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid 32 saylı pasport üzrə ev dəftərinin aparılmasından görünür ki, 1912-ci il təvəllüdlü X16, 1921-ci il təvəllüdlü X18 və 1947-ci il təvəllüdlü Ərizəçi qeydiyyatda olmaqla həmin ünvanda yaşamışlar. Göstərilən faktın müəyyən edilməsi ona evin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Daha sonra iddiaççı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Azərbaycan SSR Komunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə Evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Binə qəsəbəsi, Musabəyov küçəsi ev 32 ünvanında yerləşən evə X8 adına verilmiş pasportun X11 məxsus olması faktının təsdiqi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun dayısı oğludur. Mərhum babasını hamı Paşa deyə tanıyıb, lakin sənədlərdə adı Pənahdır. X21 yaşayıb, ev Binə kəndində yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun atasının əmisi oğludur. Babasının adı Paşa olmuşdur, yani hərkəs onu Paşa deyə tanıyıb, hətta o, kəndə bulaq çəkmişdir və bulaq hələ də “Paşa bulağı” kimi tanınır. Babası Binədə yaşayıb və həmin evdə onun əmisi Güləliyə qalıb. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü Əliyev X24 atası X15, anası isə X7r. İş materiallarında olan xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1991-ci il tarixə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ev sahibinə aid məlumatlarda rus dilində “Алиев Гюль Али Паша оглы” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xəzər rayon Qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Əliyev Pənah (Paşa) İmaməli oğlunun ölümü haqqında akt qeydləri aşkar edilməmişdir. Arxiv məlumatları Xəzər rayon qeydiyyat şöbəsində 1945-ci ilə qədər saxlanılmadığına görə ölüm haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı 5 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 06 aprel 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X26 (Paşa) oğlu ilə X12 nikahı haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda bildiririk ki, 1939-cu ilə dair Əzizbəyov (Xəzər) rayon Binə qəsəbəsi üzrə nikah haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmış və bununla əlaqədar olaraq bildirilib ki, təqdim edilmiş sənədlər surətdir və texnikı pasportla digər sənədlər arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasporta əsasən hüquq sahibi X17, digər sənədlərdə isə X16 qeyd edilmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlərdə adı qeyd edilən şəxslə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat ofisinin məktubu) təqdim edilməmişdir. Bu səbəbdən tərəfindən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət, qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci madəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 16.5ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin atasının adı, soyadı və ata adı bütün sənədlərdə “X15” kimi göstərilsə də Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda X17 (“Алиев Гюль Али Паша оглы”) kimi qeyd edilmişdir. Ərizəçinin atasının adının, soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının ata adında olması Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun X9 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 3 ünvana aid Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun X9 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 3 ünvana aid Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportun pasportun X11 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-4027/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4027/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver