Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4046/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı Elbrus qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaunsuz sahiblikdən götürülməsi, tikilinin sökülməsi, ərazinin boşaldılması” tələbinə dair mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında, hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaunsuz sahiblikdən götürülməsi, tikilinin sökülməsi, ərazinin boşaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Əlburus qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi, qanuni əsaslarla iddiaçıya məxsus 9 sot torpaq sahəsinin 3 sot hissəsinin Cavabdeh qanunsuz sahibliyindən götürülməsinə, onun həmin sahədən çıxarılmasına, cavabdeh tərəfindən inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin sökülməsinə, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dai qətnamə qəbul etməsini xahiş etmişdir. Bundan sonra İddiaçı Elbrus qızının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026cı il tarixdə məhkəməyə ərizə göndərərək, işin baxılmamış saxlanılması, sənədlərin əslinin ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatətini müdafiə edərək izahatında göstərmişdir ki, iddia artıq öz aktuallığını itirdiyinə görə ərizənin geri qaytarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Elbrus qızının nümayəndəsi və vəkili Nümayəndə vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qaunsuz sahiblikdən götürülməsi, tikilinin sökülməsi, ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(003)-4046/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4046/2025
27.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver