Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4258/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.107007 ha olan torpaq sahəsinin, dövlət reyestr nömrəsi **********800, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.103527 ha olan torpaq sahəsinin, çıxarışı **********74-10301 reyestr nömrəli olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 0.0085 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 36.5 kv.m. fərdi yaşayış evinin, Əzizbəyov (indiki Xəzər) rayonu Buzovna qəsəbəsində yerləşən 881.1 kv.m torpaq sahəsinin hər bizimizə, yəni İddiaçı2 və İddiaçı1 1/3 hissədə olmaqla payımızın müəyyən edilməsinə və naturada bölünməklə adımıza ayrıca dövlət reyestrindən çıxarışın verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermişdir. Cavabdeh isə işə mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş olunduğundan, mülki iş üzrə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-4258/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4258/2024
21.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver