Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-426/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan cavabdehə məxsus cehiz əşyalarının cavabdehin hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0.7 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin torpaq sahəsi iddiaçıya DƏDRX-dən Abşeron Donuzkökəltmə sovxozunun xx xxxx 1990-cı il tarixli 135 №-li əmri ilə ayrılmışdır və onun tərəfindən sözügedən torpaq sahəsində 2 ədəd 1 mərtəbəli yaşayış sahəsi tikilmişdir. Hazırda həmin yaşayış evlərinin yerləşdiyi ünvan ünvan 1 adlanır. Həmin torpaq sahəsinə xx xxx 2018-ci ildə DƏDRX-dən mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Daha sonra xx xxxxxxx 2020-ci ildə torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd fərdi yaşaış evinə DƏDRX-dən çıxarış verilmişdir. Cavabdeh iddiaçının qardaşının keçmiş gəlinidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh azyaşlı övladı X15 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət X2 yaşadığı evə köçürülmüşdür. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6168/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək X6 fərdi yaşayış evinə köçürülmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə Ali Məhkəmənin qərarı ilə ləğv edilərək apellyasiya instnasiyası məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12433/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni X6 azyaşlı övladı X15 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət cavabdeh X2 yaşadığı evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa cavabdeh 2019-cu ilin oktyabr ayından iddiaçının mülkiyyətində olan evdən getmiş, lakin cehiz əşyaları həmin evdə qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək və etiraz ərizəsi təqdim edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı Cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan qızına məxsus cehiz əşyalarının onun hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, qızı Cavabdeh azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülmüş və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Mübahisəli torpaq sahəsinin üzərində olan tikili (hazırki mübahisə predmeti olan ev) qızı Cavabdeh hüququ ilə yüklü edilmişdir, ona görə də, həmin tikilidən çıxarılmağı üçün qızına kompensasiya təklif olunmalıdır. Göründüyü kimi tikilidən, yəni mübahisəli evə hüququnun olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir və bu hal mübahisələndirilə bilməz. Həmin evdən çıxarılmağı üçün yalnız kompensasiya verilməlidir. Lakin iddiaçı qızının tikilidən çıxarılmağını tələb etməsinə baxmayaraq heç bir kompensasiya tələbi irəli sürməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq üzərindəki 109 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7293/17 nömrəli, xx xxxxxxx 2017-ci il tarixli qərarından görünür ki, iddiaçı X6 cavabdehlər X5, X3 və X4 qarşı fərdi yaşayış evinə köçürülmə, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instnasiyası məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12433/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-579/2017 sylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni X6 azyaşlı övladı X15 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət cavabdeh X2 yaşadığı evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3796/19 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-686/2019 nömrəli qətnaməsi qismən – 3-cü şəxs X8 iddiası üzrə cavabdeh X6 X8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş və hazırda X6 yaşadığı qanunsuz tikili boşaldılmaqla X9 təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası X6 torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində tikilmiş tikilinin boşaldılmaqla təhvil verilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə X10 azyaşlı övladı Əli Quliyev ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən evə köçürülmüş və həmin qətnamə hal-hazırda qüvvədədir. Mübahisəli torpaq sahəsinin üzərində olan tikili (hazırki mübahisə predmeti olan ev) Şəhla Quliyevanın (hazırda Mirzəlinin) hüququ ilə yüklü edilmişdir, ona görə də, həmin tikilidən çıxarılmağı üçün kompensasiya təklif olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarına əsasən yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxxx 2007-ci il tarixli Qərarında deyilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq üzərindəki 109 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxxx 2020-ci il tarixli çıxarış verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə X10 azyaşlı övladı Əli Quliyev ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən evə köçürülmüş və həmin qətnamə hal-hazırda qüvvədədir. Həmin dövrdə mübahisəli ev və evin yerləşdiyi ğorpaq sahəsi iddiaçının mülkiyyətində olmamış və özbaşına tikili olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində olan tikili (hazırki mübahisə predmeti olan ev) Şəhla Quliyevanın (hazırda Mirzəlinin) hüququ ilə yüklü edilmişdir və ona görə də, həmin tikilidən çıxarılmağı üçün kompensasiya təklif olunmalıdır. Cavabdehin mübahisəli tikilidən, yəni mübahisəli evə istifadə hüququnun olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir və bu hal mübahisələndirilə bilməz. Cavabdehin həmin evdən çıxarılması üçün yalnız kompensasiya verilməlidir. İddiaçı isə belə bir tələb irəli sürməmişdir. Bu baxımdan iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cehiz əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan cavabdehə məxsus cehiz əşyalarının cavabdehin hesabına boşaldılması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-426/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-426/2021
30.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver