Məhkəmə qərarları › İş №e-2(003)-4363/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4363/2023

17.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4363/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Cavabdeh2 X1 sanatoriyasına qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Cavabdeh2 X1 sanatoriyasına qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Cavabdeh2 X1 sanatoriyası cavabdeh İddiaçı1 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş məhkəmədə 2(003)- 1819/2023 nömrəsi ilə qeydiyyata alınmış və hakim İlham Cəfərzadənin icraatındadır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1819/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Cavabdeh2 X1 sanatoriyasının cavabdeh İddiaçı1 qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1819/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə baxışına hazırlığın icraatı dayandırılmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Cavabdeh2 X1 sanatoriyasına qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar