Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4417/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında imzalanan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 3 iyul 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə xitam veriləsi; Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması; dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 iyul 2019-cu il tarixində ilkin alqı-satqı müqaviləsinə (bundan sonra - müqavilə) əsasən, “Satıcı”, yəni - İddiaçı BOKT ASC ilə “Alıcı”, yəni - Cavabdeh arasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evin ilkin alqısatqısına dair razılığa gəlinmişdir. Müqavilənin 2.1-ci bəndi ilə əmlakın dəyəri 37000 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndində qeyd edilir ki, “Alıcı” müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətin 5000 manatını “Satıcıya” ödəyir, qalan 32000 manat məbləği isə 03.11.2024-cü il tarixədək hər ayın 3-dən gec olmayaraq 500 manat olmaqla hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ilkin ödəniş kimi müqavilənin bağlanıldığı ilk gün 5000 manat ödəniş etmişdir. 15.10.2021ci il tarixli hesabdan çıxarışa əsasən, Cavabdeh 05.08.2019-cu il tarixindən bu günə kimi cəmi 7793 manat 60 qəpik məbləğində ödəniş etmişdir. Həmin çıxarışdan göründüyü kimi, cavabdeh əksər aylarda ödəniş etməmişdir və bu günə qədər ödəməli olduğu məbləğin yalnız bir qismini şirkətin hesabına köçürmüşdür. 28.09.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edilmiş, ondan borclu olduğu ayların ödənişinin tam şəkildə həyata keçirilməsi tələb edilmişdir. Tələb onunan məbləğin ödənilməsi üçün isə ona 10 gün vaxt verilmişdir. Həmçinin, həmin məktubla cavabdehə borcu ödəyə bilmədiyi halda 03.07.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi və yaşayış evinin boşaldılaraq təşkilatımıza təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məktubun çatdırılması haqqında qaimədən də göründüyü kimi, artıq 30.09.2021-ci il tarixində cavabdeh pretenziya məktubunu qəbul etmişdir. Buna baxmayaraq, cavabdeh ondan tələb olunan məbləği müəyyən olunan müddət ərzində tam şəkildə şirkətin hesabına köçürməmişdir. İşin faktiki hallarından da göründüyü kimi, Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmədiyindən hal-hazırda İddiaçı BOKT ASC-yə xeyli miqdarda pul borcludur. Pretenziya qaydasında ondan bütün borcunu ödəmək üçün vaxt verilsə də, cavabdeh bu şərtlərə əməl etməmişdir. Bu səbəbdən də mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Göründüyü kimi, Cavabdeh öz öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməməsi İddiaçı BOKT ASC-nin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnir. Belə olan halda isə mülki qanunvericiliyin tələblərinə əsasən ilkin alqı-satqı müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinə zərurət yaranır. Qeyd olunanlara əsasən, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında imzalanan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 3 iyul 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə xitam veriləsi; Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evinin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması; dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan fərdi yaşayış evinə dair 03 iyul 2019-cu il tarixli ilkin alqısatqı müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, 37000 manat məbləğində əmlakın 5000 manatı alıcı tərəfindən notariusun bankda açılan deposit hesabı vasitəsilə ödənilmiş, qalan 32000 manat məbləği isə 03.11.2024-cü il tarixədək hər ayın 3-dən gec olmayaraq 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Satıcı əmlakı 1 ay ərzində alıcıya təhvil verməyi və 6 il ərzində əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, tərəflərin hər biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş 15.10.2021-ci il tarixinə hesabdan çıxarışdan görünür ki, İddiaçı BOKT ilə Cavabdeh arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən cəmi 7793.60 manat ödəniş aparılmışdır. İş materiallarına əlavə edilmiş 28.09.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair xəbərdarlıq edilmişdir. İddianın mahiyyətindən görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC cavabdeh tərəfindən aralarında bağlanmış ilkin alqı-satqı müqaviləsinin şərtlərinin pozulduğunu, cavabdehin öhdəliklərini yerinə yetirmədiyini bildirərək, müqaviləyə xitam verilməsi və cavabdehlərin fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh 03.07.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən dəyəri 37000 manat olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan fərdi yaşayış evinə görə hər ayın 3-dən gec olmayaraq 500 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Tərəflər həmin müqavilə ilə həmçinin, tərəflərdən biri öhdəliklərini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək və çəkilmiş xərclərin ödənilməsini tələb etmək hüququnu müəyyən etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında imzalanan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 3 iyul 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə xitam verilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evi boşaldılmalı və orada yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılmalı; dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında imzalanan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evinin alqı-satqısına dair 3 iyul 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hicran Hasilov küçəsində 0.03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 48.5 kv.m olan 20 saylı fərdi yaşayış evi boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-4417/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4417/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver