Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-461/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən, evdən çıxarılmaqla boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0,0215 ha torpaq sahəsi, ümumi sahəsində 91,5 kv.m olan fərdi yaşayış evindən və torpaq sahəsindən əşyaları ilə birlikdə öz şəxsi vəsaiti hesabına çıxarılmaqla boşaldılmasını, torpaq sahəsinin və evinin ona təhvil verilməsi, eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, 14 saylı notariat orqanında X4 Bakı şəhəri, Xəzər yaronu, Buzovna qəsəbəsi, ev 1-1387, yeni qaydalaria: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 69-cu Buzovna küçəsi, 26 ünvanında yerləşən 0.0215 ha torpaq sahəsi (10.000 manat), ümumi sahəsində 91 5 kvadrat metr (50.000 manat) olan daşınmaz əmiak üçün 60,000 (altımış min) manat ödəməklə alqı-satqı müqaviləsini həyata keçirmişdir. Murad Əlizadə ilə alqı-satqı müqaviləsini həyata keçirməmişdən əvvəl əmlakın yerləşdiyi ünvana baxış keçirmişdir. Əlizadə Murad bildirmişdir ki, evinin boş qalmaması və müəyyən miqdarda qazanc əldə etmək üçün kirayəyə vermişdir. Alqı-satqı müqaviləsi həyata keçirdikdən sonra kirayəşini saxlayıb qazanc da əladə biləcəyini bildirmişdir. Kirayədə yaşayan Cavabdeh1 alqı-satqı müqaviləsindən sonra kirayə ev tapana qədər 01 ay vaxt verilməsini xahiş etmişdir. O da tərəfin xahişini nəzərə alıb 01 (bir) ay vaxt vermiş və alqı-satqı müqaviləsindən bir ay sonra torpaq sahəsindən çıxaraq, evi boşaltmaqla ona təhvil verməli olduğunu bildirmişdir. Lakin, cavabdeh bu günə kimi evi və torpaq sahəsini ona təhvil verməmişdir. Vaqıf Ataxanov verdiyi vədə əməl etməyərək torpaq sahəsindən çıxmamış və evi boşaltmamışdır. Hal-hazırda ailəsi ilə birlikdə orada yaşamaqdadır. Dəfələrlə torpaq sahəsini və evi təhvil verməsini tələb etsə də, səyləri nəticə verməmişdir. Hər dəfəsində Vaqif müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh və ailəsi ilə birlikdə onun mülkiyyətimdə olan evdə və torpaq sahəsində yaşamaqdadırlar. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh1 İslam oğlu, onun ailə üzvləri - xx.xx.1979-cu il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.0215 ha torpaq sahəsi, ümumi sahəsində 91.5 kvadrat metr olan fərdi yaşayış evindən və torpaq sahəsindən əşyaları ilə birlikdə öz şəxsi vəsaitləri hesabına çıxarılmaqla boşaldılmasını, torpaq sahəsin və evinin iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunu geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müaviləsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1- 1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi X8 tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1983-cü il tarixdə Ağdərə rayonu, Metsşen kəndində anadan olmuş Ataxanov X6 rayonu, Çovdar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2001-ci il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində kəndində anadan olmuş X1 rayonu, Çovdar ərazi dairəsi, Çovdar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2003-cü il tarixdə Daşkəsən rayonu, Quşçu kəndində kəndində anadan olmuş X2 rayonu, Çovdar ərazi dairəsi, Çovdar kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Çovdar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-42-5/2-02/2025 saylı məktubundan görünür ki, Ataxanov X6 rayonu, Çovdar kəndində qeydiyyada olmasına baxmayaraq həmin ərazidə yaşamır. Harada yaşadığı barədə heç bir məlumat yoxdur. Həyat yoldaşı vəfat edib, X9 və X11 adlı 2 övladı vardır. Övladları ondan ayrı yaşayır. İkinci dəfə ailə həyatı qurması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-12-5/2-161/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 69-cu Buzovna küçəsi, 26 ünvanında xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh4 yaşayır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 1) (0,0215 ha torpaq sahəsi və 91,5 kv.m olan fərdi yaşayış evi) İddiaçı adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan X8 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında X8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0,0215 ha torpaq sahəsini və ümumi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evini 60000 manat müqabilində İddiaçı mülkiyyətinə verilməsinə dair bağlanmışdır. Həmin müqavilənin 8,9 və 11 bəndlərindən görünür ki, satıcı, X8 alıcıya, İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermiş və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2024-cü il tarixinədək faktiki sahibliyinə verməsi barədə öhdəlik götürmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0,0215 ha torpaq sahəsini və ümumi sahəsi 91,5 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Hal-hazırda həmin fərdi yaşayış evi və torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanının mülkiyyətçisi olmaqla həmin əmlaklar barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlərin həmin daşınmaz əmlakdan istifadə etmələrinin hər hansı bir qanuni əsası müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlaklardan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanının mülkiyyətçisi olmaqla həmin evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş üzrə cavabdehlər iddiaçının (mülkiyyətçinin) və həmin evin keçmiş mülkiyyətçisi olan X3 ailə üzvü olmamaqla həmin evdən mülkiyyətçinin razılığı olmadan istifadə etmələri (yaşamaları) qanuni hesab edilə bilməz. Belə ki, iş üzrə cavabdehlərin mübahisə predmeti olan evdə yaşamaları, keçmiş mülkiyyətçinin də ailə üzvü olmamaları nəzərə alınmaqla onların həmin evdən istifadə etmək üçün hər hansı bir hüququnun olmasına dəlalət etmir və iddiaçının mülkiyyətçi hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmaqla, həmin əmlakdan məhrum olunmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülkiyyətində olan və onun razılığı olmadan fərdi yaşayış evində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə öz şəxsi vəsaitləri hesabına çıxarılmaqla boşaldılması və həmin torpaq sahəsinin, eləcə də fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi hissəsində iddia tələbi əsaslıdır və iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh1 İslam oğlu, onun ailə üzvləri - xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2017-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2019-cu il təvəllüdlü Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.0215 ha torpaq sahəsi və 91.5 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə öz şəxsi vəsaitləri hesabına çıxarılmaqla boşaldılmalı, torpaq sahəsi və fərdi yaşayış evi iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.2.-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddia tələbinin dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi tam əsaslıdır. Ona görə ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmiş və bununla bağlı ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. Odur ki, iddiaçının dövlət rüsumununun nəticəsində çəkdiyi əlavə xərclər də müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən əşyaları ilə birlikdə öz şəxsi vəsaitləri hesabına çıxarılsın. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 1-1387 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0.0215 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 91.5 kv.metr olan fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-461/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-461/2025
23.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver