Məhkəmə qərarları › İş №e-2(003)-540/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-540/2024

05.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-540/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X9, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov küçəsi, 4 saylı yaşayış evinin 46 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Əzizbəyov rayonu (Xəzər), Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsindəki 4 N-li yaşayış evinin, 46 saylı mənzili tam mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh Raşıdovna oğlu X1 həyat yoldaşı, onun gəlini olmuşdur. Xəzər Rayon Məhkəməsinin 2-2259/2011 saylı iş üzrə çıxardığı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. xx.xx.2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsinin verdiyi Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 21 nömrə ilə bu barədə qeyd edilmişdir. Nikaha xitam verildikdən sonra keçmiş gəlini, Cavabdeh mənzildə olan bütün əşyalarını da götürüb evdən çıxıb getmişdir. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, mənzildə yaşamır. Onun ona məxsus olan mənzildə faktiki yaşamadığını qonşuların tərtib etdiyi və notarial qaydada təsdiq edilmiş ərizə də sübut edir. Bundan başqa Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 155 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 151 N-lı xx.xx.2023-cü il tarixli və 258 nömrəli xx.xx.2023-cü il tarixli arayışlarla da onun mənzilində yaşamadığı faktı təsdiq olunur. Cavabdehlə aralarında notariat qaydasında təsdiqlənmiş hər hansı saziş mövcud deyil. Cavabdehin uzun bir müddət ərzində ona məxsus olan mənzildə yaşamaması hər hansı bir ondan asılı olmayan səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Belə ki, oğlu ilə cavabdehin nikahı məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh mübahisəli mənzildən köçmüş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də, cavabdehin mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi mənzil hüquqlarını pozur. Məcbur qalıb onun da yerinə kommunal xərclərini ödəyir. Bu da maddi vəziyyətinin pisləşməsinə səbəb olur. Nikahları pozulduğuna görə Cavabdeh ona məxsus mənzildən qeydiyyatdan çıxacağını düşünmüş, lakin 7 saylı Asan Xidmət Mərkəzindən əldə etdiyi ******* N-li xx.xx.2023-cü il tarixli arayışdan aydın oldu ki, Cavabdeh qeydiyyatda qalmışdır. Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə etdiyi müraciətə cavabdeh inzibati orqanın 45/2- 15244/23 N-li xx.xx.2023-cü il tarixli məktubla ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bununla bağlı olaraq müvafiq iddia ərizəsi ilə bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)12050/2023 saylı iş üzrə çıxardığı xx.xx.2023cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qərarına əsasən mübahisənin araşdırılması rayon məhkəməsində aparılmalıdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, o, 1996-cı il tarixdən mübahisəli məzildə yaşayır. Belə ki, X2 1996-cı il tarixdən nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin müddətdən mübahisəli mənzildə yaşamışdır. Xəzər Rayon Məhkəməsinin 2-2259/2011 saylı iş üzrə çıxardığı qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Qeyd edilən vaxtdan o, həmin məzildən istifadə etmiş və bu gün də qızı ilə birlikdə istifadə etməkdədir. Son zamanlar təqribən bir ildir ki, keçmiş qaynanası ilə yola gedə bilmir və o, hər vəclə çalışır ki, onu mənzildən çıxarsın, lakin o, buna etiraz edir, çünki mənim faktiki olaraq yaşamağa evi yoxdur. Əgər onun istifadə hüququna xitam veriləcəyi təqdirdə harda və necə yaşamağı sual altında qalır. Eləcədə rəsmi nikaha girdiyi vaxt qüvvədə olan 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır. 53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qanunun tələbinə görə, gəlin qayınatasının evinə (ev xüsusi mülkiyyətində və ya order əsasında icarəsində ola bilər) 1999-cu ildə köçübsə, onda onun ailə üzvü kimi yaşayış sahəsindən istifada hüququna malikdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X14 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi və tələbin təmin olunmasına etiraz etdi. Məhkəmə proses iştirakçılarının izahatını, işə əlavə edilmiş sənədləri araşdıraraq və işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyob (indiki ünvan 1 ünvanı İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə reyestr kitabında 987 səhifə, 148241, qeydəalma N30/148241 xx.xx.1998-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov küçəsi, 4 saylı yaşayış evinin 46 saylı mənzilə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 212066 saylı xx.xx.1982-ci il tarixli orderin surətindən görünür ki, Lyudina Domna, Ryazanov Aleksandr, İddiaçı, Ryazanov Aleksey, Ryazanov Serqeyin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov küçəsi 4 saylı yaşayış evinin 46 saylı mənzildə istifadə hüquqları vardır. İş materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, Ryazanova Ədilə, Ryazanov Aleksandr, Ryazanov Serqey Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Dadaşov küçəsi 4 saylı yaşayış evinin 46 saylı mənzilində daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli 01/677 saylı sənədin surətindən görünür ki, Ludina Domna xx.xx.1998-ci il tarixdə vəfat etdiyindən yaşayış sahəsinin kirayə müqaviləsi X10 adına keçirilmişdir. İş materiallarına əlavə edilmiş arayışın surətindən görünür ki, Ryazanov Aleksey həqiqətən də Mərdəkan qəsəbəsi S.Dadaşov küçəsi 4 saylı yaşayış evinin 46 saylı mənzilində yaşamış və xx.xx.1989-cu il tarixdə pasport qeydiyyatından çıxmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanının İddiaçı xüsusi mülkiyyətində olan mənzildən başqa eyni ünvan göstəricilərinə malik digər mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X5, anası X6. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X11 xx.xx.1996-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada arvada Ryazanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 258 saylı, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Raşıdovna xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Lakin qonşuların aktına əsasən o, 2001-ci ilə qədər bu mənzildə yaşamayıb. İş materiallarına əlavə edilmiş 18/2-27244/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh xx.xx.2005-ci il tarixdə ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh Raşıdovna arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X5, X13, Nümayəndə, Cavabdeh, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X7, X8, X4 öz ərizələri ilə təsdiq etmişlər ki, X12 2017-ci ildən etibarən ünvan 4 ünvanında faktiki olaraq yaşamır. İş materiallarına əlavə edilmiş 151 saylı xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X5 ünvan 4 ünvanında qeydiyyatdadır. Qonşuların ərizəsinə əsasən keçmiş həyat yoldaşı Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatda olmağına baxmayaraq 2017-ci il tarixindən hal-hazıra kimi yaşamır. Beləliklə, məhkəmə araşdırması gedişində müəyyən olunmuşdur ki, ünvan 4 İddiaçı mülkiyyətindədir. Mülki iş üzrə Cavabdeh iddiaçının oğlu X5 ilə xx.xx.1996-cı ildə nikaha girərək ailə qurmuş və mübahisə predmetinə aid olan ünvan 4 ünvanına gəlin köçmüşdür. xx.xx.2012-ci ildə isə nikahları pozulmuşdur. Cavabdeh son bir ilədək mübahisə predmetinə aid olan mənzildə yaşamışdır. Tərəflər arasında olan narazılığa görə bir ildir ki, həmin məzildə yaşamır. Hazırda İddiaçı cavabdehin həmin mənzildə yaşamadığı üçün onun istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddələsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən(mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəlarıa uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcələsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cı il tarixədək qüvvədə olan Azərbaycan Republikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə Yaşayış evi mülkiyətçisinin özünə məxsus evinə köçürdüyü ailə üzvləri onları köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcələnin 53-cü maddəsində göstərilən şəxslər mülkiyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərini köçürülməsinə yalnız mülkiyətçinin razılığı ilə\ yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan espublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Müəyyən edilmişdir ki, cavabdehin mübahisə predmetinə aid olan mənzilə 01 oktyabr 2009-cı il tarixədək qüvvədə olan Azərbaycan Republikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən istifadə hüququ yaranmışdır. İddiaçı cavabdehin ona məxsus mənzildə uzun müddət yaşamadığını əsasə gətirmişdir. Lakin müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzildə daima yaşamış, onun başqa yaşayış yeri yoxdur, müəyyən müddətdə yaşamamağına səbəb isə iddiaçı tərəfindən ona qoyulmuş maneələr olmuşdur. Bundan başqa, cavabdehin başqa yerdə yaşaması səbəbindən iddiaçıya məxsus evdən istifadə hüqununun əsaslarının aradan qalxdığı və bu əsasla evdən istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı cavabdehin daimi başqa yaşayış yerinin olmasına sübut təqdim etməmişdir. Habelə istifadə hüququnun itirlməsi üçün müvafiq kompensasiya təklif olunmamışdır. Qeyd olunanlara əsasə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cavabadehin istifadə hüquqlarının itirilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar