Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-592/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh “X3” MMC-nə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMC-dən onun xeyrinə müqavilə üzrə ödənilmiş 1500 manatın, dövlət rüsumu kimi ödənilmiş 38,2 manatın və hüquqi xidmətin göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 320 manatın, ümumilikdə 1852,2 manatın tutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər məhkəmə iclasına gəlməmiş Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə aralarında bağlanmış barışıq sazişini və bu barədə yazdıqları ərizələri məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını Bildirmişlər İddiaçı nümayəndəsi və vəkili Vəkil Nəriman oğlu ərizə ilə müraciət edərək bildirdi ki, cavabdehlə barışıq əldə edilmiş və razılaşma şərtlərinə uyğun saziş tərtib edilərək elektron kabinetə əlavə edilmişdir. Barışıq sazişinin mahiyyətinin onlara aydın olduğunu, maraqlarına uyğun olduğunu qeyd etmiş və barışıq sazişinin təsdiq edilməsini, bu əsasla icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X3” MMC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh X3” MMC-nə qarşı iddia ərizəsi ilə bağlı iddia tələblərinin mahiyyəti üzrə əsaslığı ilə razılaşmasalar da, İddiaçı ilə ümumi razılığa gəlib aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin əslinin iddiaçı tərəfindən məhkəmə təqdim olunacağını qeyd etmişdir. Bu barədə yazdığı ərizə ilə məhəkəməyə müraciət edərək, barışıq sazişinin bağlanması, məhkəmə qaydasında təsdiq olunması, bununla bağlı icraata xitam verilməsi məsələlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 261 və 262.4-cü maddələrinin müddəaları ilə tanış olduqlarını və həmin müddəalarının onlara aydın olduğunu bildirmişdir. 2(003)-592/2025 nömrəəli mülki iş üzrə İddiaçı ilə cavabdeh X3” MMC arasında əldə olunmuş və 21 yanvar 2025-ci il tarixi ilə imzalanmış barışıq sazişinin təsdiq olunması, İddiaçı ilə Cavabdeh X3” MMC arasında əldə olunmuş və 21 yanvar 2025-ci il tarixi ilə imzalanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunması ilə bağlı e-2(003)-592/2025 nömrəli mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh “X3” MMC arasında bağlanmış xx.xx.2025-ci tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar: a) “X3” MMC İddiaçı göstərilən mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraaata xitam verilməsi barədə qəradadın qəbul edildiyi tarixdən etibarən 30 gün ərzində 900 manat ödəməyi öhdəsinə götürür.. b) “X3” MMC qəbul edir ki, bu sazişin a bəndində göstərilən müddət ərzində vəsaiti ödəməyəcəyi təqdirdə əlavə olaraq İddiaçı sonuncu tərəfindən hüquqi xidmətin göstərilməsi məqsədi ilə vəkilə ödənmiş 320 manat miqdarında pul vəsiti ödəyəcəkdir. c) İddiaçı mübahisənin göstərilən şərtlətlə sonlandırılması qəbul edir və a bəndində göstərilən müddət ərzində həmin bəndə göstərilən vəsaitn ödənilməsi halında b bəndində göstərilən vəsaitdən imtina edir. d) Barışıq sazişi bağlanıb məhkəmə qaydasında təsdiq olunandan sonra İddiaçı eyni iddia tələbləri ilə və ya həmin iddia tələblərindən irəli gələn müvafiq digər tələbləri ilə (dövlət rüsumunun, vəkil qonararının ödənilməsi və sair) Cavabdeh MMC-nə qarşı məhkəməyə, hüquq mühavizə orqnlarına və ya sair səlahiyyətli rəsmi sturukturlara müraciət edərsə, hazırki Barışıq sazişində qeyd edilmiş məbləğini Cavabdeh MMC-dən tələb etmək hüququnu itirir və Barışıq sazişi bağlanıb təsdiq olunanndan sonra Cavabdeh MMC-nin ödədiyi pul vəsaitinin tam şəkildə Cavabdeh MMC-nə qaytarmalıdır. e) Tərəflər yuxarıda göstərilən şərtlərlə mübahisəni yekunlaşdırır və bu sazişin “a”, “b”, və (və ya) “c” bəndlərində (biri və ya hər birində) nəzərdə tutulmuş şərtlərdən kənarda birbirlərinə qarşı hər hansı tələb irəli sürməyəcəkləri barədə öhdəlik qəbul edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 252.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh “X3” MMC arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2025-cü il tarixli barışıq sazişi təsdiq edilsin: a) “X3” MMC İddiaçı göstərilən mülki iş üzrə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraaata xitam verilməsi barədə qəradadın qəbul edildiyi tarixdən etibarən 30 gün ərzində 900 manat ödəməyi öhdəsinə götürür.. b) “X3” MMC qəbul edir ki, bu sazişin a bəndində göstərilən müddət ərzində vəsaiti ödəməyəcəyi təqdirdə əlavə olaraq İddiaçı sonuncu tərəfindən hüquqi xidmətin göstərilməsi məqsədi ilə vəkilə ödənmiş 320 manat miqdarında pul vəsiti ödəyəcəkdir. c) İddiaçı mübahisənin göstərilən şərtlətlə sonlandırılması qəbul edir və a bəndində göstərilən müddət ərzində həmin bəndə göstərilən vəsaitn ödənilməsi halında b bəndində göstərilən vəsaitdən imtina edir. d) Barışıq sazişi bağlanıb məhkəmə qaydasında təsdiq olunandan sonra İddiaçı eyni iddia tələbləri ilə və ya həmin iddia tələblərindən irəli gələn müvafiq digər tələbləri ilə (dövlət rüsumunun, vəkil qonararının ödənilməsi və sair) Cavabdeh MMC-nə qarşı məhkəməyə, hüquq mühavizə orqnlarına və ya sair səlahiyyətli rəsmi sturukturlara müraciət edərsə, hazırki Barışıq sazişində qeyd edilmiş məbləğini Cavabdeh MMC-dən tələb etmək hüququnu itirir və Barışıq sazişi bağlanıb təsdiq olunanndan sonra Cavabdeh MMC-nin ödədiyi pul vəsaitinin tam şəkildə Cavabdeh MMC-nə qaytarmalıdır.. e)Tərəflər yuxarıda göstərilən şərtlərlə mübahisəni yekunlaşdırır və bu sazişin “a”, “b”, və (və ya) “c” bəndlərində (biri və ya hər birində) nəzərdə tutulmuş şərtlərdən kənarda birbirlərinə qarşı hər hansı tələb irəli sürməyəcəkləri barədə öhdəlik qəbul edirlər. İddiaçı cavabdeh “X3” MMC-nə qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-592/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-592/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver