Məhkəmə qərarları › İş №e-2(003)-683/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-683/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-683/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə X1 ödənilməmiş əsas təhsil haqqı borcu 3612,50 manat və öhdəliklərini vaxtında yerinə gətirmədiyi üçün müqavilənin 5.6-cı bəndinə əsasən 6502.50 manat dəbbə pulu olmaqla, ümumilkdə 10115,0 manat ödənilməmiş təhsil haqqı borcunun Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi, həmçinin Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixində bağlanmış “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə X1 ödənilməmiş təhsil haqqı 6000,0 manat və öhdəliklərini vaxtında yerinə gətirmədiyi üçün müqavilənin 5.6-cı bəndinə əsasən 10.800 manat dəbbə pulu olmaqla, ümumilkdə 16800,0 manat ödənilməmiş təhsil haqqı borcunun Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 valideyni Cavabdeh2 ilə İddiaçı MMC arasında 05 oktyabr 2020-ci il tarixində “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehin övladı X3 İddiaçınin ibtidai təhsil pilləsi üzrə Azərbaycan dili bölməsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi Azərbaycan bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 7300 (yeddi min üç yüz) AZN təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə 2020-ci ilin mart ayından əyani dərslərin keçirilinəsi dayandırılsa da, İddiaçı tərəfindən Microsoft Teams proqramı üzərindən onlayn qaydada şagirdlərə təhsil verilməsi davam etdirilmiş və bu barədə valideyinlərə də, xəbərdarlıq olunmuşdur. Dərslərin onlayn keçirilməsi barədə cavabdeh tərəfindən hər hansı narazılıq olunmamış, bu barədə İddiaçınə dərslərin onlayn qaydada keçirilməsi və yaxud da müqaviləyə xitam verilməsi barədə hər hansı müraciəti daxil olmamış, övladı onlayn qaydada təhsilini davam etdirmişdir. Yuxarıda qeyd olunan müqavilə bağlanan zaman, Cavabdeh2la, 05 oktyabr 2020-ci il tarixli “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinə 242 nömrəli əlavə razılaşma imzalanmışdır. Nəticədə, 7300,0 manat təşkil etmiş təhsil haqqına pandemiya səbəbindən 2187,50 manat güzəşt olunaraq, övladı Kənan Məmmədovun təhsil haqqının dəyəri 5112,50 manat təşkil etmişdir. Cavabdeh2, həmin təhsil haqqı ödənişindən müqavilənin bağlandığı gün 1500,0 manat ödəniş etmişdir. Ona təqdim olunmuş hesab fakturaya əsasən, qalan ödənişləri 15 dekabr 2020 və 01 fevral 2021-ci il tarxədək ödəməli olduğu halda, təhsil haqqı öhdəliyini yerinə yetirməmişdir. Hal-hazırda 05 oktyabr 2020-ci il tarixində Cavabdeh2la bağlanmış, “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinə əsasən övladı X1 əsas təhsil haqqı üzrə ödənilməmiş borcu 3612,50 manat təşkil edir. Həmçinin, Cavabdeh1 İddiaçı MMC-yə müraciət edərək, həyat yoldaşı Cavabdeh2 həbsdə olduğunu, X1 Liseydən çıxarılmamasını, 2020-2021-ci il üçün təhsil haqqının ödəniləcəyini, 2021-2022-ci il tədris dövrü üçün onunla müqavilə bağlanılmasını xahiş etmiş, İddiaçı MMC-nin rəhbərliyi Cavabdeh2 həbsdə olması və X1 dərslərdən kənar qalmaması üçün humanist addım ataraq, X1 valideyini Cavabdeh1 ilə 13 sentyabr 2021-ci il tarixində “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ”nə dair yeni bir müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi Azərbaycan bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 7000,0 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən X2 münasibətdə 2020-2022-ci il tədris dövrü üçün yenə də güzəşt edilmiş və təhsil haqqı 6000 (altı min) manat təşkil etmiş və Cavabdeh1 təqdim edilmiş hesab fakturaya əsasən, həmin məbləğin bir dəfəyə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, o, həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və təhsil haqqı borcunu ödəməmişdir. İddiaçı MMC hər iki müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, Cavabdeh2 05 oktyabr 2020-ci il tarixli “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ Müqaviləsi üzrə qalan ödənişlərini 2021-ci ilin fevral ayının 1-dək ödənilməli olduğu halda, öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını pozmuşdur. Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməsi bat ədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Halbu ki, qeyd edilən müqavilələrin 3.3.1-ci bəndinə əsasən, bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqını vaxtında və tam şəkildə Təhsilverənə ödəmək valideynin vəzifəsi kimi qeyd olunmuşdur. Eyni zamanda, Müqavilənin 5.6-cı bəndinə əsasən, təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə, ödəmə gününə görə Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqının gecikdirilmiş hər gününə görə 2%-i məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə X1 ödənilməmiş əsas təhsil haqqı borcu 3612,50 (manat və öhdəliklərini vaxtında yerinə gətirmədiyi üçün müqavilənin 5.6-cı bəndinə əsasən 6502,50 manat dəbbə pulu olmaqla, ümumilkdə 10115,0 manat ödənilməmiş təhsil haqqı borcu qalmışdır. Həmçinin, Cavabdeh1 ilə 13 sentyabr 2021-ci il tarixində bağlanmış “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə sonuncunun öhdəliyini yerinə yetirməyərək müqavilə müddəalarını pozmuşdur. Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirməsi barədə ona dəfələrlə şifahi formada müraciət olunmasına baxmayaraq, təhsil haqqının ödənilməsi istiqamətində hər hansı təşəbbüs göstərməmişdir. Halbu ki, qeyd edilən müqavilələrin 3.3.1-ci bəndinə əsasən, bu Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqını vaxtında və tam şəkildə Təhsilverənə ödəmək valideynin vəzifəsi kimi qeyd olunmuşdur. Eyni zamanda, Müqavilənin 5.6-cı bəndinə əsasən, təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə, ödəmə gününə görə Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqının gecikdirilmiş hər gününə görə 2%-i məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixində bağlanmış “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsi üzrə X1 ödənilməmiş təhsil haqqı 6000,0 manat və öhdəliklərini vaxtında yerinə gətirmədiyi üçün müqavilənin 5.6cı bəndinə əsasən 10800,0 manat dəbbə pulu olmaqla, ümumilkdə 16800, manat ödənilməmiş təhsil haqqı borcu qalmışdır. Bu barədə cavabdehlərə noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və öhdəliyin 5 gün müddətində yerinə yetirilməsi xahiş olunmuşdur. Həmçinin, hazırki tələbi yerinə yetirərək, 5 gün ərzində, hər iki müqavilə üzrə əsas təhsil haqqı borcları ödənilərsə, onda müqavilənin 5.6-cı bəndinə əsasən hesablanmış dəbbə pulunun onlardan tələb olıınmayacağı bildirilmişdir. Lakin, cavabdehlər xəbərdarlıq məktubuna da əməl etməyərək, bugünədək öhdəliklərini yerinə yetirməmişdir. Hədəf Liseyi, ölkənin ən qabaqcıl təhsil müəssisələrindən biridir və Lisey tərəfindən istedadlı, savadlı gənclərin ortaya çıxarılması, ümumilikdə dövlətin təhsil sahəsində olan siyasətinin ən yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayır. Təhsil müəssisəsinin maddi texniki bazası və eləcədə müəssisədə dərsləri həyata keçirən müəllimlərin əmək haqqları, Təhsil müəssisəsinin valideyinlərlə bağladı müqavilələr əsasında formalaşan təhsil haqları hesabına ödənilməkdədir. Belə olan halda, valideyinin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qərəzli şəkildə icra etməməsi, təhsil müəsissəsini hüquqlarını pozmaqla yanaşı, müəllimlərin əmək haqqlarının da ödənilməsində, bütövlükdə götürdükdə isə dövlətimizin təhsil strategiyasında böyük problemlərə səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsaəsn işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianı və işin faktiki hallarını araşdırıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 ilə İddiaçı MMC arasında 05 oktyabr 2020ci il tarixində “Orta təhsilin verilməsinə dair” Müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdehin övladı X3 İddiaçınin təhsil pilləsinə qəbul edilmişdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi Azərbaycan bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı 7300, AZN təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilir. Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 05 oktyabr 2020-ci il tarixli “ORTA TƏHSİLİN TƏŞKİLİ” Müqaviləsinə 242 nömrəli əlavə razılaşmaya əsasən, 7300,0 manat təşkil etmiş təhsil haqqına pandemiya səbəbindən 2187,50 manat güzəşt olunaraq, Kənan Məmmədovun təhsil haqqının dəyəri bir ay üçün 350,0 manat müəyyən edilmişdir. Cavabdeh1 ilə İddiaçı MMC arasında 13 sentyabr 2021-ci il tarixində “İBTİDAİ (ORTA) TƏHSİLİN TƏŞKİLİ”nə dair yeni bir müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, Təhsil Müəssisəsinin ibtidai təhsil pilləsi Azərbaycan bölməsi üzrə, bir tədris ili üçün təhsil haqqı (nağdsız qaydada olan ödənişlərdə bank ödəmələri istisna olmaqla) 7000,0 manat təşkil etmiş, ödəniş həyata keçirilən gün, Azərbaycan Mərkəzi Bankının həmin günə olan satış məzənnəsinə uyğun olaraq manatla ödənilməsi, eyni qaydanın həm birdəfəlik, həm də hissə-hissə həyata keçirilən ödənişlərə şamil edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan kassa mədail orderindən görünür ki, Cavabdeh2 tərəfindən 1500,0 manat pul vəsaiti İddiaçı MMC-yə ödənilmişdir. İş materiallarında olan 242 nömrəli hesab-fakturadan görünür ki, 05 oktyabr 2020-ci il tarixli Orta Təhsilin Təşkil müqaviləsinə əsasən (X3) Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə ödənilməli olan məbləğ 7300,0 manat təşkil edir. İş materiallarında olan 252 nömrəli hesab-fakturadan görünür ki, 13 sentyabr 2021-ci il tarixli Orta Təhsilin Təşkil müqaviləsinə əsasən (X3) Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə ödənilməli olan məbləğ 6000,0 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC X1 təhsil pilləsinə qəbul edilməsi ilə bağlı onun valideynləri Cavabdeh2 ilə 05 oktyabr 2020-ci il tarixdə, Cavabdeh1 ilə 13 sentyabr 2021-ci il tarixdə “İbtidai (orta) Təhsilin Təşkili”nə dair müqavilə bağlamışlar. Müqavilələrin 5.6-cı bəndinə əsasən, təhsil haqqı bu müqavilənin şərtlərinə uyğun vaxtda və həcmdə ödənilməzsə, ödəmə gününə görə Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş təhsil haqqının gecikdirilmiş hər gününə görə 2%-i məbləğində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh2la, 05 oktyabr 2020-ci il tarixli “İbtidai (orta) Təhsilin Təşkili” Müqaviləsinə 242 nömrəli əlavə razılaşmaya əsasən 7300,0 manat təşkil etmiş təhsil haqqına pandemiya səbəbindən 2187,50 manat güzəşt olunaraq, övladı Kənan Məmmədovun təhsil haqqının dəyəri 5112,50 manat təşkil etmiş, Cavabdeh2 təhsil haqqından cəmi 1500,0 manat ödəniş etmişdir. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə Cavabdeh2 3612,50 manat, Cavabdeh1 6000,0 manat borcu yaranmışdır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri vardır. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən miedilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər “İbtidai (orta) Təhsilin Təşkili”nə dair müqavilələr əsasında iddiaçıdan övladına təhsil verilməsinə dair xidmətlərdən faydalanmaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında aldığı xidmətlərin dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehlər müqavilələr əsasında təhsil verilməsinə dair hüququndan istifadə etmiş, göstərilən xidmətlərin dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3612,50 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 6502,50 manat cərimə pulunun, 6000,0 manat əsas borca münasibətdə 10800,0 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə 100,0 manat cərimə, Cavabdeh1 iddiaçının xeyrinə 180,0 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 6000,0 manat əsas borc, 180,0 manat cərimə, Cavabdeh2 3612,50 manat əsas borc, 100,0 manat cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 6000,0 manat əsas borc və 180,0 manat cərimə İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 3612,50 manat əsas borc və 100,0 manat cərimə borcu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar