Məhkəmə qərarları › İş №e-2(003)-698/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-698/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-698/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı X3 vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh, Müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh, DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X9 Cavabdeh, DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 08 dekabr 2019-cu il tarixli 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notarisu X12 tərəfindən təsdiq edilmiş 4Ə- 1784 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakm Dövlət Reyestr Xidməti Hüquqların Dövlt Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 311.9 kv.m, yaşayış sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91.6 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onun oğludur. 08 dekabr 2019-cu il tarixli 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 4Ə-1784 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 311.9 kvşm yaşayış sahəsi 123.8 kv.m, yardımçı sahəsi 91.6 kv.m olan 6 otaqlı fərdi yaşayış evini və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi oğlu Cavabdeh bağışlamışdır. Aralarında bağlanmış müqavilə üzrə cavabdeh qanunda nəzərdə tutulan qaydada ona qulluq edib qayğı göstərmək kimi öhdəlik götürmüşdür. Lakin bağışlama miqavibəsi bağlandıqdan sonra fərdi yaşayış evi və torpaq sahəsi xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəliyi yerinə yetirməkdən imtina etməyə başlamışdır. Bağışlama müqavihbəsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz araları razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakı heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı fərdi yaşayış evini və torpaq sahəsini oğluna bağışlamışdır, bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. O sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsi istəyir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçını zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyi. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısmda daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, o bağışlama müqaviləsinin oğlunun vədlərini yerinə yetirəcəyini zənn etmişdir. Hal-hazırda ona bəlli olmuşdur ki, oğlu bankdan kredit götürüb evi ipoteka ilə yüklü etmiş, və vaxtında borcunu ödəyə bilmədiyinə görə pul məbləğin fərdi yaşayış evinə və torpağa yönəlməsi, açıq hərracdan satılması barədə qərar qəbul edir, cavabdehi baxıb böyütdüyündən, oğlunun onun qarşısınnda olan mənəvi vəzifələrini icra edəcəyinə uzun müddət ümid etmişdir. Cavabdehin onu küçədə qoyacağına inanmamış, son ümüdləri tükənəndən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X5 ünvanlanmış pretenziyarın mətnində qeyd edilmişdir ki, “08 dekabr 2019-cu il tarixli 4 saylı Bakı “Asan Xidmət notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 4Ə-1784 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinə əsasən o mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 311.9 k, sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91.6 kv.m olan 6 otaqlı fərdi yaşayış evini və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini oğlu Şamxala bağışlamışdır. Hal-hazırda aralarındakı münasibətin pozulması ilə əlaqədar 08 dekabr 2019-cu il tarixli Bağışlama müqaviləsinin “ləğv edilməsi” razılığa gəlmək niyyətindədir. Məhkəmə iclasında iddiaçı X3 vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etməyərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, evi bankda yüklü etməsi barədə atasının xəbəri olmamışdır. Bankdan 45000,0 manat kredit götürüb, evin qiyməti 300000,0 manatdan artıqdır. Bank evi 70000,0 manata hərraca çıxardır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia təmin edilsə cavabdeh bank qarşısında olan öhdəliklərini yerinə yetirməkdən yayınacaqdır, bu hal isə bankın maraqlarına ziddir. Ona görə də iddia əsassızdır, yalnız vaxt uzatmaq məqsədi daşıyır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Daşınmaz əmlakın bağışlanması” haqqında xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, X9 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 311.9 kv.m, yaşayış sahəsi 123,8 kv.m, yardımçı sahəsi 91.6 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 İlhamə Mehdi qızı ilə 12 iyun 1981-ci il tarixdə Ağdam VVAQ şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə 144 saylı qeyd aparılmışdır. İş materiallarında olan vətəndaşlıq vəziyyəti aktlarının AQİS-dən çıxarışının sürətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh atası X9 anası isə X8r. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkülərin işləri üzə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorunun 232/14 saylı xx.xx.2022-ci il tarixli arayışının sürətindən görünür ki, X2 rayonunda məcburi köçkün düşərək Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi Y.Əsədullayev küçəsi ev 20F-də məskunlaşmışdır. İş materiallarında olan AA №227198 saylı “X13” sürətindən görünür ki, X2 rayonunda məcburi köçkün düşmüşdür. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-396/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin iddiası qısmən təmin edilərək cavabdehlər Cavabdeh və X4 əsas borc üzrə 43407,27 (qırx üç min dörd yüz yeddi manat yirmi yeddi qəpik) manat, faiz borcu üzrə 6373,34 (altı min üç yüz yetmiş üç manat otuz cörd qəpik) manat, ümumilikdə 49780,61 (qırx doqquz min yeddi yüz səksən manat altmış bir qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum tutularaq iddiaçı, Bank VTB(Azərbaycan)“ Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə, Cavabdeh məxsus olan likvid dəyəri 120 000 manat olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 311.90 kv.metr olan 20F nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(104)-43/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2 2(115)-396/2021, saylı qətnaməsindən həmçinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2 2(115)-396/2021 saylı qətnaməsi fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X6 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 20F nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvü X11 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahətindən çıxmadıqda həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılması və fərdi yaşayış evi boşaldılması qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğludur və iddiaçı 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 20F nömrəli fərdi yaşayış evini oğluna bağışlamışdır. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 2019-cu ildə çıxarış alınmışdır. Daha sonra cavabdeh 45000,0 manat məbləğində kredit götürmüş və həmin mülkü bankda ipoteka ilə yüklü etmişdir. Kredit borcunu ödəyə bilmədiyi üçün bank mməhkəmədə iddia qaldırmış və kredit borcunun ipotekaya yönəldilməsini və bununla bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda iddiaçı cavabdehlə bağlanmış bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsini, əmlakın ona geri qaytarılmasını xahiş edir. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 670-cı maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər. Həmin Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Mülki Məcəllənin 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Həmin Məcəllənin 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin Mülki Məcəllənin 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. Beləliklə bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının ləğv olunmasını xahiş etdiyi xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında həmin mülk daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış ilə cavabdehin mülkiyyətinə keçmiş və cavabdeh "xxxx" ASC-dən 45000,0 manat məbləğində kredit götürərkən bağışlama əsasında əldə etdiyi evi ipoteka ilə yüklü etmişdir. Cavabdeh banka olan borcunu ödəmədiyindən məhkəmə qətnaməsi ilə borc tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəlmişdir. Bağışlama müqaviləsinin bağlanmasından 3 il sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, sözügedən ipoteka müqaviləsindən xəbəri olmadığını bildirərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə qeyd etməlidir ki, iddiaçı mülkü oğluna bağışladığı və oğlunun adına çıxarış verildiyi zaman həmin əmlaka dair mülkiyyət hüququnun da oğluna keçməsini bilməli idi. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülkiyyət hüququ dedikdə elə bir subyektiv hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır və mülkiyyətçinin özünə aid əşyadan istifadə, sahiblik etmək və sərəncam verməsini ifadə edir. Eyni zamanda bu səlahiyyətlərin başqa şəxsə verilə bilməsini, əşyanı girov kimi və başqa üsullarla istifadə edilə bilməsini, idarə etmək üçün başqa şəxsə verilə bilməsini, əmlak barəsində qanuna zidd olmayan istənilən hərəkətin edilə bilməsini ehtiva edir. Məhkəmə iddiaya münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Məhkəmə, qanunvericiliyin qeyd olunan normalarına, işin məhkəmə iclasında tədqiq olunan hallarına və digər hallara qiymət verərək müəyyən edir ki, İddiaçı öz sərbəst iradəsini ifadə etməklə bağışlama müqaviləsi bağlayaraq, özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 20F nömrəli fərdi yaşayış evini oğlu Cavabdeh bağışlamış və o da həmin əmlakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun təminatı kimi ipoteka ilə yüklü etmişdir. İddiaçı ipoteka müqaviləsindən xəbərsiz olduğunu bildirsə də, onun bu ifadələri ağlabatan olmamaqla yanaşı, hazırki iş üzrə əhəmiyyətli dəlil kimi qəbul edilə bilməz, işin tədqiq olunan hallarına əsasən də iddia tələbi öz təsdiqini tapmamışdır. Bundan əlavə, qeyd olunan normalardan göründüyü kimi, iddiaçının irəli sürdüyü dəlillər müqavilənin ləğv edilməsi əsası kimi qanunvericilikdə təsbit olunsa da mülkün ipoteka ilə yüklü edilməsi halı iddia təmin ediləcək halda 3-cü şəxsin ("xxxx" ASC) maraqlarına toxunur, cavabdeh bank qarşısında olan öhdəliyindən yayınmasına səbəb olur. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. İddianın çıxarışın ləğv edilməsi və əmlakın iddiaçıya geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia həmin hissə də bağışlama müqaviləsinin ləğvi ilə birbaşa bağlı olduğundan, bağışlama müqaviləsi isə ləğv edilmədiyindən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı X3 Cavabdeh, DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar