Məhkəmə qərarları › İş №e-2(003)-768/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-768/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-768/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə, Cavabdeh Bəhmən oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh Bəhmən oğluna qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh Bəhmən oğluna qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh Bəhmən oğlu arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və təhsil nazirinin xx.xx.2013-cü il tarixli, 821 saylı amrilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh Niderland X3 Rotterdam ali təhsil müəssisəsində “Beynəlxalq iqtisadiyyat və bixnes iqtisadiyyatı” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2013-2016-cı tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 22579,32 manat vəsait ödəmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və Nazirliyin xx.xx.2016-cı il tarixli, 68 saylı əmri ilə Dövlət Proqramından xaric edilmişdir. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsasən, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarının yerinə yetirilməsi təqaüdçünün əsas öhdəliyi kimi qəbul edilmişdir. Bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd edilir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda, Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş bütün xərcləri həmin Nazirliyiə 2 aydan gec olmayaraq qaytarmalıdır. , cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdeh müqavilə şərtini pozaraq, təhsilini akademik müvəffəqiyyətsizlik səbəbindən başa vura bilmədiyindən ona ödənilmiş dövlət vəsaitini geri qaytarmalıdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq idiaçının iddia müddətinin keçməsi ilə bağlı ərizəsinə etiraz edərək bildirdi ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, hazırkı iş üzrə iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Qaydaların 2 nömrəli Əlavəsinə uyğun olaraq, Təhsil Nazirliyi ilə iş üzrə Cavabdeh Bəhmən oğlu arasında 21,09.2013-cü ildə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə, cavabdeh Niderland X3 Rotterdam ali təhsil müəssisəsində “Beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı” ixtisasi (bakalavr səviyyəsi) üzrə 2013-2014-cü tədris illəri üzrə təhsilin təşkili ilə bağlı onun hesabına 22579,32 manat vəsait ödəmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq, akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş və bu barədə Nazirliyə heç bir məlumat verməmişdir. Bağlanmış müqavilənin 2.3.8-ci bəndində, əlaqə məlumatlarının dəyişdirildiyi təqdirdə, 10 təqvim günü ərzində ünvanların, e-mail və telefonların dəyişilməsi haqqında məlumat vermək təhsilalanın öhdəliyi kimi qəbul edilmişdir. Lakin, iş üzrə cavabdeh özü barədə heç bir məlumat vermədiyindən o xx.xx.2016-cı il tarixdə Təhsil Proqramından çıxarılmışdır. Sonradan onun bir neçə il xaricdə təhsil alması və barəsində Nazirlikdə heç bir məlumatın olmaması cavabdehdən ödənilmiş təhsil xərclərinin tələb edilməsi barədə Nazirliyin hüququnu məhdudlaşdırmışdır. Cavabdehin müqavilə öhdəliyindən yayındığına şübhələr yarandığından, onun qeydiyyat ünvanına xx.xx.2022-ci il tarixli, 05- 18-201/24 saylı məktubla “təhsil xərclərinin qaytarılması barədə” bildiriş göndərilmişdir, (poçt qəbzi əlavə olunur). Poçt qəbzindən məlum olur ki, cavabdeh yaşayış yerini dəyişmiş və bu barədə nazirliyi məlumatlandırmamışdır. Müqavilədə tərəf olan Təhsil Nazirliyi müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh tərəfindən pulun qaytarılacağına ümüd etməsinə baxmayaraq, lakin heç bir vəsait qaytarılmamışdır. Nazirlik hesab etmişdir ki, cavabdeh müqaviləyə uyğun olaraq, onun təhsilinin təşkili ilə bağlı ödənilmiş vəsait geri qaytaracaqdır. Lakin vəsait qaytarılmadığından ona rəsmi şəkildə müraciət edilərək pulun qaytarılması tələb edilmişdir. Cavabdehə “təhsil xərclərinin qaytarılması barədə” bildiriş göndərildikdən sonra onun yaşayış yerinin dəyişməsi, habelə müqavilə öhdəliklərindən yayındığı aşkar edildikdən sonra, tələbin məhkəmə qaydasında mübahisələndirilməsi qənaətinə gəlinmişdir. Digər tərəfdən cavabdehlə bağlanmış müqavilə ləğv edilməmiş, tərəflərin öhdəlikərinə xitam verilməmiş və hazırda qüvvədədir. Həmin müqavilənin 9-cu bəndində müqavilənin qüvvədə olma müddəti onun tam icrasına kimi müəyyən edilməsini nəzərdə tutur. Əvvəlki məhkəmə iclasında Cavabdeh Bəhmən oğlu iddiaya yazılı etirazla müraciət edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Elm və Nazirliyi ilə onun arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və təhsil nazirinin xx.xx.2013-cü il tarixli əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə o, Niderland X3 Rotterdam beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtiası üzrə (baklavr səviyyəsində) 2013-cü ilin sentyabr ayında 2013- 2016-cı il tədris ili üçün onun hesabına yalnız 1 il üçün 22.579,32 manat pul köçürmüşdür. Lakin üzürlü səbəbə görə akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş, Universitetin birinci kursunu bitirə bilməmiş, çünki, o imtahanlardan yetərli bal toplayğa bilməmiş, təhsil sistemi ağır olduğundan o imtahanları üzürlü səbəblərə görə verə bilməmiş, ona görə də həmin Universitetdən xaric etmişlər. xx.xx.2014-cü ildə Bakı şəhərinə qayıtmış və bu barədə Təhsil Nazirliyinin nümayəndəsi ilə telefonla danışıb ona bu barədə məlumat vermiş, sonra onunla nazirlikdə görüşərək ərizə yazıb vermiş, nazirliyin nümayəndəsinə bildirmişdir ki, Universitetdən xaric olunduğu üçün məcburiyyət qarşısında qalaraq başqa bir Universitetə, yəni, X9 Universitetinin Beynəlxalq Biznes və Dillər fakültəsinə daxil olmuşdur. Ona görə də nazirilyin nümayəndəsindən xahiş etmişdir ki, ona ödənilmiş vəsaitin bu universitetə köçürülməsi, lakin Təhsil Nazirliyinin nümayəndəsi ona bildirmişdir ki, ən birinci kursu başa vura bilmədiyi üçün təhsil haqqını və digər xərcləri dayandırır, təhsil vəsaitini də başqa Universitetə köçürülməsi mümkün deyildir. Bu zaman ona demişdir ki, ödənilən həmin pul geri qaytarılmalıdır. O, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və Universitetin birinci kürsunu axıra kimi oxumuşdur. Lakin imtahandan lazımı balı toplaya bilməyib kəsilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 10 il bundan qabaq onun təhsili və digər xərcləri üçün ödədiyi 22579,32 manat pulu məndən geri tələb edir. Lakin onun həmin pulu geri qaytarmaq imkanım yoxdur. Azərbaycan övladı kimi xaricə gedib təhsil almağa çalışmış, lakin imtahandan kəsildiyi üçün çox pis olmuş, oxumaq arzusunda olmuş, ona görə də yenidən hazırlaşaraq başqa bir Universitetə qəbul olunmuş və oranı bitirmişdir. Onun Dövləti qarşısında bir çox xidmətlərim vardır. Belə ki, mən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üçün Zəfər marafonu zamanı bütün fan zonanın proqramlarını hazırlığını təşkil etmiş, sonra Avropa oyunları parkının bütün rebrenləşdirilməsi və orada 15-ə yaxın xarici musiqiçilərin konsertlərinin keçirilməsini təşkil etmiş, Qarabağın İnkişaf sərgisində yeni texnologiyaların tətbiqi ilə bağlı stentin hazırlanmasını təşkil etmiş, X1 X7 Agentliyinin təqdimat stendinin hazırlanması və qonaqların mükafatlandırılması üçün təşkilatçılığı həyata keçirmiş, X12 voleybol komandasının xarici brendlərlə əməkdaşlıq üzrə fəaliyyət planının hazırlanmasını təşkil etmiş, bir neçə Azərbaycan məhsullarının marketinq strategiyasının yazılması və xarici bazarlara çıxarılmasında bir başa iştirakı olmuş, bir çox beynəlxalq brendləri Azərbaycan bazarında marketinq siyasətinin aparıcı üzvüdür. Azərbaycanın bir çox Ali Təhsil mərkəzlərində xarici brendlər və tələbələr arasında sosial məhsuliyyət layihələrinin keçirilməsini təşkil etmiş, tədbirlərlərdə gigiyena, ekologiya və təhsil barədə maarifləndirici sesiyaları təşkil etmiş, hal-hazırda da Qarabağ inzibati ərazisində keçiriləcək tədbirlər üçün təklif və təqdimatları və dövlət qurumlarına təqdim etmişdir. İddiaçı ilə aralarında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsaslanaraq tədris müəssisənin təyin etdiyi müddət ərzində seçdliyi ixtisas üzrə tədris planını və tədris proqramlarını yerinə yetirilməsi təhsilalanın əsas öhdəliyi kimi qəbul edilməsini göstərir. Halbuki həmin bənddə seçdiyi ixtisas üzrə tədris planını və tədris proqramlarını yerinə yetirilməsi təhsilalanların əsas öhdəliyi kimi qəbul edilməsi onun məcburi vəzifəm kimi qeyd olunmamışdır. Belə ki, oxuduğu müddət ərzində Təhsil Nazirliyi tərəfindən onunla maraqlanan olmamış və onunla heç bir əlaqə yaradan da olmamışdır. Daha sonra iddiaçı bağlanmış müqavilənin 5.2-ci bəndinə istinad edərək qeyd edir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə Təhsil proqramından çıxarıldıqda Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş xərclərin həmin Nazirliyə 2 aydan gec olaraq qaytarmalıdır. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən çəkilən xərclərin geri qaytarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, dəfələrlə rəsmi qaydada ona müraciət edilərək pulu tələb etsələr də, o pulu qaytarmaqdan yayınmışdır. Bu tam yalandır, iddiaçı 2014-cü ildən bu günə qədər pulun geri qaytarılması barədə ona heç bir rəsmi məktub göndərməmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ona qarşı 22579,32 manat məbləğində vəsaitin məndən tutulması barədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Bəhmən oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddiaya yazılı etirazla müraciət edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Elm və Nazirliyi ilə hüquqlarını təmsil etdiyi X8 arasında xx.xx.2013-cü ildə müqavilə bağlanmış və Təhsil nazirinin xx.xx.2013-cü il tarixli əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə hüquqlarını təmsil etdiyi şəxs Niderland X3 Rotterdam beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtiası üzrə (baklavr səviyyəsində) ona 2013-cü ilin sentyabr ayında 2013-2016-cı il tədris ili üçün hesabnma yalnız 1 il üçün 22579,32 manat pul köçürmüşdür. Lakin üzürlü səbəbə görə akademik müvəffəqiyyətsizlik səbəbindən təhsilini başa vura bilməmiş, universitetin birinci kursunu bitirə bilməmişdir. Çünki, hüquqlarını təmsil etdiyi şəxs imtahanlardan yetərli bal toplaya bilməmi., təhsil sistemi ağır olduğundan ona imtahanları üzürlü səbəblərə görə verə bilməmiş, ona görə də həmin universitetdən xaric edilmiş və xx.xx.2014-cü ildə Bakı şəhərinə qayıtmış və bu barədə Təhsil Nazirliyinin nümayəndəsi ilə telefonla danışıb ona bu barədə məlumat vermiş, sonra onunla nazirlikdə görüşərək ərizə yazıb vermiş, nazirliyin nümayəndəsinə bildirmişdir ki, Uuniversitetdən xaric olunduğu üçün məcburiyyət qarşısında qalaraq başqa bir universitetə, yəni X9 Universitetinin Beynəlxalq Biznes və Dillər fakültəsinə daxil olduğunu bilmişdir. Ona görə də nazirilyin nümayəndəsindən xahiş etmişdir ki, ödənlmiş vəsaitin bu universitetə köçürülsün. Lakin Təhsil Nazirliyinin nümayəndəsi ona bildirmişdir ki, “sən birinci kursu başa vura bilmədiyin üçün sənin təhsil haqqını və digər xərcləri dayandırırıq, təhsil vəsaitini də başqa universitetə köçürülməsi mümkün deyildir”. Bu zaman hüquqlarını təmsil etdiyi şəxs nümayəndəyə demişdir ki, ödənilən həmin pul geri qaytarılmalıdır. O, üzərimə götürdüyü öhdəliyi yerinə yetirmiş və universitetin birinci kursunu axıra kimi oxumuş, lakin imtahandan lazımı balı toplaya bilmədiyindən kəsilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 10 il bundan qabaq onun təhsili və digər xərcləri üçün ödədiyi 22579,32 manat pulu ondan geri tələb edir. Lakin hüquqlarını təmsil etdiyi şəxsin həmin pulu geri qaytarmaq imkanı yoxdur. Hüquqlarını təmsil etdiyi şəxs bir Azərbaycan övladı kimi xaricə gedib təhsil almağa çalışmış, lakin imtahandan kəsildiyi üçün çox pis olmuş, oxumaq arzusunda olmuş, ona görə də yenidən hazırlaşaraq başqa bir Universitetə qəbul olunmuş və oranı bitirərək ali təhsil haqqında sertifkat almışdır. Hüquqlarını təmsil etdiyi şəxs gəncdir, yaxşı ixtisaslı mütəxəssis kimi Respublikada xidmət etmək istəyir. Dövlətimiz qarşısında bir çox xidmətləri vardır. Belə ki, o, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üçün “Zəfər” marafonu zamanı bütün fan zonanın proqramlarını hazırlığını təşkil etmiş, sonra Avropa oyunları parkının bütün rebrenləşdirilməsi və orada 15-ə yaxın xarici musiqiçilərin konsertlərinin keçirilməsini təşkil etmiş, Qarabağın İnkişaf sərgisində yeni texnologiyaların tətbiqi ilə bağlı stentin hazırlanmasını təşkil etmiş, X1 X7 Agentliyinin təqdimat stendinin hazırlanması və qonaqların mükafatlandırılması üçün təşkilatçılığı həyata keçirmiş, X12 voleybol komandasının xarici brendlərlə əməkdaşlıq üzrə fəaliyyət planının hazırlanmasını təşkil etmiş, bir neçə Azərbaycan məhsullarının marketinq strategiyasnın yazılması və xarici bazarlara çıxarılmasında bir başa iştirakı olmuş, bir çox beynəlxalq brendləri Azərbaycan bazarında marketinq siyasətinin aparıcı üzvüdür, Azərbaycanın bir çox Ali Təhsil mərkəzlərində xarici brendlər və tələbələr arasında sosial məhsuliyyət layihələrinin keçirilməsini təşkil etmiş, tədbirlərlərdə gigiyena, ekologiya və təhsil barədə maarifləndirici sesiyaları təşkil etmiş, hal-hazırda da Qarabağ inzibati ərazisində keçiriləcək tədbirlər üçün təklif və təqdimatları və dövlət qurumlarına təqdim etmişdir. İddiaçı ilə hüquqlarını təmsil etdiyi şəxs arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə əsaslanaraq tədris müəssisənin təyin etdiyi müddət ərzində seçdliyi ixtisas üzrə tədris planını və tədris proqramlarını yerinə yetirilməsi təhsilalanın əsas öhdəliyi kimi qəbul edilməsini göstərir. Halbuki, həmin bənddə seçdiyim ixtisas üzrə tədris planını və tədris proqramlarını yerinə yetirilməsi təhsilalanların əsas öhdəliyi kimi qəbul edilməsi mənim məcburi vəzifəm kimi qeyd olunmamışdır. Belə ki, hüquqlarını təmsil etdiyi şəxs oxuduğu müddət ərzində Təhsil Nazirliyi tərəfindən onunla maraqlanan olmamış və onunla heç bir əlaqə yaradan da olmamışdır. Daha sonra iddiaçı bağlanmış müqavilənin 5.2-ci bəndinə istinad edərək qeyd edir ki, təhsil alan üzürsüz hesab edilən səbəblərə görə təhsil proqramından çıxarıldıqda Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilmiş xərclərin həmin nazirliyə 2 aydan gec olaraq qaytarmalıdır. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən çəkilən xərclərin geri qaytarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ki, Təhsil Nazirliyi dəfələrlə rəsmi qaydada hüquqlarını təmsil etdiyi şəxsə müraciət edərək həmin pulun geri qaytarılmasını tələb etmiş, guya ki, o pulu geri qaytarmaqdan yayınmışdır. Bu tam yalandır, iddiaçı 2014-cü ildən bu günə qədər pulun geri qaytarılması barədə ona heç bir rəsmi məktub göndərməmişdir. İddiaçı ilə aralarında bağlanmış sözügedən müqavilənin 5.3-cü maddəsinə əsasən xaricdə təhsili mənimsəyə bilmədiyi halda təhsil alan komissiyanın qərarı ilə Təhsil proqramından çıxarılır. Lakin işdə olan Təhsil nazirinin əmrindən görünür ki, o, komissiya tərəfindən deyil, nazirin əmli ilə təhsil proqramından kənarlaşdırılmışdır. Bu hal isə müqavilənin şərtlərinə ziddir və həmin əmri hüqüqi sənəd hesab etmir. İddiaçı 10 ildən yuxarıdır ki, 2013-cü ilin sentyabr ayından həmin vəsaiti hüquqlarını təmsil etdiyi şəxsdən istəməmiş, hal-hazırda məhkəmə yolu ilə 10 ildən sonra həmin vəsaiti tələb edir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi iddia tələbinin ümumi iddia müddəti üzrə 10 il, müqavilə tələbi üzrə isə 3 illik iddia müddəti artıq ötmüşdür. İddia müddətinin ötməsi iddia tələbinin rədd olunması üçün əsasdır. Məhkəmədən ərizəni nəzərə alınaraq, iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Təhsil Nazirliyi ilə Cavabdeh Məhman oğlu arasında “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında” bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Bu Müqavilənin predmeti Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı »nın reallaşması zamanı tərəflər arasında yaranan münasibətlərdir (1.1-ci bənd). “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi Təhsil alanın X5, Niderland Krallığı (bundan sonra-tədris müəssisəsi) beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtisası üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisini təşkil edir (1.2-ci bənd). Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqram ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri Nazirliyə 2(iki) aydan gec olmayaraq qaytarılmır (5.3-cü bənd). İş materiallarında olan Xaricdə “Dövlət Proqramı" çərçivəsində təhsil alanların siyahısına daxil edilmə haqqında Təhsil Nazirlinin xx.xx.2013-cü il tarixli, 821 saylı əmrinin surətindən görünür ki, Təhsil üzrə Komissiya tərəfindən xaricdə təhsil almaq üçün tövsiyə edilmiş Cavabdeh Məhman oğlunun Azərbaycan Respublikasının vətəndaşları “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların siyahısına daxil edilməsi, Nazirliyin İqtisadiyyat şöbəsi (R.Orucov) ləhsil Nazirliyinə təqdim olunacaq ödəmə sənədlərinə uyğun olaraq yuxarıda adları qeyd olunan tələbələrin 2013/2014-cü tədris ilindən etibarən təhsil almaları ilə bağlı bütün xərclərin (təhsil haqqı, viza, qeydiyyat, sığorta, yaşayış, ildə bir dəfə gediş-gəliş yol xərcləri və təşkilati xərclər) müvafiq qaydada müəyyən olunmuş müddətlərdə Dövlət Proqramının icrası iiçüıı nəzərdə tutulmuş maliyyə vəsaitləri hesabına ödənilməsini təmin etməsi, Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Təhsil Nazirliyinin sərəncamına əsasən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan 7 nəfərin təhsil xərcinin ödənilməsi üçün köçürülməsi məqsədilə Azərbaycan Respublikası MN-nin DXA-nin 1 saylı Xəzinədarlıq İdarəsi tərəfindən Cavabdeh Məhman oğlunun "xxxx" ASC-də olan ******************** olan hesab nömrəsinə 15480,00 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş köçürmə haqqında ərizənin surətindən görünür ki, Cavabdeh Məhman oğluna 6700.00 EUR ödəniş edilmişdir. İş materiallarında olan İ.B.X6 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinin surətindən görünür ki, Niderland Krallığının “X5” ali təhsil müəssisəsində “İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1-ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozduğu nəzərə alınaraq, onun adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılması, beynəlxalq əməkdaşlıq şöbəsi (M.Məmmədov), Maliyyə şöbəsi (R.Orucov) və Hüquq şöbəsi Cavabdeh ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilən vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülməsi və əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilməsi əmr edilmişdir. Həmin əmrin verilməsinə əsas kimi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri M.Məmmədovun xx.xx.2016-cı il tarixli 402 (t) nömrəli təqdimatı, İB.Əhmədlinin xx.xx.2014-cü il tarixli ərizəsi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X9 Unversitetinin Ali peşə təhsili üzrə şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh AKTS (Avropa Kredit Transfer Sistemi) sistemə əsasən dərs yükü 240 bal olan Beynəlxalq Biznes və Xarici Dillər əyani bakalavr dərəcə proqramı üzrə yekun imtahandan müvəffəqiyyətlə keçərək Biznes İdarəçiliyi (BBA) üzrə bakalavr dərəcəsi ilə təltif edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan (pretenziyada) görünür ki, iddiaçı tərəfindən cavabdehdən 15 gün müddətində təhsil üçün ödənilmiş 22579,32 manat vəsaitin X2 hesabına ödənilməsi tələb olunmuşdur. Beləliklə, işin həqiqi halları, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatları, iş materiallarına əlavə edilən sənədlərlə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü müqaviləyə əsasən iddiaçı “Dövlət Proqramı” təqaüdünə namizədlərin seçilməsi üzrə müsabiqənin nəticələrinə əsasən Təhsil Nazirliyi Təhsil alanın X5, Niderland Krallığı (bundan sonra-tədris müəssisəsi) beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtisası üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisini təşkil etməli idi. Bununla bağlı Xaricdə “Dövlət Proqramı" çərçivəsində təhsil alanların siyahısına daxil edilmə haqqında Təhsil Nazirlinin xx.xx.2013-cü il tarixli, 821 saylı əmr imzalanaraq Cavabdeh Bəhmən oğlu həmin siyahıya əlavə edilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdehə müxtəlif tarixlərdə 22579,32 manat ödəniş edilmişdir. Sonradan İ.B.X10 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinə əsasən Niderland Krallığının “X5” ali təhsil müəssisəsində “İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1-ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmasına görə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmışdır. Məhkəmə iclasında Cavabdeh 22579,32 manat ödəniş edilməsi, iddiaçının təqdim etdiyi sübutlarla yanaşı, cavabdeh tərəfindən etiraf olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə tələb ounan məbləğ iş materiallarında olan sənədlərlə və cavabdehin etirafı ilə təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Lakin, Cavabdeh Bəhmən oğlunun nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq Təhsil Nazirliyi ilə hüquqlarını təmsil etdiyi şəxs Cavabdeh ilə xx.xx.2013-cü ildə müqavilə bağlanmış və Təhsil Nazirinin xx.xx.2013-cü il tarixli əmri ilə Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtlərinə görə hüquqlarını təmsil etdiyi şəxs Cavabdeh Niderland X3 Rotterdam beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı ixtiası üzrə (baklavr səviyyəsində) ona 2013-2016-cı il tədris ili üçün hesabına 22579,32 manat pul köçürmüşdür. İddiaçıya artıq 2014-cü ildən məlum olmuşdur ki, hüquqlarını təmsil etdiyi şəxs təhsili başa vura bilməmiş, müqavilə öhdəliyini yerinə yetirə bilməmiş və elə həmin ildə o həmin vəsaiti geri tələb etməli idi. Halbuki 10 ilə yaxındır ki, iddiaçı həmin vəsaiti ondan istəməmiş, hal-hazırda məhkəmə yolu ilə həmin vəsaiti tələb edir. Hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi iddia tələbinin 3 illik iddia müddəti artıq ötmüşdür. İddia müddətinin ötməsi iddia tələbinin rədd olunmasü üçün əsasdır. İş üzrə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, iddia tələbi mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə də iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə qeyd edir ki, İ.B.X10 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinə əsasən Niderland Krallığının “X5” ali təhsil müəssisəsində “İqtisadiyyat” ixtisas istiqaməti üzrə bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanmış Cavabdeh Təhsil Nazirliyi ilə imzaladığı müqavilənin 2.3.5-ci və 5.1-ci bəndlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmasına görə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddəti axımı Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarıldığı tarixdən, yəni xx.xx.2016-cı il tarixdən başlamışdır. İşin materiallarından isə görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddiaçı təkilat artıq xx.xx.2016-cı il tarixdən cavabdehin aralarında olan müqavilənin şərtlərini pozduğunu artıq bilirdi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin iddia müddətinin keçməməsi ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, Təhsil Nazirliyi ilə Cavabdeh Məhman oğlu arasında “Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında” bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5.3-cü bəndindən görünür ki, Dövlət Proqramı çərçivəsində xarici dil və baza hazırlığı keçməsi məqsədi ilə xarici ölkəyə göndərilən, lakin müvafiq proqram ali təhsilə başlamaq üçün tələb olunan səviyyədə mənimsəyə bilməyən təhsil alan Komissiyanın qərarı ilə Təhsil Proqramından çıxarılır və Təhsil Nazirliyi tərəfindən çəkilmiş bütün xərcləri Nazirliyə 2(iki) aydan gec olmayaraq qaytarılmır. xx.xx.2016-cı il tarixli, 68 saylı əmrindəndə görünür ki, İlkin X6 çərçivəsində xaricdə təhsil alanların siyahısından çıxarılmasına əsas kimi xx.xx.2016-cı il tarixli 402(t) nömrəli təqdimat və İlkinin xx.xx.2014c il tarixli ərizəsi olmuşdur. Göründüyü kimi, iddiaçı təşkilat artıq Cavabdeh öhdəliklərini pozduğunu xx.xx.2014-cü il tarixdə bilmiş, xx.xx.2016-cı il tarixli əmrlə onun Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sıyahısından çıxarılması və təhsilin maliyyələşdirilməsi üçün vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlərin görülməsi nazir müavininə həvalə edilmişdir. Bundan başqa xx.xx.2013-cü il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, qeyd olunan müqavilə 2013-2016-cı illər beynəlxalq iqtisadiyyat və biznes iqtisadiyyatı üzrə 2013-cü ildən 2016-cı ilə kimi tədrisi təşkil edir. Yəni tərəflərin arasında olan müqavilə artıq xx.xx.2016-cı il tarixdə bir tərəfli olaraq ləğv olunmuşdur. Eyni zamanda İ.B.X6 çərçivəsində təhsil alanların siyahısından xaric edilməsi haqqında Təhsil Nazirlinin xx.xx.2016-cı il tarixli, 68 saylı əmrinin verilməsinə İB.Əhmədlinin xx.xx.2014cü il tarixli ərizəsi əsas götürülmüşdür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçının mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətlərini keçirmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini, iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətlərini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, mövcud tələb üzrə iddia müddətləri ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh Bəhmən oğluna qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh Bəhmən oğluna qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar