Məhkəmə qərarları › İş №e-2(003)-769/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-769/2025

16.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-769/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Qanuni Nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Qanuni nümayəndə Cavabdeh Gülağa qızına qarşı “ləyaqətsiz vərəsə sayılma və vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı Qanuni nümayəndə Cavabdeh Gülağa qızına qarşı “ləyaqətsiz vərəsə sayılma və vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 miras qoyan X7 ləyaqətsiz vərəsəsi hesab edilməklə, Cavabdeh Gülağa qızının Adelya Taxveliyə məxsus bütün miras əmlaklara münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X4 ilə X11 xx.xx.2007-ci il tarixdə rəsmi nikahda daxil olmuş, nikahdan sonra qadına “Taxveli” soyadı verilmiş, nikahlarından xx.xx.2008-ci il tarixdə X13 və xx.xx.2015-ci il tarixdə X14 adlı uşaqları doğulmuşdur. 2. xx.xx.2018-ci il tarixdə Ramiz Taxveli arvadıAdelya Taxvelini mütəmadi döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, xüsusi amansızlıqla qəsdən öldürmüş, azyaşlı qızı Aliya Taxvelinin qəsdən sağlamlığına yüngül zərər vurmuş, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə edərək saxlamış və daşımış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-48/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Hökm xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd edilən cinayət işi üzrə zərərçəkmiş şəxs Adelya Taxvelinin anası Qanuni nümayəndə onun hüquqi varisi və digər zərərçəkmiş şəxs Aliya Taxvelinin qanuni nümayəndəsi kimi, təqsirləndirilən şəxs Ramiz Taxvelinin anası Cavabdeh Gülağa qızı isə onun hüquqi varisi kimi tanınmışlar. 3. Ramiz Taxvelnin törətdiyi cinayət əməlindən sonra azyaşlı uşaqları Aliya və Nailə Taxvelilər kimsəsiz qalmış və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 34 nömrəli sərəncamına əsasən Qanuni nümayəndə uşaqların üzərində qəyyum təyin edilməklə, uşaqlar hazırda onun himayəsindədirlər. 4. Ramiz Taxveli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-595/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 142 nömrəli sərəncamına əsasən Cavabdeh ona qəyyum təyin olunmuşdur. 5. Taxveli Adelya və Taxveli Ramiz birgə nikahları dövründə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, 65 saylı evin 51 saylı mənzilini, “Lexus GS 430” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı və “X22” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilləri əldə etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-42/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə “Lexus GS 430” markalı, 10- LH080 dövlət qeydiyyat nişanlı və “X22” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, "xxxx" ASC (26,37 manat) və "xxxx" ASC-də (426,86 manat və 7,30 avro) olan bank hesablarında mövcud olmuş pul vəsaitləri üzərində Adelya Taxveli ilə Ramiz Taxvelinin hər birinin 1/2 hissədə pay hüququ; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3174/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, 65 saylı evin 51 saylı mənzilini üzərində Adelya Taxvelinin 3/5 hissədə, Ramiz Taxvelinin isə 2/5 hissədə payları müəyyən edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə “Lexus GS 430” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Adelya və Ramiz Taxvelilərin hər birinin 1/2 hissədə payı ilə bağlı AR DİN-nin Baş Dövlət Yolisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmış, “X22” markalı, **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ramiz Taxvelinin adından qeydiyyatdan çıxarıldığından həmin avtomobillə əlaqədar müvafiq qeydlər aparmaq mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Adelya Taxvelinin adına ********** nömrəli, Ramiz Taxvelinin adına isə ********** nömrəli elektron çıxarışlar hazırlanmışdır. İcra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icra icraatına xitam verilmişdir. 6. Hazırda Bakı şəhəri 29 saylı Notariat Ofisində Adelya və Ramiz Taxvelilərin miras əmlaklarına dair vərəsəlik işi açılmışdır. Adelya Taxvelinin anası Qanuni nümayəndə və uşaqları Aliya və Nailə Taxvelilər onun mənzil üzərində 3/5 hissədə, avtomobil üzərində isə 1/2 hissədə olan payına, Ramiz Taxvelinin anası Cavabdeh və uşaqları Aliya və Nailə Taxvelilər onun mənzil üzərində 2/5 hissədə, avtomobil üzərində isə 1/2 hissədə olan payına münasibətdə qanun üzrə birinci növbədə vərəsələri kimi çıxış edirlər. Lakin Cavabdeh Adelya Taxvelinin qeyd olunan əmlaklar üzərində olan paylarına münasibətdə onun öldüyü məqamda sağ olmuş qanun üzrə birinci növbədə vərəsələrindəni biri kimi mərhum əri Ramiz Taxvelinin də vərəsəlik hüququnun olduğunu iddia edərək, ona düşən payın da verilməsini tələb edir. Başqa sözlə, X18 anası Cavabdeh hazırda sözügedən miras payları ilə bağlı müəyyən əmlak nəticələri əldə edə bilən şəxsdir. Bu səbəbdən, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı Qanuni Nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmiş və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X15 və xx.xx.2015-ci il tarixdə doğulmuşTaxveli Nailə Ramiz qızının atası X12, anası X9r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2024-cü il tarixli 2126 saylı rəyinin sürətindən görünür ki, X2 atipik autizm, ağır kəmağıllıq müşaiyət edilir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 34 saylı xx.xx.2019-cu il tarixli sərəncamının sürətindən görünür ki, Qanuni nümayəndə nəvələri xx.xx.2008-ci il tarixdə doğulmuş X15 və xx.xx.2015-ci il tarixdə doğulmuşTaxveli Nailə Ramiz qızının qəyyumu təyin edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 111 saylı xx.xx.2021-ci il tarixli sərəncamının sürətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X15 və xx.xx.2015-ci il tarixdə doğulmuşTaxveli Nailə Ramiz qızının soyadlarının “Süleymanova” soyadına dəyişdirilməsinə icazə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-48/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1, 120.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların sürətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Rəşid Behbudov küçəsi 381ci məhəllə ev 65 mənzil 51 xüsusi mülkiyyət hüququ ilə 2/5 hissədə X8, 3/5 hissədə isə X10 məxsusdur. Olüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2352 saylı qeyd aparılmışdır. Olüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 152 saylı qeyd aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-595/2021saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 142 saylı xx.xx.2021-ci il tarixli sərəncamının sürətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci il təvəllüdlü X5 qəyyumu təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ərizənin sürətindən görünür ki, Cavabdeh X5 hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda. 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.3-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. 1253.1-ci maddəsinə əsasən, mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən, əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli qərarlarında qeyd etmişdir ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 və X11 xx.xx.2007ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan iki övladları – X13 (d. xx.xx.2008) və X14 (d. xx.xx.2015) doğulmuşdur. X3 xx.xx.2018-ci il tarixdə həyat yoldaşı X11 tərəfindən mütəmadi döyülmə və sair zorakı hərəkətlərlə fiziki və psixoloji zorakılığa məruz qalmaqla, xüsusi amansızlıqla qəsdən öldürülmüşdür. X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 133.1, 128 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş, həyat yoldaşı Adelya Taxvelini mütəmadi zorakılığa məruz qoyaraq xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Hökmə əsasən, cinayət nəticəsində azyaşlı qızı Aliya Taxveliyə də yüngül dərəcəli xəsarət yetirilmişdir. Ramiz Taxveli xx.xx.2024-cü ildə vəfat etdiyindən, ona cəza təyin olunmamış, lakin hökm hüquqi nəticələr doğuran əsaslı sənəd olaraq qüvvədə qalmışdır. “Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki,”Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Bundan başqa Ramiz Taxvelinin hüquqi varisi olaraq anası Cavabdeh Gülağa qızı tanınmış, lakin onun məhkəməyə ünvanladığı ərizədə iddianı tam etiraf etmiş, Ramiz Taxvelinin törətdiyi əməlin ağır nəticələrini və bu halın hüquqi nəticələrini qəbul etdiyini, Adelya Taxveliyə məxsus miras əmlak üzərində vərəsəlik hüququndan könüllü olaraq payından nəvələrinin xeyrinə imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikasının mülki qaunvericiliyinə əsasən tərəflərin və üçüncü şəxslərin məhkəmədə etiraf etdikləri hallar sübut olunmuş hesab olunur. Bu işdə cavabdehin etirafı işin faktiki hallarına tam uyğun gəldiyindən və hər hansı şübhə doğurmadığından, həmin etiraf məhkəmə tərəfindən sübut olunmuş hal kimi qəbul edilə bilər və edilir. X18 mərhum həyat yoldaşı Adelya Taxvelinin qəsdən öldürülməsi cinayətini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edildiyi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinməsi və yalnız ölüm səbəbindən cəza təyin edilməməsi cinayətin sübut olunmasını şübhədən kənar edir. Bu isə öz növbəsində, onun ləyaqətsiz vərəsə kimi tanınması üçün qanuni və hüquqi əsas yaradır. Cavabdeh bu halları tam etiraf etdiyindən, iş üzrə əlavə sübutların təqdim edilməsinə və dəlillərin araşdırılmasına ehtiyac qalmamışdır. Cavabdehin verdiyi etiraf mülki prosessual hüquqla nəzərdə tutulmuş etibarlı və sübutedici hüquqi baza təşkil edir, işin faktiki halları ilə tam uyğunluq təşkil etdiyindən, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X5 miras qoyan X7 ləyaqətsiz vərəsəsi hesab edilsin. Cavabdeh Gülağa qızının X10 məxsus bütün miras əmlaklara münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar