Məhkəmə qərarları › İş №e-2(003)-857/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-857/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-857/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7082,91 manat pulun və eyni zamanda məhkəmədə iddia qaldırması üçün ödənilmiş 91,0 (doxsan bir) manat dövlət rüsumunu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “OBA Market MMC-yə 7082 (yeddi min səksən iki) manat 91 (doxsan bir) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2022ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 7082 (yeddi min səksən iki) manat 91 (doxsan bir) qəpik borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazrki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdeh lə İddiaçı MMC arasında imzalanmış xx.xx.2021 tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə “OBA Market" MMCnin məhkəməyə müraciət etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən iddia cavabdəhin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı "OBA Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, “borcun etirafı və ödəniş qaydası haqqında" müqavilə haqqında xəbəri yoxdur və həmin müqaviləni o imzalamayıb. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “OBA Market MMCyə 7082 (yeddi min səksən iki) manat 91 (doxsan bir) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2022-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 7082 (yeddi min səksən iki) manat 91 (doxsan bir) qəpik borcu qalmaqdadır. İş materiallarında olan "OBA Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/894 nömrəli rəyi ilə müəyyən olunur ki, “Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilənin aşağı sağ hissəsindəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında Borcun etirafı və ödəniş qaydası haqqında" bağlanması, buna görə Cavabdeh iddiaçıya borcunun olması və iddiaçı qarşısında olan öhdəliklərin icra edilməməsi işin materialları ilə təsdiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/894 nömrəli rəyi ilə müəyyən olunur ki, “Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilənin aşağı sağ hissəsindəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi xx.xx.2023-cü il tarixli 4/894 saylı rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır və cavabdehdən iddiaçının xeyrinə 7082,0 manat pulun tutulmasını aglabatan hesab etmir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 7082,0 manat pulun tutulması ilə bağlı hissədə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, borcun məbləğinə dair iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə, “Borcun etirafı və ödəniş qaydası haqqında" müqavilənin aşağı sağ hissəsindəki imza Cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı pulun cavabdeh tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə həmçinin iddianın 91,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın əsas tələbi qismən təmin edildiyindən iddinın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanunamüvafiq olaraq müəyyən edilir». Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş 91,0 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş materiallarında olan rəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizalarının dəyəri 124,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, tələbi təmin olunmadığından aparılmış ekspertiza tədqiqatının dəyəri, yəni 124,0 manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza xərci kimi 124,0 manat pul İddiaçı MMC-dən tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar