Məhkəmə qərarları › İş №e-2(003)-86/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-86/2025

30.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-86/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı2 Ağalı qızının, Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X6 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Cavabdeh2 X2 sanatoriyasına (bundan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə) qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin ərazisinin naturada müəyyən edilməsi və torpaq sahəsinə qonşu olan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırına və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Əzizbəyov rayonu, Yesenin küçəsindəki ümumi shaəsi 301,6 kv metr olan 93 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X8 adına hüquqi qeydiyyatdan keçmişdir. Belə ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli 902 nömrəli sərəncamına əsasən Bakı şəhəri Sovetinin xx.xx.1976-cı il tarixli 30\413 nömrəli Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında qərara uyğun olaraq komissiyanın xx.xx.2000-ci il tarixi aktını və Bakı şəhər Texniki İnventarlaşdırına bürosunun 30/422 nömrəli xx.xx.2000-ci il tarixli Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən X9 məxsus olan 93 nömrəli evi ilkin hüquqi qeydiyyata alınarkən qeyd olunmuşdur ki, tikili A 1915-ci ildə tikilib. Həınin tikilidə 2 yaşayış otağı 39 kv metr və köməkçi sah 49,1 kv metrdən ibarətdir. Tikili A-da sahəsi 28,8 kv metr və 15,3 kv metr olan iki yaşayış otağı, sahəsi 13,6 kv metr və 20,2 kv metr olan 2 bağlı eyvan, əlavə tikili 13,6 kv metr olan bağlı eyvan, sahəsi 4,8 kv metr və 2,9 kv metr olan hamam, 6.7 kv ınetr olan mətbəx, 3,6 kv metr olan dəhliz və sahəsi 6 kv metr və 30,2 kv metr olan açıq eyvan tikilmişdir. Birinci 2 mərtəbəlidə İ mərtəbəsində təsərrüfat otağı 122,1 kv metr, ikinci mərtəbədə 2 yaşayış otağı 39,9 kv metr, mətbəx 7 kv metr, dəhliz 3,4 kv metr, ikinci iki mərtəbəlidə birinci mərtəbədə hamam, ayaqyolu, mətbəx 27,4 kv metr, 2 mərtəbədə bağlı eyvan-27.4 kv metr tikilmişdir. Həmin ərazi 1092,4 kv metr torpaq sahəsindən ibarətdir. Sərəncama əsasən A tikilisinin 44,1 kv metr yaşayış otağının, 64,8 kv metr köməkçi sahəsinin, 36,2 açıq eyvanın, B tikilisinin 2 yaşayış otağının 39,9 kv metr, köməkçi sahəsi 172,4 kv metr, V tikilisində 1 mərtəbədə hamam, ayaqyolu, mətbəx 27,4 kv metr, 2 mərtəbədə bağlı eyvan 27. 4 kv metr, torpaq sahəsində hamam 16,2 kv metr, tövlə 29,4 kv metr olan 1092, 4 kv metr sahədən ibarət 93 nömrəli evin X8 adına ilkin qeydiyyat vəsiqəsinin verilməsi barədə sərəncam verilmişdir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yesenin küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi 1\3 hissədə onun oğlanları arasında bölünmüşdür. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 02 iyul 2004-cli il tarixli 333 nömrəli sərəncamına əsasən Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən 93 saylı ata mülkünə yeni ünvan verilərək, həmin mülkün 93 nömrəli evi X14, X10 məxsus hissəyə 93 A, X11 məxsus olan hissədə İsə 93 B nömrəsinin verilməsi barədə sərəncam verilmişdir. Qeyd edir ki, Bakı şəhər XDS icraiyyə Komitəsinin 10 noyabr 1959-cu il tarixli 05\820 saylı sərəncamına əsasən, mədə-bağırsaq sanatoriyasının tikintisi üçün Əzizbəyov rayon Mərdəkan qəsəbəsində 26 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla 01 iyun 2004-cü il tarixdə Əzizbəyov rayon Mərdəkan qəsəbəsində cizgidə göstərilən sərhəd daxilində 16,09 ha torpaq sahəsi mədə bağırsaq sanatoriyasının tikintisi üçün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına verilmişdir. Göründüyü kimi iddiaçıların 1092.4 kv metr torpaq sahəsi və onun üzərində olan torpaq sahəsi 2000-ci il tarixli sərəncama əsasən Ə.Zeynalova ayrılmışdır. Qeyd olunan mülk 1915-ci ildə tikilib və ümumi torpaq sahəsi 1092, 4 kv metr olmuşdur. X17 vəfat etdikdən sonra həmin miilk onun oğlanları arasında 1\3 hissədə bölünmüş və hər kəs özünə aid olan hissəni ayırmış və hər ünvana uyğun olaraq ayrıca ünvan qeydiyyatından keçmişlər. Yəni 1092,4 kv metrin 1\3 hissəsində olan sahəsi X12, l\3 hissədə X7 və 1\3 hissədə X13 adına qeydiyyatdan keçmiş və onun istifadəsində olmuşdur. Abşeron Mədə bağırsaq sanatoriyası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ərazisi X15 tərəfindən zəbt edilmişdir, bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə gedişatı dövründə mütəxəssis rəyindən məlum olmuşdur ki, İddiaçı1 məxsus fərdi yaşayış evi Azərbaycan Həmkarlat İttifaqına ayrılmış 16,09 hektar torpaq sahəsinin daxilində yerləşmir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 170 kv metri faktiki olaraq 16,09 hektar torpaq sahəsinin hüdudu daxilində yerləşir. Buna əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-135\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X7 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılmış və Abşeron X2 Sanatoriyasının istifadəsində olan 16,09 kv metr torpaq sahəsinin cənubunda cavabdehə məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən 93 a saylı fərdi yaşayış evinin həyətanı torpaq sahəsi ilə həm sərhəd hissəsində yerləşən və cavabdeh tərəfindən zəbt olunmuş 170 kv metr torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin buna baxmayaraq sanatoriyanın torpaq sahəsinin 16,09 hektar torpaq sahəsinin başlanğıcı cizgiyə əsasən müəyyən edilməmişdir. Buna görə də 1092, kv metr torpaq sahəsinə artıq sanatoriya 3 dəfə eyni məzmunlu iddialarla müraciət edərək hər bir qardaşı məhkəməyə verir. Odur ki, hazırki mübahisənin həll edilməsi üçün həmin sanatoriyanın ərazisi müəyyən olunamalıdır. Bundan başqa cavabdeh Abşeron sanatoriyasının baş həkimi tərəfindən xx.xx.2022-ci il tarixdə X5 Zeynalzadəyə məktubla müraciət edilərək, sanatoriyanın ərazisinin uzunluğu 20 metr, eni 15 metr zəbt olunması ilə bağlı məktub göndərilmişdir. Lakin həmin məktubda da zəbt olunmuş sahənin hansı hissədən olması və onun sanatoriyanın hansı hissəsi olduğu qeyd olunmamışdır. hal hazırda qədər aparılan mohkoıım araşdırılması /amanı sanatoriyanın cizgiyə əsasən ərazisinin başlandığı hissəsi ümumilikdə 1959- cu ildə ayrılmış dövlət aktı ilə 26 hektar torpaq sahəsinin hansı sahəni əhatə etməsi mümkün deyildir. Əlavə olaraq qeyd edim ki. "Abşeron Mədə bağırsaq" sanatoriyası 1965-ci ildən həmin əruzidə fəaliyyət göstərir. İ lətta təqdim etdiyim qətnamədən də görünür ki, onlar həmin ərazidə yenidən qurma işləri aparmış və yeni korpuslar tikibmişdir, Lakin 01 iyun 2004-cü İl tarixli akta əsasən Mərdəkan qəsəbəsində mədə bağtsaq sanatoriyasının tikilməsi üçün 16,09 hektor torpaq sahəsi ayrılmışdır. Sanatoriyanın mövcud olmasına və artıq 1965-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq yenidən mədə bağırsaq sanatoriyasının həmin ərazidə tikilməsi üçün 16,09 hektar torpaq sahəsinin ayrılması və həmin ayırılmış sahənin məhz hansı hissədə olması bizə bəlli deyil. Çünki 26 hektar torpaq sahəsi 1959-cu ildə ayrılmış və həmin ərazidə sanatoriya 1965-ci ildən fəlaiyyət göstərir. X1 2000-ci ildə olsa da orda olan tikililər və faktiki istifadəsində olan torpaq 1915ci İlə aiddir. Yəni sərəncamdan və dövlət aktından əvvəl iddiaçıların baba mülkləri və torpaq sahələri orada mövcud olmuşdur. Yəni hal hazırda sanatoriyaya verilmiş 16,09 hektar torpaq sahəsinin ərazisinin başlanğıcı,o ərazi harada başlayır hansı ərazini əhatə etdiyini müəyyən etmək mümkün deyil və sanatoriya eyni məzmunlu iddialarla digər qonşuları da məhkəməyə verir. Hesab edirik ki. göstərdiklərimizə əsasən 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin ərazisinin naturada müəyyən edilinəsi barədə qətnamə qəbul edilməlidir. İddiaçılar iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı2 Ağalı qızına məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93 nömrəli evin texniki pasporta əsasən 495.2 kv.metr olan ərazisi və İddiaçı1 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93A nömrəli evin texniki pasportda qeyd olunan ərazisi ilə ona qonşu olan 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkərlar İttifaqları Kongederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin kordinatlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Ağalı qızı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, onun vəkili Nümayəndə1 var və məhkəmədən vəkilin iştirakı ilə işə baxılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X16 buna etiraz edərək işin baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə xx.xx.2025-ci il tarixinə və xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclaslarına iddiaçının vəkili və nümayəndəsi iştirak etməmiş, ərizə verərək işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş təxirə salındığı halda süründürməçiliyə və uzadılmasına gətirib çıxarır. Eyni zamanda cavabdeh işin baxılmasını tələb etmmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək, göstərdi ki, iddiaçıların bu iddia tələbi ilə məhkəməyə müraciət etmək subyektiv hüquqları yoxdur. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsada nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 135/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı1 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılmış və Cavabdeh2 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasının istifadəsində olan 16,09 hektar torpaq sahəsinin cənubunda, cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki 93 “a” saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə həmsərhəd hissəsində yerləşən və cavabdeh tərəfindən zəbt olunmuş 170 kv.metr torpaq sahəsindən çıxarılması, zəbt olunmuş 170 kv.metr torpaq sahəsinin üzərində olan qanunsuz inşa edilmiş tikililər və hasarın cavabdeh İddiaçı1 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, cavabdeh X4 iddiaçı Cavabdeh2 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasının xeyrinə ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, işüzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manatın cavabdeh İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. İş materiallarında olan, JN-1054 (kod ********) nömrəli 01 iyun 2004-cü il tarixli Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktından görünür ki,Bakışəhər XDS İcraiyyə Komitəsinin 10 noyabr 1959-cu il tarixli 05/820 saylı sərəncamı ilə Əzizbəyov rayon Mərdəkan qəsəbəsində 16,09 hektar torpaq sahəsi mədə-bağırsaq xəstəlikləri sanatoriyasının tikintisi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsindəki 93 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X12 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin məlumatından görünür ki, Cavabdeh2 X2 sanatoriyasının hüquqi varisi "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. İş materiallarına əlavə olunmuş, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2000-ci il tarixli 902 nömrəli sərəncamının surətindən görünür ki, Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən ZeynalzadəƏli Abas oğluna məxsus 93 saylışəxsi evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxılarkən və yerində yoxlama zamanı torpaq sahəsinin cəmi 1092,4 kv. metr olduğu, torpaq sahəsinin 480,7 kv.metr artırıldığı, yəni əlavə tikililər və torpaq sahəsinin zəbt olunduğu aşkar olunmuş, buna görə dəX15 mərhum atası X8 əvəzinə 100.000 manat cərimə olunmuşdur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki işdə iddiaçıların iddia ilə müracitə etmək üçün subyektiv hüquqa malik deyildirlər. Belə ki, iddiaçıların İddiaçı2 Ağalı qızına məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93 nömrəli evin texniki pasporta əsasən 495.2 kv.metr olan ərazisi və İddiaçı1 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93A nömrəli evin texniki pasportda qeyd olunan ərazisi ilə ona qonşu olan 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkərlar İttifaqları Kongederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin kordinatlarının müəyyən edilməsindən ibarətdir ki, buda iddiaçıların mübahisələndirdikləri torpaq sahəsinin özlərinə aid hissəsinin hüquqların dövlət reyestrindən qeydiyyatdan keçirilməsi barədə sənədin məhkəməyə təqdim edilməsinə dəlalət etsə də, iddiaçıların sözügedən torpaq sahəsinə dair dövlət qeydiyyatından keçməsinə dair sübutlarını (çıxarışı) təqdim etməmişdirlər. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməzlər. Çünki, o, mübahisəli torpaq sahələrinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdirlər. İddiaçılar yalnız mübahisəli torpaq sahələri ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçılar irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildirlər və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçıların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar qeyd edilən torpaq sahəsinə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar