Məhkəmə qərarları › İş №e-2(003)-871/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-871/2023

21.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-871/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların naturada bölünməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə qarşı qaldırdığı iddianın baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, iddia ərizələri baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və digər tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etdiyi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbləri baxılmamış saxlanıldığından iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələdə həl olunmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda məhkəmə işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tikinti-texniki ekspertizası üzrə aparılan tədqiqatın dəyəri 50,0 manat təşkil edir. İddiaçı iddia ərizələrinin baxılmamış saxlanılmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, 50,0 manat ekspertiza xərci də iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, 50,0 (əlli) manat tikinti-texniki ekspertizasının xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payların naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ekspertiza xərci kimi 50,0 (əlli) manat tikinti-texniki ekspertizasının xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFTBİKCTREAZ 22) hesabına keçirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar