Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-932/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar massivində yerləşən, sahəsi 0.12 ha olan 2247 saylı bağ sahəsindən məcburi qaydada çıxarılması, mövcud tikilinin cavabdehin öz vəsaiti ilə sökülməsi, bağ sahəsinin yenidən əvvəlki vəziyyətinə qaytarılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə 100 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığından iddiaçı tərəfindən Xəzər Rayon Məhkəməsinə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul tam şəkildə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(003)-41/2023 saylı qərardadı ilə qoyulmuş qadağalar götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlməməklə, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddiaçının iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ torpaq sahəsindən çıxarılma və sair” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul (xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzi) İddiaçı geri qaytarılsın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-41/2023 saylı qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan bağlar massivində yerləşən sahəsi 0,12 ha olan 2247 saylı bağ sahəsində tikinti işlərinin aparılmasına qoyulmuş qadağalar götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-932/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-932/2023
05.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver