Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-95/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və X5 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetlərinə yönəldilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25002.26 (iyirmi beş min iki manat 26 qəpik) manat əsas, 63732.88 (altmış üç min yeddi yüz otuz iki manat 88 qəpik) manat faiz, 42.31 (qırx iki manat 31 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 356.33 (üç yüz əlli altı manat 33 qəpik) manat dövlət rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti “TOYOTA LAND-CRUİSER” minik markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J0C4058173), rəngi qara, **-OT-*** dövlət qeydiyyat nişanlıavtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli ***-*******TK221119-01 nömrəli kredit müqaviləsinə əsasən istehlak məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 168000 (bir yüz altmış səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 26 noyabr 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER” minik markalı (Buraxılış ili-2012, Ban- JTMHU09J0C4058173), rəngi qara, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İpotekaya qoyulması məqsədilə 25 noyabr 2019-cu il tarixli ***-*******TK261119-AG-01 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “TOYOTA LAND-CRUİSER” minik markalı (Buraxılış ili-2012, Ban-JTMHU09J0C4058173), rəngi qara, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 88777.45 (səksən səkkiz min yeddi yüz yetmiş yeddi manat 45 qəpik) manat təşkil edir. Bundan 25002.26 (iyirmi beş min iki manat 26 qəpik) manat əsas borc, 63732.88 (altmış üç min yeddi yüz otuz iki manat 88 qəpik) manat faiz, 42.31 (qırx iki manat 31 qəpik) manat cərimə borcu təşkil edir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilmiş, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******TK221119-01 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC-nin Azadlıq filialı ilə borcalan Cavabdeh1 arasında 60 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 168000 manatın Cavabdeh1 verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******TK261119-01 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “TOYOTA LAND-CRUİSER” minik markalı (buraxılış ili 2012-ci il, Ban- JTMHU09J0C4058173, rəngi qara), **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******TK221119-01/ZM/1 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdeh X7 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı ərizə ilə müraciət etdilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə ***-*******TK221119-01 saylı müqavilə üzrə banka 25002 manat 26 qəpik əsas, 63732 manat 88 qəpik faiz borcu, 42 manat 31 qəpik cərimə borcu olmaqla, ümumilikdə 88777 manat 45 qəpik borcu vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 21 oktyabr 2022-ci il tarixli 9/5342 saylı ekspert rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilən qara rəngli 2012-ci il buraxılışlı mühərrik həcmi 4000 kub “Toyota Land-Cruiser” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) olması nəzərə alınmaqla likvid orta bazar qiyməti təxminən 63000,00 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 06 fevral 2023-cü il tarixli 9/9485 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İş materiallarında olan hesabdan - çıxarış məlumatları, 25 noyabr 2019-cu il tarixdə bağlanmış ***-*******ТК221119-01 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci İl tarixə borcu 90.583,90 manat - əsas borc üzrə --------25.002,27 manat. - faiz borcu üzrə -------- 65.581,63 manat İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 356.33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdehlər kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, krediti müqaviləsi əsasında cavabdeh avtomobil almaq üçün bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan “TOYOTA LAND-CRUİSER” minik markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-34.1.3-cü maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki işdə cavabdeh iştirak etmədiyindən, məhkəmə tərəfindən ipoteka predmeti olan avtomobilin likvid qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir, lakin avtomobil ekspertizaya təqdim edilmədiyindən ekspertizanın aparılması mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilən avtomobilin likvid qiyməti barədə tərəflər arasında razılaşma olmadığından, hazırda isə ipoteka predmeti məhkəmə ekspertizasına təqdim edilmədiyindən, ipoteka perdmetinin qiyməti məhkəmə qətnaməsinin icrası zamanı icra prosesində müəyyən edilməklə açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, göstərilənlər qətnamənin icrası zamanı həll edilməli məsələ olduğundan, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və X1 cəmi borcu 88777.45 (səksən səkkiz min yeddi yüz yetmiş yeddi manat 45 qəpik) AZN təşkil dir. Bundan 25002.26 (iyirmi beş min iki manat 26 qəpik) AZN əsas, 63732.88 (altmış üç min yeddi yüz otuz iki manat 88 qəpik) AZN faiz, 42.31 (qırx iki manat 31 qəpik) AZN cərimə və iş üzrə ödənilmiş 356.33 (üç yüz əlli altı manat 33 qəpik ) AZN dövlət rüsumunun tutulması — tutmanın ipoteka predmeti “TOYOTA LAND-CRUİSER” minik markalı (buraxılış ili 2012-ci il, Ban- JTMHU09J0C4058173, rəngi qara), **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılmalı, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh1 və X4 LPO "xxxx" ASC-yə olan borcu ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 356.33 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınaraq LPO "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 25002.26 (iyirmi beş min iki manat 26 qəpik) manat əsas, 63732.88 (altmış üç min yeddi yüz otuz iki manat 88 qəpik) manat faiz, 42.31 (qırx iki manat 31 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 356.33 (üç yüz əlli altı manat 33 qəpik) manat dövlət rüsumu, ümumilikdə 88777.45 (səksən səkkiz min yeddi yüz yetmiş yeddi manat qırx beş qəpik) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “TOYOTA LAND-CRUİSER” minik markalı (buraxılış ili 2012-ci il, Ban- JTMHU09J0C4058173, rəngi qara), **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobil açıq hərracdan satılsın, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdehlərin LPO İddiaçı ASC-yə olan borcu ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-95/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-95/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver