Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-95/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, inşaat tullantılarının cavabdehin hesabına ərazidən uzaqlaşdırılması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdehn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi, inşaat tullantılarının cavabdehin hesabına ərazidən uzaqlaşdırılması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması, dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, etibarnaməyə görə ödənilmiş 17,25 ( on yeddi manat iyirmi beş qəpik) cavabdehən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Əzizbəyov, indiki Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı Buzovna Maştağa yolunun sol tərəfindəki ərazidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsi ayrılmışdır. İddiaçı ilə bələdiyyə arasında torpağın satın alınmasına dair müvafiq qaydada alqı satqı aktı tərtib edilmişdir və həmin torpaq sahəsinin alqı-satqısı üçün keçmiş kursla 768 manat məbləğində pul vəsaiti ödənilmiş, həmin vəsait Buzovna bələdiyyəsinin hesabına mədaxil edilmiş, bununla bağlı ona kassa mədaxil orderi qəbzi verilmişdir. Buzovna Bələdiyyəsi tərəfindən mülkiyyətə verilən torpaq sahəsinin yerləşmə yerinin sxemi tərtib olunmuş və bələdiyyənin möhürü ilə tədiq edilərək iddiaçıya təqdim edilmişdir. 2006-cı il tarixdən həmin torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyində olmuşdur. Torpaqla bağlı bələdiyyə vergiləri onun tərəfindən ödənilmişdir. Onun bələdiyyə torpaq vergisini ödəməyə dair qəbzləri var. O, uzunmüddətli istifadəsində və qanuni sahibliyində olan 600 kv/m torpaq sahəsinin ətrafını mişar daşı ilə hasara almış, qapı üçün boş yer saxlamışdır. 2023-cü il tarixdə onun istifadəsində olan torpaq sahəsinə gəldikdə qapı üçün saxladığı boş yerdə tanımadığı, adını sonradan bildiyi Vüqar adlı şəxs tərəfindən hasar tikildiyini aşkar etmişdir. O, bu barədə Vüqar adlı şəxsə irad bildirdikdə Elçin adlı şəxs torpaq sahəsinin ona məxsus olduğunu, sənədlərini yaxın gələcəkdə təqdim edəcəyini bildirmişdir. O, qanuni sahibliyində olan torpaq sahəsini zəbt etmiş cavabdeh barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən iş mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Qeyd olunan qərarda cavabdeh qeyd etmişdir ki, borc əvəzi olaraq həmin ərazini tanışı vermişdir. 2 oktyabr 2018-ci il tarixində iddiaçı mülkiyyətində olan əmlakının idarəçiliyi və sərəncam verilməsi üçün X3 etibarnamə də vermişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı hüququnu daşınmazəmlakların dövlət reyestrində qeydə alınmasa da, bələdiyyə sərəncamı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. İddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır. Proses iştirakçılarının izahatı İddiaçı məhkəm əiclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinin və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - Əzizbəyov, indiki Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamının sürətindən görünür ki, İddiaçı Buzovna Maştağa yolunun sol tərəfindəki ərazidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsi ayrılmışdır. İddiaçı ilə bələdiyyə arasında Buzovna Maştağa yolunun sol tərəfindəki ərazidə 600 kv/m torpaq sahəsinin satın alınmasına dair müvafiq qaydada tərtib edilmiş alqı satqı aktından görünür ki, həmin torpaq sahəsinin alqı-satqısı üçün keçmiş kursla 768 manat məbləğində pul vəsaiti ödənilmişdir. Kassa mədaxil orderi qəbzinin sürətindən görünür ki, Buzovna Maştağa yolunun sol tərəfindəki ərazidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsinin alqısatqısı üçün keçmiş kursla 768 manat məbləğində pul Buzovna bələdiyyəsinin hesabına mədaxil edilmişdir. -Buzovna Bələdiyyəsi tərəfindən mülkiyyətə verilən torpaq sahəsinin yerləşmə yerinin sxemi tərtib olunmuş və bələdiyyənin möhürü ilə tədiq edilərək İddiaçı təqdim edilmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X2 müraciəti əsasında toplanmış HK-1-1588 sayla qeydə alınmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr məlumat bazasında sərhəd məlumatlarına əsasən sahə Xəzər rayonu, Buzovna qəsəbəsinin ərazisidir. Həmçinin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (H.Z.Tağıyev adına NQÇİ) olmaqla sahədən 7-37 metr məsafələrdə ləğv edilmiş neff, quyusu melumatları mövcuddur. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/8511 saylı tarixli rəyinə əsasən vahid elektron kadastr məlumat bazasında sərhəd məlumatlarına əsasən sahə Xəzər rayonu, Buzovna qəsəbəsinin ərazisidir. Həmçinin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (H.Z.Tağıyev adına NQÇİ) olmaqla sahədən 7-37 metr məsafələrdə ləğv edilmiş neff, quyusu melumatları mövcuddur. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 5 6 . 2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 66-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 16-ci bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. 25-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunun 9-cu maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsi, inşaat tullantılarının cavabdehin hesabına ərazidən uzaqlaşdırılması və zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir və tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə İddiaçı Buzovna Maştağa yolunun sol tərəfindəki ərazidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsi ayrılmış bələdiyyə ilə arasında torpağın satın alınmasına dair müvafiq qaydada alqı satqı aktı tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin faktiki halları ilə və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən, torpaq fondunun bir hissəsi dövlət mülkiyyətindədir və bu torpaqlar yalnız qanunla müəyyən edilmiş qaydada idarə edilə bilər. Dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsi mümkün deyil və onların yalnız müvəqqəti istifadəyə və ya icarəyə verilməsi mümkündür. Bundan başqa "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna əsasən, bələdiyyələr yalnız öz mülkiyyətində olan torpaqlar üzərində sərəncam vermək hüququna malikdirlər. Məhkəmə ekspertizasının rəyi ilə təsdiq edilmişdir ki, iddiaçının torpaq sahəsinin ona bələdiyyə tərəfindən ayrıldığını iddia etməsinə baxmayaraq, həmin torpaq bələdiyyə mülkiyyətinə deyil, dövlət mülkiyyətinə aiddir. Bundan başqa bələdiyyələr tərəfindən torpaq ayrılarkən vətəndaşın müraciəti əsasında bələdiyyə üzvlərinin birgə yığncağında protokollaşdırıldıqdan sonra (Bələdiyyələr torpaq ayılmasına dair Sərəncam vermək səlahiyyəti yoxdur) bələdiyyə torpaqlarına dair ərazidə torpaq ayrılmasına dair Qərar verilir Bununla əlaqədar olaraq, bələdiyyənin iddiaçıya torpaq ayırması hüquqi qüvvəyə malik deyil və belə bir sərəncam qanunsuz hesab edilməlidir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir subyektiv, qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəməyə iddia ilə müraciət etmək üçün subyektiv hüququn və ya qanuni marağın olması vacibdir. İddiaçı bu tələbi irəli sürmək üçün lazımi hüquqi statusa malik deyil. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Mübahisə predmetinə aid olan torpaq sahəsi bələdiyyə torpaqlarına aid ərazi deyil və İddiaçı mülkiyyətində deyildir. Azərbaycan Respublikasının qanunvericiliyi isə qanuni sahobliyində, icarəsində və mülkiyyətində olmayan şəxsin cavabdehə qarşı mövcud tələblə çıxış etmək hüquqlarını ümumiyyətlə nəzərdə tutmur. Ekspertiza rəyinə əsasən, iddiaçının mübahisəli torpaq üzərində nə mülkiyyət, nə də istifadə hüququ vardır. Belə olan halda, onun bu torpaq sahəsinə dair tələblər irəli sürmək hüququ yoxdur. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. İş materiallarında toplanmış sübutlar, ekspertiza rəyi və aidiyyəti qanunvericilik nəzərə alınaraq, məhkəmə mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün iddiaçının onun üzərində mülkiyyət və ya istifadə hüququnun olmaması, bələdiyyənin iddiaçıya həmin torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyəti olmadığından, verilmiş sərəncam hüquqi baxımdan etibarsız olduğunu, iddiaçının mülkiyyət və ya istifadə hüququ olmadığından, onun torpaq sahəsindən digər şəxslərin çıxarılmasını və özbaşına tikilinin sökülməsini tələb etmək hüququnun olmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci iddiaşıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsində qanunsuztikilinin sökülməsi, inşaat tullantılarının cavabdehin hesabına ərazidən uzaqlaşdırılması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-95/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-95/2025
14.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver