Məhkəmə qərarları › İş №e-2(003)-976/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-976/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-976/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “təbii X1 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “təbii X1 üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 8784.3 manat məbləğində əsas borcun, hüquqi yardıma görə ödənilmiş 300 manat və 110.85 manat dövlət rüsumunun, ümumilikdə isə 9195.15 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017- ci il tarixində 03-11282 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında sazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii sazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın SatışDepartamenti tərəfindən “**********0020 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G4T markalı **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və Cazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “X1"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, tərtib edilmiş aktlar əsasında İddiaçınə cəmi 8378 manat məbləğində zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə 2018-ci ildən 2022-ci ilədək aktlar tərtib olunmuşdur. Həmin aktlardan yalnız 2021-ci il tarixində tərtib edilmiş aktları qəbul edir. Belə ki, həmin dövrdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. 2021-ci ildən əvvəlki dövrlərdə isə təbii X1nı pozmamışdır və bu barədə tərtib edilmiş aktlar əsassızdır. Ümumiyyətlə onun həmin aktların tərtib edilməsi barədə heç vaxt məlumatı olmamış, iddiaçının əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, sayğacdan kənar xəttdən 2021-ci ilin yanvar ayından noyabr ayınadək istifadə etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli 03/11282 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan aktların surətindən və abonent hesabında görünür ki, iddiaçının abonent hesabına (abonent kodu 1**********0020) sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə edilməsi halları müəyyən edildiyindən tərtib edilmiş aktlar əsasında 2018-ci ilin fevral ayında 803,60 manat, 2018-ci ilin dekabr ayında 604,8 manat, 2019-cu ilin yanvardekabr aylarında, hər ay müəyyən məbləğ olmaqla cəmi 1544,40 manat, 2020-ci ilin yanvar-dekabr aylarında hər ay müəyyən məbləğ olmaqla cəmi 2937,60 manat, 2021-ci ilin yanvar-oktyabr aylarında hər ay müəyyən məbləğ olmaqla cəmi 2757,60 manat, ümumilikdə 8648 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2018-ci ilin fevral və dekabr aylarında, 2019-ci ilin yanvar ayından 2021-ci ilin noyabr ayınadək hər ay təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə 2018-2020-ci illərdə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlara əlavə edilmiş eyni tipli fotoşəkillərdən başqa, cavabdehin X1nın pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, 2018-2020-ci illərdə tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatını, onun tərəfindən qəbul edilmiş aktları, yəni 2021-ci ildə tərtib edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə məhkəmə hesab edir ki, həmin aktlar əsasında qazın itkisinə görə dəymiş zərərin tutulması hissəsində iddia tələbi təmin edilməlidir. Belə ki, cavabadeh həmin hissədə etirafedici izahat verməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. İş materiallarında olan aktlardan və abonent saldosundan görünür ki, 2021-ci il üçün cavabdehin abonent hesabına aktlar əsasında cəmi 2757,60 manat məbləğində borc hesablanmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni cavabdehin etiraf etdiyi hissədə kənar xətt vasitəsilə istehlak etdiyi qaza görə 2021-ci il üçün hesablanmış 2757,60 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş 300 manat xərcin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş xərc kimi cavabdehdən 300 manat məbləğində pul tələb olunsa da, hazırki iş üzrə həmin məbləğdə pulun iddiaçı tərəfindən hüququ yardıma görə ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin ödənilmiş 110.85 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 47,57 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləği isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə dəymiş zərər görə 2757,60 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47,57 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərər görə 2757,60 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47,57 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar