Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-100/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Yasmal rayonu X3 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan 28 iyul 2021-ci il tarixli müqavilənin “Tikinti şirkəti” tərəfindən tam şəkildə icra edilməsinin təmin edilməsi məqsədi ilə 4500(dört min beş yüz) manat kompensasiya pulu və dövlət rüsumu olaraq ödədiyim 65 (altmış beş) manat pul "xxxx" MTK, İndiki adı "xxxx" MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, 28 iyul 2021-ci il tarixdə onunla Bakı şəhər, Yasamal rayonu, X3 Naxçıvanı, ev B.22 ünvanda yerləşən "xxxx" MTK ilə, İndiki adı "xxxx" MTK arasında bağlanılmış müqavilənin 1.2-ci maddəsinə əsasən o, “Əmlak mülkiyyətçisi”- İddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 52 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyekti qəbul etməyi öhdəmə götürürmüşdür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən “Tikinti şirkəti” ünvan 4 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nin müılkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni inşa olunan çıxmərtəbəli yaşayış binasının tikintisini həyata küçirərək, inşa etdiyi binanaın 1-ci (birinici) mərtəbəsinin 1-ci (birinçi) səviyyəsində (qeyri yaşayış obyektinin girişi Ceyhun Haçıbəyli küçəsinə açılan tərəfdə küçə boyunça uzunluğu 7,20 (yeddi metr iyirmi santimetr) olmaqla 110 (bir yüz on) kv.metr təmirli qeyri-yaşayış sahəsi “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasə “Tikinti şirkəti” inşa edəcəyi coxmərtəbəli yaşayış binasının tikintisi başa çatana və “Əmlak mülkiyyətçisi”ni təmirli qeyri-yaşayı sahəsi ilə tmin edən günədək onun müvəqqəti fəaliyyətini təmin etmək məqsədi ilə bu müqavilə imzalanan gündən başlayaraq “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində hər ay 1500 (bir min beş yüz) manat ödəyir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-291/2024 nömrəli qətnaməsi ilə konpensasiya pulunun ödənilməmiş 6 ayın pulu olan 9000 manatın ödənilməsi tələbi təmin edilmiş və həmin tarixdən üç ay sonra obyekt cavabdeh tərəfindən mənə təhvil verilmiş və son 3 ayın konpensasiya pulu ödənilməmiş qalmışdır. Hazırda tikinti şirkəti tərəfindən mənə qeyri-yaşayış obyektinin 01 aprel 2024-cü il tarixə təhvil verildiyi anadək 3 ayın konpensasiya pulu ödənişi 4500 manat olmaqla ödənilməmiş qalmışdır. Tərəfindən “Tikinti şirkətinə” rəsmi xəbərdarlıq edilmiş, pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar xx.xx.2025-ci il tarixli saat 16:30 təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri 12 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış 28 iyul 2021-cü il tarixli, 3M-1591 reyestr nömrəli Əvəzləşmə Müqaviləsinin 1.2 bəndindən görünür ki, “Əmlak mülkiyyətçisi” - İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndlərinə əsasən Tikinti şirkəti ünvan 6 ünvanında yerləşən "Əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyri-yaşayış sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsinə (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 7.20 m. olmaqla 110 kv.m. təmirli qeyri-yaşayış sahəsini "Əmlak mülkiyyətçisi"nin mulkiyyətinə vermə ödəliyini üzərinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə görə Tikinti şirkətinin inşa edəcəyi çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və "Əmlak mülkiyyətçisini təmirli qeyri-yaşayış sahəsi təmin edən günədək onun müvəqqəti fəaliyyetini təmin etmək məqsədi ilə bu Müqavilə imzalanan gündən başlayaraq "Əmlak Mülkiyyətçisinə kompensasiya şəklində hər ay 1500 (bir min beş vüz manat ödəyir. Əmlak mülkiyyətçisi'nin kommunal borcları olduğu halda Tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqqından tutaraq ödənişlərini təmin edəcəkdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq Müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş qeyri-yaşayış obyektini “Əmlak mülkiyyətçisi”nə təhvil vermək Tikinti şirkətinin vəzifəsidir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, 28 iyul 2021-ci il tarixli müqavilə üzrə aprel ayının 1-dək ona ödənilməli olan 3 ayın hər ay 1500 manat olmaqla 4500 manat kompensasiya pulunun ona ödənilməsini təmin edilməsi xahiş olunmuş, 10 gün ərzində müqavilə üzrə öhdəliklər icra edilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTKdan 9000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərcinin Cavabdeh MTK-ya aid edilməsi, cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsinin məzmunundan müəyyən edilir ki: “...cavabdehin istinad etdiyi etdiyi Teymur Rüstəmli birinci instansiya məhkəməsində şahid qismində ifadə verən zamanı bildirmişdir ki, qeyri-yaşayış sahəsində hər hansı təmir işləri aparmamış, yalnız elektrik şəbəkələri cızlanmışdır. Şahid həmçinin iddiaçı tərəfin maneəsinin konkret nədən ibarət olmasını, bunun hansı qaydada həyata keçirilməsi və s. bu kimi halları əsaslandıra və izah edə bilməmiş, yalnız ümumi sözlərdə iddiaçının anası S.Hüseynovanın sözünə görə materialları götürməsini bildirmişdir (bununla yanaşı, şahid ziddiyyətli ifadə verərək, bir tərəfdən təmirin S.Hüseynovanın xoşuna gəlməməsini, digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi sahədə hər hansı təmir işlərinin aparılmamasını bildirmişdir). Birinci instansiya məhkəməsində dindirilmiş digər şahidlər isə cavabdehin MTK-nın işçiləri olmaqla, onların da ifadələrindən maneənin mövcudluğu birmənalı müəyyən olunmur. Həmçinin qeyd edilməlidir ki, mübahisə predmeti olan daşınmaz əmlak məhz cavabdeh MTK-nın sahibliyində və nəzarətində olması, eləcə də həmin sahənin iddiaçıya təhvil verilmədiyi (iddiaç ilə bağlı təhvil təslim aktı da məhkəməyə təqdim olunmamışdır, halbuki digər sakinlərlə bağlı təhvil təslik aktları mövcuddur) şəraitdə, iddiaçının və ya onun anasının təmir işlərinə necə, hansı üsul və qaydada maneə törətməsi aydın olmamaqla, sadə məntiqə sığmır. Hətta, hər hansı maneə olmuş olsaydı belə cavabdehin bu halı rəsmiləşdirmək imkanında olmaması (kamera görüntüləri, şahidlər, hüquq mühafizə orqanıların şikayət və s.) da ağlabatan deyildir. Beləliklə, işin halları ilə açıq-aşkar müəyyən olunur ki, cavabdeh müvafiq öhdəliyini 2023-cü ilin iyul ayınadək yerinə yetirməmiş, iddiaçıya təmirli vəziyyətdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, buna baxmayaraq müqavilənin 1.4-cü bəndinin tələblərini pozaraq aylıq 1500 manat kompensasiyanı 2023-cü ilin iyul ayından etibarən dayandırmış, bununla da müvafiq öhdəliyini təqsirli olaraq pozmuşdur. Bununla yanaşı, tərəfərin izahatlarından müəyyən olunur ki, təmir işlərinin sonradan da cavabdeh tərəfindən həyata keçirilməmiş, 2024-cü ildə iddiaçı tərəfə təmir pulu nağd şəkildə ödənilmiş, yalnız bundan sonra həmin sahə iddiaçının özü tərəfindən təmir olunmağa başlamışdır. Bu hal isə, ən azı iddiaçının 2023-cü ilin dekabr ayı da daxil olmaqla (2023-cü ilin iyul-dekabr ayları) 6 ay müddət üzrə müvafiq pul vəsaitini tələb etmək hüququnun olmasını ehtiva edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1308/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh Deluxe Residence” MTKnın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, habelə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.5 və 445.6-cı maddələrinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə "xxxx" MTK arasında 28 iyul 2021-cü il tarixdə Əvəzləşmə Müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 52 kv.m. ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-yə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, 110 kv.m. qeyri-yaşayış sahəsini 01 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil versə də, obyekt təmirli təhvil verilənədək son üç ay üçün hər ay mülkiyyətçiyə ödəməli olduğu 1500 manat məbləğində kompensasiyanı ödəməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh 110 kv.m. qeyri-yaşayış sahəsini təmirli vəziyyətdə iddiaçıya təhvil verilənədək, 01 aprel 2024-cü il tarixədək hər ay iddiaçıya 1500 manat məbləğində kompensasiya verməlidir. İş materiallarından və işdə olan məhkəmə qətnamələrindən də məlum olmuşdur ki, cavabdeh 2023-cü ilin iyul ayından kompensasiyanın verilməsini dayandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan 9000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 110 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Göründüyü kimi məhkəmə qətnaməsi ilə 2023-cü ilin iyul-dekabr ayları üzrə ödənilməyən kompensasiyanın ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, qeyri-yaşayış sahəsi 01 aprel 2024-cü il tarixdə iddiaçıya təhvil verilmişdir. Cavabdeh isə məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair öz etiraz və sübutlarını təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının qeyri-yaşayış sahəsi təhvil verilənə qədər, yəni yanvar-mart ayları üzrə ödənilməmiş kompensasiyanın ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan 4500 (dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-dan 4500 (dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş 65 (altmış beş) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-100/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-100/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver