Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1011/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, İddiaçı Cavabdeh oğuna və Maraqlı şəxs qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh oğuna və Maraqlı şəxs qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 32 (yeni 74), 2 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 15.12.2021-ci il tarixli daşınmz əmlakın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 32 (yeni 74), 2 saylı mənzili Maraqlı şəxs satmışdır. Yasamal Rayon Polis İdarəsinin 23.12.2021-ci il tarixli məktubundan görünür ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı bildirilmiş və bununla bağlı mülki qaydada məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur.. Qeyd etmək lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 9-cu maddələrinə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılmasını müvafiq dövlət orqanı həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları həyata keçirirlər. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, hesab edirəm ki, hazırki iş üzrə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, ev 32 (yeni 74), 2 saylı mənzilinə dair heç bir hüququnun olmadığı müəyyən edildiyinə, həmçinin, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirildiyindən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, qeydiyyatdan çıxarılma məsələsi barədə müvafiq hüquqa malik şəxs ərazi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət edə bilər, həmin orqanın qərarı ilə razı olmadıqda müvafiq inzibati məhkəmədə mübahisə qaldıra bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh oğuna qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, qeydiyyatdan çıxarılma ilə əlaqədar müvafiq tələblə çıxış etmək hüququ olan şəxs ərazi üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq qurumuna müraciət edə, həmin orqanın qərarı ilə razı olmadığı təqdirdə qərar barəsində müvafiq inzibati məhkəmədə mübahisə qaldıra bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-1011/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1011/2022
12.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver