Məhkəmə qərarları › İş №e-2(004)-1018/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1018/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1018/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “xidmət müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə bağlanan müqavilə əsasında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 2018-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1920 (min doqquz yüz iyirmi) manat təşkil edən borcun, o cümlədən 39 manat 60 qəpik dövlət rüsumunun, ümumilikdə 1959,60 (min doqquz yüz əlli doqquz manat altmış qəpik) manat pulun borclu Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanılan müqavilə əsasında fərdi sahibkar olan Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayı da daxil olmaqla hər ayüçün 30 manat olan ümumi məbləği 1920 (min doqquz iyirmi ) manat təşkil edən borcun, o cümlədən 39 manat 60 qəpik dövlət rüsumunun, ümumilikdə 1959,60 ( min doqquz yüz əlli doqquz manat altmış qəpik) manat pulun borcludan tutularaq onlara ödənilməsi zərurəti vardır. İddiaçı tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqavilə əsasında hər ay kommunal xidmətlərin göstərilməsi üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. Qeyd edirlər ki, tərəflərindən xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu ilə qarşı tərəfə müraciət olunmuş və Nərimanov9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməli olanümumi məbləği 1920 ( min doqquz iyirmi ) manat təşkil edən borcun 3 gün ərzində ödənilməli olması xahiş edilmişdir. Əgər həmin müddətdə yaranmış olan qarşı tərəfinin borcu ödənilməzsə, tərəflərindən məhkəməyə müraciət olunacaq və bu zaman məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumlar və hüquqi xidmətə görə ödənilən məbləğ, həmçinin ödənişin gecikməsinə görə tətbiq olunan cərimə də tələb olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tərəflər arasında bağlanmış olan həm yaşayış sahəsi, həm də qeyri-yaşayış sahəsi ilə bağlanmış müqavilələr, Cavabdeh göndərilmiş oferta müqaviləsi, oferta müqaviləsinin göndərilməsinə dair poçt qəbzi ərizəyə əlavə edilmişdir. Ərizəyə əlavə edilmiş qeyri-yaşayış sahəsi ilə bağlanmış olan müqavilədən də göründüyü kimi xidmətlərin göstərilməsinə görə qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri aylıq 30 manat məbləğində pul ödəməlidirlər. Bu baxımdan İddiaçı ilə bağlanılan müqavilə əsasında fərdi sahibkar olan Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1920 (min doqquz iyirmi ) manat təşkil edən borcun, o cümlədən 39 manat 60 qəpik manat dövlət rüsumunun, ümumilikdə 1959,60 (min doqquz yüz əlli doqquz manat altmış qəpik) manat pulun borclu Cavabdeh tutularaq tələbkar Kreditor “Nərimanon-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilməsinə dair qətnamənin zərurəti vardır. Əlavə olaraq bildirirlər ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Nərimanov Rayon Məhkəməsinə göndərilmiş,lakin işin Yasamal Rayon Məhkəməsində baxılmalı olması səbəbindən iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək,təmin olunmasınıxahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 Reyestrindən xx.xx.2023-cü il tarixli, çıxarışdan görünür ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdən 1118-MM5-0089 qeydiyyat nömrəsi ilə X1 Reyestrində qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 87/89 mənzil mülkiyyətçiləri arasında bağlanan oferta müqaviləsinə görə, təmsil edən-İddiaçı tərəfindən təmsil olunanların-Bakı şəhəri, N.Nərimanov rayonu, Heydər Əliyev prospekti 87/89 iştirakı ilə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək və.s xidmət göstərilməsindən ibarətdir. xx.xx.2018-ci il tarixli 361192 nömrəli "Mega Ekspress"in qaiməsindən görünür ki, Cavabdeh ünvanlanmış məktub "götürmədi" qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli 226300 nömrəli "Smart Ekspress"in qaiməsindən görünür ki, Cavabdeh ünvanlanmış məktub "qəbul etmədi" qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli, xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27,29,31,33,35,37,39 saylı mənzillər Cavabdeh mülkiyyətindədir. Mənzil qanunvericiliyinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Tutulmalı kommunal ödənişlərinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində borc pul və 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində borc pul və 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar