Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1034/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Ağaməmməd oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı barədə 05.11.2021-ci il tarixli “işdən azad olunma barədə” 21- 1070 nömrəli kadr əmrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank sistemində əmək fəaliyyətinə 03 aprel 2006-cı il tarixdə Azərbaycan Mikromaliyyələşmə Qapalı Səhmdar Bankında başlamışdır. Qeyd olunan bankın adı 2008-ci ildə dəyişərək Cavabdeh QSC adlandırılmışdır. 18 yanvar 2018-ci il tarixdən 06.03.2020-ci il tarixə qədər digər kredit təşkilatlarında çalışmışdır. 06.03.2020-ci ildən etibarən təkrarən cavabdeh təşkilatda aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Pandemiya ilə əlaqədar bankda iş rejimi yeni qaydalara uyğunlaşdırəldığı üçün Bank rəhbərliyinin rəsmi icazəsi əsasında distant-onlayn qaydada müəyyən işlərin icrası zərurəti yaranmışdır. Bu səbəbdən rəhbərlik bir qrup işçilərə öz şəxsi e-mailindən istifadə etməyə icazə vermişdir. Bank rəhbərliyi özləri şəxsi emailinə çıxışı açıq qoymaqla, şəxsi e-maildən bank xidmətləri və işlərin icrası üçün istifadəsinə icazə vermişlər. Bank rəhbərliyinin icazəsi əsasında işlədiyi dövrlərdə hətta şənbə və bazar günlərində də müştəri cəlb etmək üçün öz e-mailindən ban rəhbərliyinə məlumatlar göndərmişdir. Cavabdehın rəhbərliyinin göstərişi ilə informasiya təhlükəsizliyi əməkdaşları Cavabdehda olan onun korporativ poçt ünvanını şəxsi telefonuna yükləmişlər. Həmin ünvana gələn məktubları rəhbərliyin icazəsi ilə işdən kənarda izləyə bilmiş və sorğulara cavab da yaza bilirmiş. İşdən kənarda olanda lazım olan cədvəlləri yerindəcə doldurub, müştərilər haqqında məlumatları qeyd edib, lazım olan rəhbər işçilərə məlumat göndərmişdir. Hətta 05.11.2021-ci ildə işdən onu azad etdikdən sonra da şəxsi telefonunda olan poçt ünvanına məlumatlar gəlmişdir. Bu 11.11.2021-ci ilə qədər davam etmişdir. 29.10.2021-ci ildə Bankın 19 illiyi yubileyi ilə bağlı “zoom” üzərindən baş ofislə bağlantı həmin elektron poçtuna göndərilmiş və kollektiv onun komputerinin qarşısına yığılaraq tədbirdə iştirak etmişlər. 03.11.2021-ci ildə saat 09:35-də bank tərəfindən onun korporativ poçt ünvanına zoomla görüş təyin etmişlər. Bu görüş zamanı yeni işə götürülmək üçün müraciət etmiş şəxslərlə X7 Departamentinin əməkdaşları ilə görüş təşkil edilmiş və keçirilmişdir. 04.11.2021-ci il 15:43-də yenə də onun korporativ poçt ünvanına "zoom”la görüş təyin edilmişdir. Bu görüşdə də İnsan Resursları Departamentinin əməkdaşları başqa bir namizədlə görüşüb danışmışlar. Onun korporativ poçt ünvanında "zoom"la görüş davam edən zaman Lənkəran filialının müdiri X1 onu otağına dəvət etmişdir. Müdirin komputerində “zoom”la görüşdə baş ofisdən İnsan Resursları Departamentinin rəhbəri Nigar Hüseynzadə və İnformasiya Təhlükəsizliyi meneceri Zaur Kərimov onunla danışığa başlamışlar. Onların sözünə görə o bank sirri və kommersiya sirrini yaymışdır. O isə bu sirri kimə və nə vaxt ötürməyi barədə məlumat istəmişdir. Ehtimal etdiklərini söyləmişlər. Bu görüşdə X1 da iştirak etmişdir. Görüş başlayanda müdir Məhəmməd qapını içəridən açarla kilidləmişdir. Bu da onda müəyyən şübhələr yaratmışdır. Həmin vaxt onların bu hərəkətinə etiraz etmişdir. Accessbankın 3-cü şəxslərə bank sirrinin yayılması haqqında sübutları yoxdur. İnsan Resursları Departamentinin əməkdaşları əlavə akt tərtib etmiş və bu akta Lənkəran filialının əməkdaşları X3, X6 və X2 imza etmişlər. Halbuki onlar onunla bağlı görüşlərdə iştirak etməmişlər. Bank rəhbərliyi 01.03.2021-ci ildə bütün işçilərlə Əmək müqaviləsinə zidd olan müqavilə imzalatmışlar. Hər dəfə 3 ay artırılmaqla 3 aylıq müqavilə formasını tərtib edib işçilərə məcburən imza etdirmişlər. Bu da işlərinin gələcəkdə dayandırılması riski deməkdir. Uzun müddət qeyd olunan bank sistemində işləməyinə baxmararaq, gördüyü və həcminə uyğun gəlməyən formada və məbləğdə əmək haqqı ödənilmişdir. Hətta Əmək Məcəlləsinə zidd olaraq əmək müqaviləsini uzun müddət işləyən işçilərlə 3 ay müddətinə bağlamağa başlamışlar. Cavabdeh təşkilat vəzifəsini, yaxud vəzilə maaşını dövrün və yerinə yetirilən iş həcminə uyğun olaraq artırmadığı üçün, digər bir kredit təşkilatından daha yüksək vəzifə və yüksək vəzifə maaşı təklifi aldığı üçün, 07 oktyabr 2021-ci ıl tarixdə “Access Bank’' QSC-nin Lənkəran filialının dəftərxanasına ƏM-NİN 69-cu maddəsinə uyğun formada ərizə təqdim edərək, əmək müqaviləsinin öz təşəbbüsü ilə xitam edilməsini cavabdehdən, bank rəhbərliyindən xahiş etmişdir. Belə bir ərizə təqdim etdiyi üçün cavabdeh təşkilat məqsədli və qərəzli formada heç bir sübut olmadan onun işdən çıxmaq barədə yazdığı ərizəni əngəlləmək üçün ona qarşı "qarayaxma" kompaniyasına başlamışlar. Bu niyyətlərini həyata keçirmək üçün heç bir fakt və sübut olmadığı üçün cavabdeh tərəfindən ona və digər müəyyən işçilərə onlayn işlərin icrası məqsədilə şəxsi e-maildən istifadəyə dair verdikləri icazəni əsassız formada bank sirrinin yayılması kimi hallandırmağa başlamışlar. Əslində sirr o vaxt yayılmış hesab olunardı ki, məlumat 3-cü şəxslərə ötürülmüş hesab olunsun. Belə bir fakt mövcud deyildir. Cvabdehin bu hərəkəti yalnız onların razılığı olmadan onun başqa kredit təşkilatında yüksək vəzifə maaşlı işə keçməyini əngəlləməklə onun əmək kitabçasına əsassız formada ləkə gətirə bilən qeydi qərəzli və əsassız olaraq yazmaq ilə əolaqədardır. Bu səbəblərə görə cavadeh 05 Noyabr 2021-ci il tarixdə 21-1070 nömrəli işdən azad olunmağı barədə kadr əmri rəsmiləşdirilmişdir. Onun əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi öz əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmişdir və o tutduğu vəzifədən azad edilmişdir. Daha sonra Cavabdeh QSC İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, etirazın əsaslandırılması üçün bir sıra məsələlərin qeyd edilməsi vacibdir. Bu məsələlərə elektron poçt ünvanına kommersiya sirlərinin göndərilməsinin qadağan edilməsi və iddiaçının hərəkətləri nəticəsində əmək və icra intizamının pozulması, habelə kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi daxildir. İddiaçının müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərməsi həmin məlumatları cavabdehin nəzarətindən kənara çıxarması hesab olunur. Belə olduğu halda həmin məlumatların kənara çıxarılması cavabdehin həmin məlumatlar üzərindəki kommersiya rejiminə əməl edilməsinə nəzarət edə bilməməsinə səbəb olur. Bu da cavabdehin Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarının pozulması deməkdir. Davranış Kodeksinin "Müştəri gizliliyi və konfidensiallığı" bəndi işçinin evdən işlədiyi vaxt kommersiya sirlərindən istifadə qaydalarını müəyyən etmişdir. Həmin bəndə əsasən işçi evdən işləmək məqsədi olduqda belə məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Məlumatın göndərilməsinin məcburi olduğu hallarda isə Davranış Kodeksi qeyd edir ki, işçi həmin elektron məktuba rəhbərini əlavə etməlidir. Bütün bunlardan isə aydın görünür ki, Bank heç bir zaman iddiaçıya məlumatları, xüsusilə də belə yüksək dəyərə malik kommersiya sirlərini şəxsi və ya kənar elektron poçt ünvanına göndərməsinə, habelə Bankın nəzarətindən kənara hər hansı bir yolla çıxarılmasına icazə verməmişdir. Əgər iddiaçı bu məlumatları göndərməyə məcbur idisə, Bankın müəyyən etdiyi kommersiya sirri rejimi tələb edir ki, iddiaçı rəhbərini göndərdiyi elektron poçta əlavə etsin. Lakin iddiaçı bütün bu qaydaları pozmuş və kommersiya sirlərini Bankın nəzarətindən kənara çıxarmışdır. Kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərin pozulması ilə əlaqədar olaraq qeyd etmək olar ki, iddiaçı müştəri məlumatlarını heç bir razılıq almadan və öz rəhbərini həmin elektron məktuba əlavə etmədən göndərdiyi üçün Əmək Müqaviləsinin 7.4-cü və Davranış Kodeksinin "Müştəri gizliliyi və konfidensiallığı" bəndlərinin tələblərini pozmuşdur. Bu da o deməkdir ki, hətta məhkəmə iddiaçının kommersiya sirlərini yaymadığını hesab etsə belə iddiaçı Əmək Müqaviləsinin 7.4-cü maddəsini və Davranış Kodeksinin tələblərini pozmaqla kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini pozmuşdur. Beləliklə, iddiaçı həmin məlumatları özünə göndərməklə Əmək müqaviləsində və Davranış kodeksində qeyd edilən əmək və icra intizamı qaydalarını pozmuş, işəgötürən olaraq cavabdehin “Kommersiya sirri haqqında” Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarını pozmuş, habelə Kommersiya sirlərinin gizli saxlanması barədə Cavabdehin qaydalarını pozmuşdur. Bütün bunlar isə Cavabdehə əsas verir ki, İddiaçı əmək və icra intizamını pozduğu, işəgötürənin hüquqlarına ziyan vurduğu və kommersiya sirlərinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini kobud şəkildə pozduğunu əsas gətirərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam etsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, işçinin işdən azad olunması barədə müəssiyə ünvanladığı ərizənin və işdən azad olunma əmrinin tarixinə diqqət yetirmək lazımdır. Belə ki, Access bankın rəhbərliyi yuxarı rəhbərlik səviyyəsində dəyişilmiş və dəyişəndən sonra işçilərlə münasibətdə əvvəlki rəhbərliyin göstərişi ilə yeni rəhbərlik arasında fərqli-fərqli məqamlar yaranmışdır. Əvvəlki rəhbərlik işçilərinə tapşırmışdır ki, müştəriləri daha çox cəlb etsinlər, müştərilərlə əlaqə saxlasınlar və s. Mənafeyini müdafiə etdiyi şəxs isə ona verilən əmək haqqı gördüyü işə görə az olduğundan bunu onlara bildirmiş və ona hələki artırılması imkanının olmadığını söyləmişlər. Bundan sonra ona başqa bir bankdan təklif gəlmiş, daha yüksək əmək haqqı verməklə iş təklif etmişlər və bu əsasla iddia ərizəsinə əlavə olunmuş ərizə ilə Access bankın rəhbərliyinə öz arzusu ilə onu işdən azad etmələri ilə bağlı ərizə təqdim etmişdir. Bu ərizəni təqdim etdikdən sonra araşdırmaya başlamış və ona guya vaxtilə öz emailindən müştərinin sənədlərini göndərdiyini söyləmişlər. “Kommersiya sirri haqqında” Qanunda, “Banklar və bank fəaliyyəti haqqında” Qanunda bank sirri vardır. Orada deyilir ki, sirr o vaxt yayılmış hesab olunur ki, üçüncü şəxsə çatsın. Bu baxımdan cavabdeh təşkilat məhkəməyə hər hansı bir sübut təqdim etsin ki, həmin öz emailinə atdığı məlumatı konkret o kredit alan şəxslə əlaqədar üçüncü bir şəxsə ötürmüşdür. Belə bir fakt yoxdur. Access bankın hazırki rəhbərliyi təkcə onun təmsil etdiyi şəxsə münasibətdə, yəni, Lənkəran filialındakı əməkdaşa qarşı münasibətdə belə bir hərəkət etməmişdir. Oxşar qaydada bir neçə işçinin bu yolla işdən çıxmağını əngəlləmişlər. Bəzi işçilər isə axıra kimi bankla razılaşmamış və işdən çıxmışlar və bu şəkildə məhkəmə çəkişmələri olmuşdur. Belə ki, hər bir tərəf öz arqumentini məhkəmədə sübut etməyə borcludur. Bu halda hesab edir ki, bank məhkəməyə sübut təqdim etməlidir ki, həqiqətən onun təmsil etdiyi şəxs bankın sirri hesab etdiyi məlumatları üçüncü tərəfə ötürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirdi ki, Əmək məcəlləsinin 70-ci maddəsi özündə iki hissədən ibarətdir. Birinci əmək funksiyası və əmək müqaviləsi öhdəliklərini yerinə yetirməmə, ikinci məsələ əmək vəzifələrini kobud şəkildə pozma. Bu situasiyada iddiaçı öhdəliklərini yerinə yetirməmişdir. Əmək müqaviləsinə əsasən o kommersiya sirri qaydasına riayət etməsi, müştəri ilə bağlı olan məlumatları ötürməməsinə dair öhdəlik götürmüşdür. Xüsusi olaraq razılaşma da vardır və həmin razılaşma onun özü tərəfindən imzalanmışdır. Orada da göstərilmişdir ki, o bankla, müştəri ilə bağlı olan məlumatları hətta öz emailinə göndərsə belə rəhbərliyə bununla bağlı məlumat verməlidir. Onun da digər iş yerinə getməsi onunla bağlıdır ki, o artıq müştərilərin məlumatlarını öz emailinə ötürmüşdür. Həmin məlumatları da götürüb yeni işləyəcək bankına gedəcəkdi. Bu hal isə öhdəliyin yerinə yetirilməməsi ilə bağlıdır. İkinci məsələ 71-ci maddənin ikinci hissəsində qeyd edilir ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin hadisədən sonra nə qədr müştəri və gəlir itirmişlər. Bu hallar isə əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət hesab oluna bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İşçi heyətinə dair Davranış Kodeksi qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsinə dair Çıxarışdan görünür ki, İddiaçı 02.11.2020-ci il tarixdə Davranış Kodeksinin şərtlərini imza etməklə qəbul etmişdir. X4 qeyd edilmişdir ki, əməkdaş hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olsa belə məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir. Əməkdaş işlə bağlı hər hansı məxfi məlumatı paylaşılması normativ hüquqi aktlarla və bankdaxili qaydalarla icazə verilən şəxslərlə ictimai yerlərdə (hava limanı, kafe, restoran və s.) paylaşmamalıdır, çünki bu cür məkanlarda ünsiyyət üçüncü tərəflərin istənməyən dinləməsi riskini daşıyır. İş materiallarında olan 04.11.2021-ci il tarixli Yoxlamanın nəticələrinə dair Akta əsasən 02.11.2021-ci il tarixdə Kiçik və X10 üzrə aparıcı mütəxəssis İddiaçı işdən azad olunması barədə AD-255018 nömrəli sorğu informasiya təhlükəsizliyi üzrə menecer Zaur Kərimova daxil olmuş və həmin sorğu əsasında informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı pozuntu faktları aşkar edilmişdir : 02.11.2021-ci il, saat 17:41-də İddiaçı korporativ elektron poçt ünvanından mailto:Fuad.Feyzullazada@accesbank.azElektron ünvan 1, şəxsi elektron poçt ünvanına – mailto:fuad.feyruzoğlu@mail.ruElektron ünvan 2 banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı 04.11.2021-ci il tarixdə aşkar olunmuş fakt barədə izahat verməyə dəvət edilmiş və izahat verməkdən imtina etmişdir. Akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan 07.10.2021-ci il tarixli İddiaçı tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, onunla imzalanmış əmək müqaviləsinə 07.10.2021-ci il tarixdən xitam verilməsini xahiş edir. İş materiallarında olan ******* saylı Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə 05.11.2021-ci il tarixli 21-1070 nömrəli kadr əmri ilə Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş materiallarında olan 05.11.2021-ci il tarixli 21-1070 nömrəli kadr əmrinin surətindən görünür ki, Kiçik və X10 üzrə aparıcı mütəxəssis ilə bağlanmış əmək müqaviləsinə 05 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasının əslini və kadr əmrinin surətini İddiaçı 10.11.2021-ci il tarixdə imza etməklə götürmüşdür. İş materiallarında olan PERSORD20-01598 saylı, 05 mart 2020-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, bu əmək müqaviləsi İddiaçı ilə "xxxx" QSC arasında bağanmış, işçi İddiaçı Kiçik və X10 üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 09.07.2020-ci il tarixli Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşmanın 1-ci bəndinə əsasən razılaşmanın bağlanması faktı və onun mətni, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar, X5 05.06.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya sirri rejiminin tətbiqi barədə” Qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar kommersiya sirri şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmayqa müvafiq olaraq Kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Bu Razılaşmaya əsasən tərəflər əmək münasibətləri çərçivəsində kommersiya sirri təşkil edən məlumatların birbirlərinə birbaşa və ya dolayı yolla açıqlamasının mümkünlüyünü anlayaraq, kommersiya sirrinin qorunması və yalnız tərəflər arasında bağlanmış Əmək müqaviləsinin icrası məqsədilə və əmək müqaviləsi çərçivəsində istifadə edilməsi niyyətini bəyan edirlər və razılaşmada nəzərdə tutulan şərtlərlə razılaşırlar. İş materiallarında olan İnformasiya Təhlükəsizliyi qaydalarını qəbul etmək barədə İltizamdan görünür ki, İddiaçı 05.03.2020-ci il tarixdə imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; [111] c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh QSCdə 05 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla Kiçik və X10 üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 05.11.2021-ci il tarixli 21-1070 nömrəli kadr əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə 05 noyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını yerinə yetirmədiyinə görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad edilməyə dair əmrin ləğvi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı barədə 05.11.2021-ci il tarixli “işdən azad olunma barədə” 21-1070 nömrəli kadr əmrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04.11.2021-ci il tarixli Yoxlamanın nəticələrinə dair Akta əsasən 02.11.2021-ci il tarixdə Kiçik və X10 üzrə aparıcı mütəxəssis İddiaçı işdən azad olunması barədə AD-255018 nömrəli sorğu informasiya təhlükəsizliyi üzrə menecer Zaur Kərimova daxil olmuş və həmin sorğu əsasında informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmışdır. Yoxlama zamanı aşağıdakı pozuntu faktları aşkar edilmişdir : 02.11.2021-ci il, saat 17:41-də İddiaçı korporativ elektron poçt ünvanından mailto:Fuad.Feyzullazada@accesbank.azElektron ünvan 1, şəxsi elektron poçt ünvanına – mailto:fuad.feyruzoğlu@mail.ruElektron ünvan 2 banka məxsus kommersiya sirri, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi excel fayl formasında göndərmişdir. İddiaçı 04.11.2021-ci il tarixdə aşkar olunmuş fakt barədə izahat verməyə dəvət edilmiş və izahat verməkdən imtina etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış 09.07.2020-ci il tarixli Kommersiya sirri rejiminin tətbiqi barədə Razılaşmanın 1-ci bəndindən görünür ki, razılaşmanın bağlanması faktı və onun mətni, əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin icrası üçün tərəflər arasında aparılan rəsmi yazışmalar və danışıqlar, X5 05.06.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kommersiya sirri rejiminin tətbiqi barədə” Qaydalar çərçivəsində kommersiya sirri hesab olunan məlumatlar, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar kommersiya sirri şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmayqa müvafiq olaraq Kommersiya sirri hesab edilir və kommersiya sirrinin işçi tərəfindən yayılması qadağandır. Bu Razılaşmaya əsasən tərəflər əmək münasibətləri çərçivəsində kommersiya sirri təşkil edən məlumatların birbirlərinə birbaşa və ya dolayı yolla açıqlamasının mümkünlüyünü anlayaraq, kommersiya sirrinin qorunması və yalnız tərəflər arasında bağlanmış Əmək müqaviləsinin icrası məqsədilə və əmək müqaviləsi çərçivəsində istifadə edilməsi niyyətini bəyan edirlər və razılaşmada nəzərdə tutulan şərtlərlə razılaşırlar. Bundan əlavə iddiaçı Davranış Kodeksinin qaydalarının işəgötürən tərəfindən müəyyən edilən şərtlərini imza edib qəbul etməsinə baxmayaraq könüllü işdən azad olunma barədə ərizə verdikdən bir müddət sonra Bankın müştərilərinin fərdi məlumatlarını əks etdirən məlumatları göstərilən qaydalara zidd olaraq korporativ elektron poçt ünvanından şəxsi elektron poçt ünvanına göndərmişdir. Bununla da İddiaçı əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi pozmuş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaqda ifadə olunan əmək funksiyasından irəli gələn vəzifələrini yerinə yetirməmişdir. Beləliklə məhkəmə hesab edir ki, işçisi olan İddiaçı Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə cavabdeh təşkilat tərəfindən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilərək, tənbeh tədbiri qismində onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1034/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1034/2022
06.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver