Məhkəmə qərarları › İş №e-2(004)-104/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-104/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-104/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02.2020-ci il tarixində "Best Kommerse” MMC ilə iddiaçı arasında notarial qaydada təsdiqlənmiş AN-İ №0837356 saylı alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 533-cü məhəllə, ev 99 C (yeni qaydalarla: ünvan 1 ünvanındakı 5 saylı mənzil onun tərəfindən satın alınmış və həmin tarixdən etibarən qeyd olunan mənzilin mülkiyyət hüquqları iddiaçıya məxsusdur. Bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş Çıxarışa əsasən (qeyd.tarixi: 06.02.2020; qeyd.nömrəsi:**********) həmin mənzil üzərində iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qeyd olunan mənzilində digər ailə üzvləri ilə qanunsuz olaraq məskunlaşmış və bununla da onun həmin mənzillə bağlı mülkiyyət hüquqlarından tam olaraq istifadə etməsinə əngəl törədir. Cavabdehlərin bu mənzillə bağlı heç bir hüquqları, hətta istifadə hüququ belə yoxdur. Cavabdehlərə dəfələrlə mənzili boşaltmaq barədə xahiş və tələb edilsə də, onlar həmin tələblərə əməl etməmişdir. Sonuncu dəfə 16.04.2021-ci il tarixində iddiaçı tərəfindən cavadehlərə rəsmi yazılı bildiriş göndərilmiş və mənzili tərk etməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağını bildirilmişdir. Bundan əlavə notariat formada təsdiq edilmiş 29.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, mənzil Cavabdeh2 "xxxx" MMC-nin bütün binaya aid olan ümumi Çıxarışı əsasında satılmışdır. Əgər bütün binaya aid olan ümumi çıxarış əsasında alqısatqı keçirilibsə, müqavilədə necə olub ki, mənzilin nömrəsi 48 kimi qeyd edilib? Notariat işində "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış və sonradan "geri qaytarılmış” alqısatqı müqaviləsinin daha bir nüsxəsi mövcuddur. Həmin müqavilədə mənzilin nömrəsi MMC tərəfindən 48 kimi göstərildiyi üçün notarius da 48 saylı mənzilin satıldığını qeyd etmiş və bunun əsasında da növbəti addım kimi Cavabdeh2 DƏDRX tərəfindən 48 saylı mənzilə dair çıxarış verilmişdir. Hətta 29.03.2019-cu il tarixli notarial təsdiqli həmin müqavilədən görünür ki, ödəniş notariusun depozit hesabı üzrə keçməmiş, müqavilədə ödənişin 01.07.2011-ci il tarixli maliyyə arayışına görə tam ödənildiyi qeyd edilmişdir və həmin maliyyə arayışının da əsli notariat işinə əlavə edilmişdir. Əslində isə binaya olan ümumi çıxarış əsasında notariat kontorunda müqavilə bağlanıla bilməz. MMC həmin mənzilə dair öz adına ayrıca mülkiyyət çıxarışı almalı, daha sonra alqı-satqı etməli idi. Necə ki, sonradan İddiaçı ilə qeyd olunan tip əməliyyat həyata keçirmişdir. Eyni zamanda DƏDRX də sadalanan halları araşdırmalı və müvafiq qeydiyyat işlərini aparmaqdan imtina etməli olduğu halda, bunu etməmiş və 48 saylı mənzilə dair çıxarış vermişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (bundan sonra MMC) ilə Cavabdeh2 arasında 01.07.2011-ci ildə mənzilin alqı-satqısına dair sadə yazılı müqavilə bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48 ona təhvil verilmişdir. Həmin vaxt binaya mülkiyyət çıxarışı olmadığından mənzilin nömrəsi MMC tərəfindən formal olaraq nömrələnmişdir. Elə sonradan həmin nömrə notariat formada təsdiq edilən alqı-satqı müqaviləsində də heç bir əsas olmadan qeyd edilmiş və elə bu formada da DƏDRX tərəfindən səhvən çıxarış verilmişdir. Daha sonra cavabdehlər həmin mənzilə dair 20 dekabr 2013-cü ildə notarial təsdiqli ərizə verməklə X1 xeyrinə mənzildən imtina etmişlər və bu zaman MMC-yə onlarda olan müqavilənin və maliyyə arayışının original nüsxəsini təqdim etmişlər, həmin sənədlər hazırda da MMC-də saxlanılır. Lakin bütün bunları bilə-bilə onlar 2019-cu ildə hansısa yolla əldə etdikləri həmin müqavilənin başqa bir nüsxəsi və maliyyə arayışı ilə MMC-nin nümayəndəsinə yaxınlaşmış və həqiqəti ondan gizlədərək, əslində isə onu aldadaraq notariat formalı alqı-satqı müqaviləsini bağlamağı təşkil etməyi xahiş etmişlər və bu sənədlər əsasında notariat təsdiqli yeni bir müqavilə bağlanmışdır. Nəticədə isə mənzilə dair DƏDRX-dən çıxarış almışlar. Bu fakt mübahisəsizdir ki, cavabdehlər həmin mənzilin artıq onların olmamasını bildirdi. Çünki yuxarıda da qeyd olunduğu kimi, imtina barədə ərizələrini özləri imzalamış, notariat formada təsdiqlətmiş və digər işləri həyata keçirmişlər. Eyni zamanda qeyd olunmuşdur ki, 48 və 5 saylı mənzillər eyni mənzillərdir. Bunu həmçinin tərəflərin adlarına verilmiş mənzillərə dair texniki pasportlardakı plan və göstəricilərin üst-üstə düşməsi, dövlət reyestr xidmətindən məhkəmə sorğusuna əsasən göndərilən sənədlər də sübut edir. Həmçinin notariat formada təsdiq edilmiş 29.03.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, mənzil Cavabdeh2 "xxxx" MMC-nin bütün binaya aid olan ümumi Çıxarışı əsasında "xxxx"dır. Bu isə ona görə olmuşdur ki, cavadehlər MMC ilə aralarında bağlamış olduqları köhnə (əslində isə qüvvədə olmayan) müqaviləni notariusa təqdim etmişlər, notarius da həmin müqavilədə qeyd edilən 48 sayını yeni müqavilədə əks etdirmişdir. Bundan başqa 29.03.2019-cu il tarixli notarial təsdiqli həmin müqavilədən görünür ki, ödəniş notariusun depozit hesabı üzrə keçməmişdir. Belə ki, müqavilədə mənzilin dəyərinin 01.07.2011-ci il tarixli maliyyə arayışına görə tam ödənildiyi qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə görə isə bütün binaya verilmiş ümumi çıxarış əsasında və notariat kontorunda bu formalı müqavilə bağlanılması düzgün deyil. Hesab edir ki, DƏDRX də bunu araşdırmalı və müvafiq qeydiyyat işlərini aparmaqdan imtina etməli idi, amma onlar da səhvə yol verərək eyni mənzilə dair bir vətəndaşa 48 sayı altında, digərinə isə 5 sayı altında Çıxarış təqdim etmişdir. Qeyd edilən müqavilə bağlanandan bir müddət sonra isə MMC tərəfindən imtina ərizələri əsas götürülərək və DƏDRX tərəfindən ayrıca verilmiş Çıxarış əsasında İddiaçıla notariat formalı alqı-satqı həyata keçirilmişdir. Bu müqavilə isə X1 də İddiaçı xeyrinə imtina barədə ərizəsi əsasında bağlanmış və mənzilə dair ödəniş qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun depozit hesabına keçirilməklə edilmişdir. Bütün bunlar göstərir ki, cavabdehlər tərəfindən aldatma faktı mövcuddur və onlarla bağlanmış notariat formalı müqavilə aldatma nəticəsində bağlanmış və eyni zamanda da qanunun tələbləri pozulmaqla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən iş üzrə izahat verilərkən məlum olmuşdur ki, cavahdehlər mübahisəli mənzildən 2013-cü ildə notarial təsdiqli ərizə verməklə başqa şəxsin xeyrinə imtina etdiklərini, 01.07.2011-ci il tarixində həmin mənzilə dair öz aralarında bağlamış olduqları müqavilənin və maliyyə arayışının özlərində olan orijinal nüsxələrini MMC-yə təhvil vermələrini bilə-bilə, 2019-cu ildə hansısa yolla əldə etdikləri həmin müqavilənin digər "original” nüsxəsi və maliyyə arayışı ilə MMC-nin adətən notariat alqısatqı işlərini həvata keçirən nümavəndəsinə yaxınlaşmış və faktiki olaraq onu aldadaraq notariusa gedib notarial təsdiqli alqı-satqı müqaviləsini bağlamağa sövq etmişlər. Məqsədləri isə mənzilə dair DƏDRX-dən çıxarış almaq olub ki, bu yolla İddiaçı bu mənzilə mülkiyyətçi kimi hüquqlarını həyata keçirməyə maneçilik törətmiş olsunlar. Cavabdehlər mənzildən imtina ərizələrini özləri imzalamış, notariat formada təsdiqləmiş və yuxarıda qevd edilən müvafiq hərəkətləri həvala keçirmişlər. Həmin 48 və 5 saylı mənzillərin evni bir mənzil olması faktı məhkəmə araşdırması zamanı yetərli dəlillərlə müəyyən edilmişdir. Belə ki, iddiaçı və cavabdehlərin adlarına verilmiş mənzillərə dair texniki pasporllardakı plan və göstəricilərin üst-üstə düşməsi, "xxxx" MMC-nin nümayəndəsinin məhkəmədə izahat verərək bu mənzillərin eyni mənzil olması faktını təsdiqləməsi, DƏDRX-dən məhkəmə sorğusuna əsasən göndərilən sənədlər cavabdehlərin həmin mənzillərin eyni mənzil olmaması iddiasını alt-üst edən dəlillərdir. Notariat formada təsdiq edilmiş 29.03.2019-cıı il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki. mənzil Cavabdeh2 "xxxx" MMC-nin bütün binaya aid olan ümumi Çıxarışı əsasında satılmışdır. Hətta 20.03.2019-cu il tarixli notarial təsdiqli alqı-satqı müqaviləsindən görünür kı, ödəniş notariusun depozit hesabı üzrə keçməmiş, müqavilədə ödənişin 01.07.2011-ci il tarixli maliyyə arayışına görə tam ödənildiyi qeyd edilmişdir və həmin maliyyə arayışının da əsli notariat işinə əlavə edilmişdir. Əslində isə binaya olan ümumi Çıxarış əsasında notarial kontorunda müqavilə bağlanıla bilməz. MMC həmin mənzilə dair öz adına ayrıca mülkiyyət Çıxarışı almalı, daha sonra alqı-satqı etməli idi. Odur ki, sadalananlara əsasən məhkəmədən iddianın tam olaraq təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə etdi və təmin olunması baradə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi hər iki tələbə münasibətdə izahat verərək bildirdi ki, iş üzrə kifayət qədər araşdırma olmuşdur. İddiaçı tərəfindən olunan dırnaq arası ittihamların hər biri əsassızdır və fərziyələrə əsaslanır. “Original nüsxənin hansısa yolla əldə olunması” ifadəsi özlüyündə sübut sayıla bilməz və yalnız fərziyyədən ibarətdir. Sübut etmə vəzifəsi tərəflərin özərinə düşən öhdəlik olsa da qeyd etdikləri məsələlərlə bağlı hər hansı sübüt ortaya qoymamışdırlar. 5 və 48 saylı mənzillərin eyni olması ilə bağlı tərəflərin gətirdikləri arqument tamamilə əsassızdır. Eyni mərtəbədə eyni mənzilin texniki pasportunun eyni olması təbii haldır. Yəni başqa mərtəbədəki mənzillərində texniki pasportu eyni olur. Bu adi məntiqlə görünən haldır. Maliyyə arayışı ilə bağlı qeyd etdi ki, 2011-ci il tarixdə mənzilin dəyəri tam olaraq ödənilmişdir. Ödənilmiş məbləğin sonradan yenidən ödənilməsi hansı dərəcədə ağıla batandır. Bu özüdə absurt bir fikirdir. Sadalanan bütün hallar sadəcə fərziyədən və sözdən ibarətdir, bununla bağlı hər hansı sübut və dəlil təqdim olunmamışdır. Odur ki, məhkəmədən hər iki iddianın təmin olunmaması baradə qətnam qəbul olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi və müstəqil tələb təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən gürünür ki, satıcı "xxxx" MMC tam mülkiyyət üzrə ona məxsus ünvan 5 (yeni qaydalarla: İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5) ünvanındakı 5 saylı mənzili 98.938 manata alıcı İddiaçı satmış, o isə həmin mənzili 98.938 manata almışdır. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı İddiaçı bu müqavilənin 4-cü bəndində qeyd olunan məbləği, yəni 98.938 manat məbləğində pulu satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********14-05301-093037 reyestr nömərli, 06.02.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanındakı 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan 16.04.2021-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, ünvan 2 ünvanındakı 5 saylı mənzilin mülkiyyətçisi qismində İddiaçı cavabdehlərlə mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə sözügedən mənzildən 3 gün ərzində onların çıxmalarını və mənzilin boşaldılmasını xahiş və tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş 20.12.2013-cü il tarixli eyni məzmunlu imtina ərizələrindən müəyyən olunur ki, cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 48 saylı mənzilin X1 adına keçirilməsinə etiraz etmirlər, razıdırlar və gələcəkdə həmin şəxsə və "xxxx" MMC-yə qarşı heç bir iddia və tələbləri olmayacaqdır. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən gürünür ki, satıcı "xxxx" MMC tam mülkiyyət üzrə ona məxsus ünvan 3 ünvanında yerləşən “A” tikilisinin 13-cü mərtəbəsindəki ümumi sahəsi 150.4 kv/m olan 48 saylı mənzili alıcı Cavabdeh2 mülkiyyətinə vermişdir. Alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləği 01.07.2011-ci il tarixli maliyyə arayışı əsasında satıcıya əvvəlcədən ödəmişdir. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********14-05301-093001 reyestr nömərli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 4 ünvanındakı 48 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş **********14- 05301-093037 reyestr nömrəli, 03.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən, 150.4 kv/m ümumi sahəsi olan mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5) xüsusi mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan 14.06.2021-ci il tarixli, **********38 saylı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, ünvan 3 saylı bina "xxxx" MMC-nin adına 03.09.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir, 12 saylı DNK-nın 4Ə-281 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən isə həmin binanın 5 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan 01.07.2021-ci il tarixli, **********19 saylı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 48 saylı mənzil 04.04.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********14-05301- 093037 reyestr nömrəli, 03.09.2019-cu il tarixdə tərtib olunmuş, hüquq subyekti "xxxx" MMC olan ünvan 4, mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5)-ə məxsus texniki pasportun notarial qaydada təsdiq olunmuş sutərindən müəyyən olunur ki, qeyd olunan ümumi sahəsi 150.4 kv/m olan 3 otaqlı mənzil həmin ünvanda yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********14-05301- 093001 reyestr nömrəli, 04.04.2019-cu il tarixdə tərtib olunmuş, hüquq subyekti Cavabdeh2 olan ünvan 4, mənxil 48-ə məxsus texniki pasportun notarial qaydada təsdiq olunmuş sutərindən müəyyən olunur ki, qeyd olunan ümumi sahəsi 150.4 kv/m olan 3 otaqlı mənzil həmin ünvanda yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********14-05301- 093037 reyestr nömrəli, 09.07.2021-ci il tarixdə tərtib olunmuş, hüquq subyekti İddiaçı olan ünvan 4, mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5)-ə məxsus texniki pasportun sutərindən müəyyən olunur ki, qeyd olunan ümumi sahəsi 150.4 kv/m olan 3 otaqlı mənzil həmin ünvanda yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. İş materiallarında olan 13.01.2020-ci il tarixli ərizədən görünür ki, X2 Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa olunmuş 16 mərtəbəli, bir bloklu binanın 13-cü mərtəbəsində ümumi sahəsi 162.88 kv/m olan 3 otaqlı 48 nömrəli mənzilə dair "xxxx" MMC ilə bağlanmış 01.07.2011-ci il tarixli müqaviləyə xitam edilməsini xahiş etmiş və bu tarixdən həmin müqaviləyə aid olan hüquq və öhdəliklərdən imtina etmiş, həmin mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir. İş materiallarında olan 04.02.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı 98.938 manat məbləğində pulu 04.02.2020-ci il tarixli, 262 nömrəli alqı-satqı məktubuna əsasən “Gunay Bank” vasitəsi ilə 12 saylı notariusun depozit hesabına köçürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən məcburi qaydada çıxarılmasını, mənzilin boşaldılmasını tələb etmiş, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC qeyd olunana cavabdehlərə qarşı müstəqil tələb irəli sürərək Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddia tələbi "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində və müstəqil tələb əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 48 və 5 saylı mənzillər texniki pasport göstəricilərinin və ümumi sahələrinin çertyoj və planlarına əsasən eyni mənzillər hesab edilməlidirlər. Eyni zamanda iş materiallarından və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubuna əsasən, məhkəmə eyni mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən iki müxtəlif Çıxarışın tərtib və təqdim olunduğunu müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ƏMDK yanında DƏDRX tərəfindən ünvan 4 ünvanındakı 48 saylı mənzilə dair **********14-05301-093001 reyestr nömərli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan əlavə, "xxxx" MMC-nin tam mülkiyyət huququ əsasında mülkiyyətçisi olduğu Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa edilmiş 16 mərtəbəli binanın 13-cü mərtəbəsindəki 48 saylı mənzil 2011-ci il tarixdə MMC tərəfindən Cavabdeh2 əvəzi ödənilməklə satılmışdır. 20.12.2013-cü il tarixli eyni məzmunlu notarial qaydada təsdiq olunmuş imtina ərizələri ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilin X1 adına keçirilməsinə etiraz etməmiş, bununla da könüllü olaraq mənzilə dair mülkiyyət və istifadə hüququdan imtina etmişdirlər. Daha sonra X2 13.01.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Bakı şəhəri, Yasamal rayonu, İsməyılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllədə inşa olunmuş 16 mərtəbəli, bir bloklu binanın 13-cü mərtəbəsindəki 48 saylı həmin mənzilə dair "xxxx" MMC ilə bağlanmış 01.07.2011-ci il tarixli müqaviləyə xitam edilməsini xahiş etmiş və bu tarixdən həmin müqaviləyə aid olan hüquq və öhdəliklərdən imtina etmişdir. Eyni zamanda həmin mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir. İş materiallarındakı Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh2 bu müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş məbləği 01.07.2011-ci il tarixli maliyyə arayışı əsasında satıcıya əvvəlcədən ödədiyi göstərilmişdir. Halbuki Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına əsas olaraq göstərilmiş 01.07.2011-ci il tarixli maliyyə arayışı 20.12.2013-cu il tarixli ərizlərlə cavabdehlər tərəfindən X1 xeyrinə imtina olunmuş və öz növbəsində X2 13.01.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə sözügedən maliyyə arayışına xitam verilməsini xahiş etmiş və mənzilin İddiaçı adına qeydiyyata anılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan 04.02.2020ci il tarixli qəbzə əsasən müəyyən etmək mümkündür ki, İddiaçı 98.938 manat məbləğində pulu “Gunay Bank” vasitəsi ilə 12 saylı notariusun depozit hesabına köçürmüş və bunun əsasında onunla "xxxx" MMC arasında AN-İ seriyalı, ******* saylı, 05.02.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi üzrə ƏMDK yanında DƏDRX tərəfindən **********14-05301-093037 reyestr nömərli, 06.02.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 2 ünvanındakı 5 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətinə verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuş və etibarsız hesab edilməlidir. Eyni zamanda həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh2 adına verilmiş **********14-05301-093001 reyestr nömərli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cu maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə bir daha qeyd edir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilməmişdir, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən imtina etdiyi halda, Cavabdeh2 həmin müqaviləni bağlamağa səlahiyyətli olmadığı halda 29 mart 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Beləliklə məhkəmə iclasında qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbinin cavabdehlərin həmin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 sözügedən mənzilə dair heç bir mülkiyyət hüququ olmadığından, yəni onunla "xxxx" MMC arasında bağlanmış AN-İ seriyalı, ******* saylı, 29.03.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və qeyd olunan əqdin əsasında verilmiş **********14-05301-093001 reyestr nömərli, 04.04.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edildiyindən iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 ünvan 4, mənzil 5 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M13, mənzil 5)-dən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Müstəqil tələb təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-İ №0770073 saylı, 29.03.2019cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilsin və onun əsasında verilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 99C, mənzil 48-ə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 həmin mənzildən çıxarılsın və mənzil boşaldılsın, ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar