Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1089/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliyin icra edilərək mənzillərin təhvil verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliyin icra edilərək mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi 376-cı məhəllə, ünvanda inşa edilən yeni yaşayış kompleksində, 6-cı binanın (layihə üzrə 1-ci bina) 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 129,0 kv.m. olan, 3 otaqlı, 24 saylı və 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 114,7 kv.m. olan, 3 otaqlı, 26 saylı mənzilin İddiaçı1; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində, 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 5 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 60,6 kv.m. olan, 2 otaqlı, 8 saylı və 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 15 saylı mənzilərin, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,7 kv.m olan qeyri-yaşayış sahəsinin, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 1-ci (kürsü mərtəbə, -5.30 səviyyədə) mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 268 kv.m. olan qeyriyaşayış sahəsinin, həmçinin 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı2; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində, 6-cı binanın (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində, ümumi sahəsi 72,5 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı3 təhvil verilməklə, sahiblik və istifadələrinə verilməsi, həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda inşa edilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə üzrə 1-ci bina) 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 129,0 kv.m. olan, 3 otaqlı, 24 saylı və 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 114,7 kv.m. olan, 3 otaqlı, 26 saylı mənzillərin İddiaçı1; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 5 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 60,6 kv.m. olan, 2 otaqlı, 8 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 15 saylı mənzillərin, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci (kürsü mərtəbə, -5.30 səviyyədə) mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 268 kv.m. olan qeyri-yaşayış sahəsinin, həmçinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı2; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində, ümumi sahəsi 72,5 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı3 təhvil verilməsi və həmçinin 100 (bir yüz) manat dövlət rüsumunun, cavabdehlərdən tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 107 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə “Hüseyn" firmasının xx.xx.2004-cü il tarixli, M-38/4 saylı, “NAB GROUP OF COMPANİES” şirkətinin xx.xx.2004-cü il tarixli, 639 saylı müraciətləri və xx.xx.2004-cü il tarixli müqavilə nəzərə alınaraq, ünvan 3 ünvandakı 376-cı məhəllədə 0.5249 ha. torpaq sahəsində yaşayış binasının və ticarət mərkəzinin layihələndirilməsi və tikintisinə icazə verilib. Ərazidəki tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi “Hüseyn” firması ilə “NAB GROUP OF COMPANİES’’ şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi həmin sərəncamda nəzərdə tutulub. Sonradan “Hüseyn” firması tərəfindən tikinti işlərinin həyata keçirilməsində yubanmalar baş verib. Cavabdehlər ilə - İddiaçı1 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 19 yanvar 2018-ci il tarixli əlavə ilə ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 129,0 kv.m. olan, 3 otaqlı, 24 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı1 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 23 dekabr 2016-cı il tarixli əlavə ilə ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 114,7 kv.m. olan, 3 otaqlı, 26 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı2 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 23 dekabr 2016-cı il tarixli əlavə ilə ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 5 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 60,6 kv.m. olan, 2 otaqlı, 8 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 15 saylı mənzillərin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı2 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 23 dekabr 2016-cı il tarixli əlave ilə ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı2 arasında bağlanmış 08 noyabr 2016-cı il tarixli müqavilə ilə ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 1-ci (kürsü mərtəbə, -5.30 səviyyədə) mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 268 kv.m. olan qeyri-yaşayış sahəsinin, həmçinin 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı3 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilə ilə ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində, ümumi sahəsi 72,5 kv.m, olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə dair saziş imzalanmışdır. İmzalanmış müqavilələrin şərtinə görə cavabdehlər ən geci 2019-cu ilin İ rübünə kimi göstərilən sahələri “Kreditor”lara təhvil verməli olduğu halda, bu günə kimi öhdəlik icra edilməmişdir. Əvvəllər cavabdehlər öhdəliyin icra edilməsini aralarında aparılan danışıqlar zamanı etiraf etsələr də, 2022-ci ilin sonlarında müqavilələr ilə iddiaçılara verilməsi nəzərdə tutulan mənzilləri və qeyri-yaşayış sahələrini təhvil verməyə imkanlarının olmamasını, həmin sahələrin tikinti ərazisinə düşən əvvəlki ticarət mərkəzindəki mağazalara görə verilməsinin nəzərdə tutulduğunu və yaxın gələcəkdə həmin ərazidə tikiləcək yeni ticarət mərkəzində həmin sahələrin iddiaçılara verilməsinin mümkünlüyünü bildirirlər. Lakin bu yeni şərtlərlə iddiaçılar razı ola bilməz. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin həmin ərazidə mövcud olmuş ticarət mərkəzinin yerində yeni yaşayış binası və ticarət mərkəzi kompleksinin tikilməsinə dair xx.xx.2005-ci il tarixli sərəncamı hələ də tam icra edilməyib və ərazidə ticarət mərkəzini hansı tarixdə tikiləcəyi naməlum qalıb. Bundan əlavə tərəflər arasında olan müqavilələrə görə hazırda tikintisi tamamlanmış 6-cı binada (layihə ilə 1-ci binada) razılaşdırılmış qeyri-yaşayış sahələrinin və mənzillərin iddiaçılara verilməsinə dair öhdəlik var. Uzun illərdir ki, bu layihəyə yatırılan investisiya passiv olaraq qalıb və bundan sonra da naməlum vaxtı gözləməyə razı deyildirlər. Həmçinin bildirilmişdir ki, hazırki iddiaçılardan başqa da həmin əraziyə düşən mağazaların köçürülməsinə dair cavabdehlər ilə digər mülkiyyətçilər arasında mübahisələr olmuş, məhkəmə qərarları ilə iddiaçıların pozulmuş hüquqları bərpa edilmiş və məhkəmə qətnamələri ilə mənzillər və sahələr (və ya pul məbləği) sahiblərinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia ərizəsi ilə tanışdır. Tərəflər arasında müqavilələr mövcuddur. Həmin müqavilələr qüvvədədir, etibarsız sayılmamışdır. Odur ki, öhdəliklərini icra edəcəklərini qeyd etmişdir. Eyni zamanda, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq hazırki mülki iş üzrə iddia tələbini qəbul etdiklərini və iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehlərin nümayəndəsi və vəkilinin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilməlidir. İş materiallaırnda olan: “Kooperativ” - Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə “Payçı” - İddiaçı2 arasında bağlanmış 08 noyabr 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın 1-ci (kürsü mərtəbə, -5.30 səviyyədə) mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 268 kv.m. olan və 6-ci binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahələrini “Kooperativ” “Payçı”-ya verməyi, “Payçı” isə həmin qeyri-yaşayış sahələrini qəbul etməyi öhdəsinə götürür. “Borclu” qismində - Cavabdeh2 MTK və “Hüseyn” firması ilə “Kreditor”lar - İddiaçı2 və İddiaçı1 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, “Borclu”lar ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın (layihə ilə 1-ci binanın) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. təşkil edən, 2 otaqlı, 4-cü mərtəbəsində yeləşən, ümumi sahəsi layihə üzrə 60,6 kv.m. təşkil edən, 2 otaqlı, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. təşkil edən, 2 otaqlı, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 115,2 kv.m. təşkil edən, 3 otaqlı mənzilləri (mənzillərin nömrəsi və faktiki sahəsi yenidən sıralama və təhvil-təslim zamanı dəqiqləşdiriləcək), həmçinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,7 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini (qeyri-yaşayış sahəsinin faktiki ölçüləri təhvil-təslim zamanı dəqiqləşdiriləcək) “Kreditor”lara ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəliklərinə götürmüşdürlər. “Borclu” qismində - Cavabdeh2 MTK və “Hüseyn” firması ilə “Kreditor”lar - İddiaçı3 və İddiaçı1 arasında bağlanmış 18 iyul 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən, “Borclu”lar ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın (layihə ilə 1-ci binanın) 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 128,2 kv.m. təşkil edən, 3 otaqlı mənzili (mənzilin nömrəsi və faktiki sahəsi yenidən sıralama və təhvil-təslim zamanı dəqiqləşdiriləcək), həmçinin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72,5 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini (qeyri-yaşayış sahəsinin faktiki ölçüləri təhvil-təslim zamanı dəqiqləşdiriləcək) “Kreditor”lara ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəliklərinə götürmüşdürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclular kreditorlara sökülən mağazaların əvəzinə ödənişsiz müvafiq mənzillərin və qeyri-yaşayış sahələrinin verilməsi barədə müqavilələr bağlayaraq üzərilərinə buna dair öhdəlik götürsələr də, öz öhdəliklərini icra etməmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklər icra edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 2 ünvanda inşa edilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə üzrə 1-ci bina) 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 129,0 kv.m. olan, 3 otaqlı, 24 saylı və 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 114,7 kv.m. olan, 3 otaqlı, 26 saylı mənzillər İddiaçı1; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 5 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 60,6 kv.m. olan, 2 otaqlı, 8 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 15 saylı mənzillər; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci (kürsü mərtəbə, -5.30 səviyyədə) mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 268 kv.m. olan qeyri-yaşayış sahəsi, həmçinin 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı2; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində, ümumi sahəsi 72,5 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı3 təhvil verilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 2 ünvanda inşa edilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə üzrə 1-ci bina) 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 129,0 kv.m. olan, 3 otaqlı, 24 saylı və 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 114,7 kv.m. olan, 3 otaqlı, 26 saylı mənzillər İddiaçı1; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 5 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 60,6 kv.m. olan, 2 otaqlı, 8 saylı, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 83,3 kv.m. olan, 2 otaqlı, 15 saylı mənzillər; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci (kürsü mərtəbə, -5.30 səviyyədə) mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 268 kv.m. olan qeyri-yaşayış sahəsi, həmçinin 1-ci mərtəbəsində, ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı2; ünvan 1 ünvanda tikilən yeni yaşayış kompleksinin 6-cı binasının (layihə ilə 1-ci bina) 1-ci mərtəbəsində, ümumi sahəsi 72,5 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı3 təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1089/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1089/2023
31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver