Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-110/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalisinin Sosial Müdfiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalisinin Sosial Müdfiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ümumilikdə 787964,76 manat məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.2014-cü il tarixində cavabdeh "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin müəssisədə əsas iş yeri olaraq Maliyyə departamentinə direktor vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi dövr ərzində İddiaçı, nümunəvi işçi olmuş, əmək funksiyalarının icrası zamanı hər hansı pozuntulara yol verməmiş, müəssisədaxili intizam qaydalarına ciddi riayət etmiş, barəsində hər hansı intizam tənbehi tədbiri tətbiq olunmamışdır. İddiaçı cavabdeh "xxxx" MMC-də işlədiyi dövrdə tapşırılmış vəzifələri vaxtında və peşəkarcasına yerinə yetirmişdir. Cavabdeh də öz növbəsində əmək münasibətlərinin ilk illərində İddiaçı əmək haqqını vaxtında və lazımi qaydada ödəyirdi. Lakin, 2020-ci ilin oktyabr ayından etibarən, cavabdeh "xxxx" MMC iddiaçının əmək haqqının ödənilməsini gecikdirməyə başlamışdır. Cavabdeh bu cür gecikdirməni onunla əsaslandırmışdır ki, şirkətin maliyyə vəziyyəti ilə əlaqədar müəyyən çətinliklər vardır və gecikdirilmiş hər ayın əmək haqqı, digər ödənişlər və gecikdirməyə görə kompensasiya şəklində ödəniləcək faiz şəklində ödənclər cəm şəkildə ödəniləcəkdir. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri artıq uzun müddətdir davam etdiyindən və əvvəllər cavabdehin əmək haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etdiyini nəzərə alaraq, İddiaçıli həmin vədə inanaraq, şirkətdəkiəmək fəaliyyətini davam etdirmişdir. Cavabdeh "xxxx" MMC-nin ödənişlərin gecikdirməsi bir qədər davam etdikdən sonra, yekun olaraq 2022-ci ilin oktyabrında bütün ödənişlərin cəm şəklində ödəyəcəyini bildirmişdir. Lakin, sözügedən vaxtda cavabdeh öz vədini yerinə yetirməmiş və iddiaçının gözlədiyi vaxtda almalı olduğu əmək haqqı və digər ödənişlər, habelə əmək haqqının gecikdirilməsinə görə faiz şəklində ödənclər cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da, İddiaçı işçi hüquqları işəgötürən tərəfindən pozulmuşdur. Nəticədə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında olan əmək münasibətlərinə 22 noyabr 2022-ci il tarixində xitam verilmişdir. İddiaçının əmək haqqınıaldığı bank hesabındakiçıxarışdan görünür ki, cavabdeh iş ayları üzrə iddiaçının əmək haqqını vaxtında ödəməmişdir: 1) 14 oktyabr 2020-ci il tarixindən 24 dekabr 2021-ci il tarixinədək olan zaman kəsiyindəki aylar; 2) 24 dekabr 2021-ci il tarixindən 11 avqust 2022-ci il tarixinədək olan aylar üzrə; 3) 11 avqust 2022-ci il tarixindən 26 dekabr 2022-ci il tarixinədək olan aylar; Cavabdeh tərəfindən göstərilən aylar üzrə əmək haqqı və digər ödənişlər iddiaçıya yalnız 10 mart 2023-cü il tarixində köçürülmüşdür. Lakin cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuş əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə faiz şəklində ödənclər İddiaçı bugünədək ödənilməmişdir. Belə ki, İddiaçı 14 oktyabr 2020-ci il tarixinə olan əmək haqqına nəzər salsaq, həmin məbləğin 4250 (dörd min iki yüz əlli manat) AZN olması müəyyən olunur. Ümumilikdə iddiaçının əmək haqqının dəyişkən olması və getdikcə artımla müşahidə olunması etibarilə yaranan məbləğlərin ona ödənilməməsinə görə həmin məbləğlərə hesablanmış əlavə cərimə məbləğlərini yekunu olaraq hazırda iddiaçının iddia tələbi 787 964.76 AZN məbləğini təşkil edir. İddiaçı əmək haqqı və digər ödənişlərin, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclərin veriləcəyini nəzərə alaraq, öz şəxsi həyatı ilə bağlı əvvəlcədən planlaşdırdığı bir sıra məsələləri təxirə salmalı olmuş, maddi baxımdan çətinliklərlə üzləşməyə başlamışdır. Cavabdeh tərəfindən əmək haqqı və digər ödənişlər 10 mart 2023-cü il tarixində ödənilsə də, vəd olunmuş əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclər ödənilməməkdə davam edir. Hesab edirik ki, cavabdeh tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuş, iddiaçıya ödənilməmiş əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclər tam şəkildə iddiaçıya ödənilməlidir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 774.132,09 manat pulun "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə ATY İR-1/117 saylı əmrdən görünür ki, "xxxx" MMC bölməsində "Maliyyə direktoru" vəzifəsində işləyən KAMRAN ALİ SİDDİQUİ XXX ilə bağlanılmış F44AD01000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2 nömrəli maddəsinin "a" - tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022 tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2014 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 133 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsina/departamentinə həvalə edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2024-cü il tarixli, 9/338 saylı ekspert rəyindən görünür ki, 2020-ci ilin noyabr və dekabr ayları üzrə İddiaçı ödənilməli olan əmək haqqının hər gecikdirilmiş gün üçün 1% məbləği 62.588,25 manat məbləğində müəyyən edilir. 01 yanvar 2021-ci ildən 01 dekabr 2021-ci ilə kimi İddiaçı ödənilməli olan əmək haqqının hər gecikdirilmiş gün üçün 1% məbləği 477.684,08 manat məbləğində müəyyən edilir. 01 yanvar 2022-ci il tarixdən 01 avqust 2022-ci ilə kimi İddiaçı ödənilməli olan əmək haqqının hər gecidirilmiş gün üçün 1% məbləği 175.624,00 manat məbləğində müəyyən edilir. 01 sentyabr 2022-ci il tarixdən 22 noyabr 2022-ci ilə kimi İddiaçı ödənilməli olan əmək haqqının hər gecikdirilmiş gün üçün 1% məbləği 201.787,55 manat məbləğində müəyyən edilir. İddiaçı son haqq-hesabın hesablanması barədə məlumat iş materiallarında təqdim edilməmişdir, lakin iş materiallarında olan ATY İR-1/117 saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən İddiaçı son haqq-hesabı hesablanarkən 133 gün istifadə edilməmiş məzuniyyət günlərinin nəzərə alındığı müəyyən edilir. Bu səbəbdən Azərbaycan Respublikasında mövcud olan əmək haqqı və məzuniyyət haqqlarının hesablanmasına dair qanun və qaydalara əsasən İddiaçı son haqq-hesabının hesablanması analoji qaydada son 12 ayın hesablanmış əmək haqqısı nəzərə alınmaqla və son haqq-hesabın ödənişlərində hər gecikmiş gün üçün 1% məbləğində ödənc aşağıdakı kimi müəyyən edilir: İllik orta hesablanmış əmək haqqı - 8741,33 1 günə düşən məbləğ – 287,54 Məzuniyyət günlərinin sayı – 133,00 Hesablanmış məbləğ – 38243,32 Ələ çatacaq son haqq-hesab məbləği – 29696,49 1 günə düşən 1% cərimə məbləği – 296,96 Son haqq-hesabın hesablanma tarixi – 44887,00 Son haqq-hesabın ödənilmə tarixi – 44995,00 Gecikdirilmiş günlərin sayı – 108,00 Hesablanmış cərimə məbləği – 32072,21 Təqdim edilmiş iş materiallarında olan sənədlət və tərtib edilmiş cədvəl məlumatlarından göründüyü kimi, İddiaçı ATY İR-1/117 saylı xx.xx.2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesablanmasında 113 gün məzuniyyət günlərinin sayı nəzərə alınaraq 38.243,32 manat hesablanmış və tutulmalar çıxıldıqdan sonra ələ çatacaq son haqq-hesab məbləğinin 29.696,49 manat olması müəyyən edilir. Həmçinin 29.696,49 manat ödənilməli olan son haqq-hesab məbləğinin xx.xx.2023-cü il tarixdə həyata keçirildiyindən 108 gün gecikmə yaranmış və həmin gecikməyə uyğun olaraq 1% cərimə hesablanmaqla 32.072,21 manat məbləğində cərimə müəyyən edilir. Beləliklə, iş materiallarında olan sənədlərə (əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (i.v - 12), əmək kitabçası (i.v - 13, 14), əmək müqaviləsinə xitam verilməsi barədə əmr (i.v - 15), hesabdan çıxarış (i.v - 117 - 156) və əmək haqqlarına dair məlumat (i.v - 162)) əsasən İddiaçı noyabr 2020-ci il tarixdən noyabr 2022-ci il tarixədək "xxxx" MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsində İşlədiyi müddətdə əmək haqqının hər gecikdirilmiş gün üçün 1% məbləği 742.059,88 manat, həmçinin son haqq-hesab məbləğinin gecikdirildiyinə görə 32.072,21 manat, ümumilkdə isə 774.132,09 manat cərimə məbləğinin təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (i.v – 12), əmək kitabçası (i.v-13, 14), əmək müqaviləsinə xitam verilməsi barədə əmr (i.v – 15), hesabdan çıxarış (i.v - 117 - 156) və əmək haqqlarına dair məlumat (i.v – 162)) əsasən İddiaçı noyabr 2020-ci il tarixdən noyabr 2022-ci il tarixədək "xxxx" MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsində işlədiyi müddətdə əmək haqqının hər gecikdirilmiş gün üçün 1% məbləği 742.059,88 manat, həmçinin son haqq-hesab məbləğinin gecikdirildiyinə görə 32.072,21 manat, ümumilkdə isə 774.132, 09 manat cərimə məbləğinin təşkil etdiyi müəyyən olunur, o cümlədən: 2020-ci ilin noyabr və dekabr ayları üzrə 62.588,25 manat. 01 yanvar 2021-ci ildən 01 dekabr 2021-ci ilə kimi 477.684,08 manat. 01 yanvar 2022-ci ildən 01 avqust 2022-ci ilə kimi 175.624,00 manat. 01 sentyabr 2022-ci ildən 22 noyabr 2022-ci ilə kimi 201.787,55 manat. Həmçinin 29.696,49 manat ödənilməli olan son haqq-hesab məbləğinin xx.xx.2023-cü il tarixdə həyata keçirildiyindən 108 gün gecikmə yaranmış və həmin gecikməyə uyğun olaraq 1% cərimə hesablanmaqla 32.072,21 manat məbləğində cərimə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri Dövlət rüsumunun ödənilməsi haqqında məlumat (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həlledilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixində cavabdeh "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq həmin müəssisədə Maliyyə departamentinə direktor vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı noyabr 2020-ci il tarixdən noyabr 2022-ci il tarixədək "xxxx" MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsində işlədiyi müddətdə əmək haqqının və son haqq hesabın ödənilməsində gecikmələrə yol verilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, İddiaçı gecikdirilmiş əmək haqqı və digər ödənişlərin, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclərin verilməsini tələb etməkdə haqlıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 may 2024-cü il tarixli, 9/338 saylı ekspert rəyindən İddiaçı 2020-ci ilin noyabr ayından 2022-ci ilin noyabr ayınadək "xxxx" MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsində işlədiyi müddətdə əmək haqqının hər gecikdirilmiş gün üçün 1% məbləği 742.059,88 manat, həmçinin son haqq-hesab məbləğinin gecikdirildiyinə görə 32.072,21 manat olmaqla, ümumilkdə isə 774.132, 09 manat cərimə məbləğinin təşkil etdiyi müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 774.132,09 (yeddi yüz yetmiş dörd min yüz otuz iki manat doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 774.132,09 (yeddi yüz yetmiş dörd min yüz otuz iki manat doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-110/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-110/2024
30.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver