Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1103/2024 28.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 484.000 manat (100%) pay dəyəri tam ödənilmiş Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1də inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin tikilərək ona təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi verilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdarlıq edilmişdir, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, Cavabdeh Mənzil Tikinti Kooperativinin öncəki məhkəmə iclasında iddianı qəbul etdiyini, lakin üzərinə götürdüyü öhdəliyi bir ay ərzində yerinə yetirmədiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etmişdir. O, bildirmişdir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, 2006-cı ildə isə ünvan 1də 16-18 mərtəbəli yaşayış binasının tikintisinə başlamışdır. Təxminən 2-3 ildir ki, bina təhvil verilib, hazırda sakinlər yaşayır, bina qaz, su və işıqla təmin edilib. O, Cavabdeh sədri və şəriklərdən biridir. O, 2011-ci ilədək orada işləmiş, sonra onun işi düzgün aparmadığını bildirirək etirazlar olduğuna görə ərizə yazaraq işdən çıxmışdır. Lakin bir müddət sonra öyrənmişdir ki, hələ də rəsmi olaraq MTK-nın sədridir və MTK-ya məxsus olan möhürlə mənzilləri vətəndaşlara satırlar. O, icra məmuru vasitəsilə 2019-cu ildə MTK-nın möhürünü geri ala bilmişdir. Vicdanlı alıcılar mənzillə təmin edilərək, problemləri həll edilmişdir. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MTK ünvan 1də inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsini tikərək İddiaçı verməyi, İddiaçı isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş 484.000 manat vəsati ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən İddiaçı 484.000 manat pulu xx.xx.2020-ci il tarixdə Cavabdeh MTK-ya ödəmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli maliyyə arayışı verilmişdir. İddiaçı Cavabdeh MTK-ya borcu yoxdur. İddiaçı vicdanlı alıcıdır. Üzrlü səbəblərdən müqavilədə qeyd edilən qeyri-yaşayış sahəsi hazırkı vaxta kimi tikilib iddiaçıya təhvil verilməmişdir. Hazırda müqavilədə qeyd edilən qeyri-yaşayış sahəsini 1 ay müddətində tikib İddiaçı təhvil verməyi Cavabdeh MTK öz üzərinə götürür. Həmçinin Cavabdeh Mənzil Tikinti Kooperativinin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etdiyini, üzürlü səbəblərdən qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilmədiyini və həmin qeyriyaşayış sahəsinin 1 ay ərzində tikilib iddiaçıya təhvil veriləcəyini bildirmişdir. O, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia tələbini müdafiə etməsinə, cavabdehin iddianı qəbul etməsinə dair ərizələrini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Elşad Nəcəfov arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1də inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh Mənzil Tikinti Kooperativindən 484.000 manata almışdır. İddiaçı müqavilə bağlanan gün xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinin 100% pay dəyərini - 484.000 manat pulu Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi verdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1də inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinə borcu yoxdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MTK hazırkı vaxta kimi öhdəliyini yerinə yetirməmiş, müqavilədə göstərilən və İddiaçı 100% pay dəyəri tam ödədiyi ünvan 1də inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsini tikərək İddiaçı təhvil verməmişdir. Nəticədə iddiaçının pay dəyərini tam ödəyərək aldığı qeyri-yaşayış sahəsi üzərində hüquqları pozulmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından müəyyən edilir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi xx.xx.2004-cü il tarixdə AZ 1009, ünvan 1 ünvanda, VÖEN: ********** nömrəsi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır, sonuncu dəfə xx.xx.2019-ci il tarixdə reyestrdən çıxarış verilmişdir. MTKnın qanuni təmsilçisi Qanuni nümayəndədur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən 484.000 (dörd yüz səksən dörd min) manat (100%) pay dəyəri tam ödənilməklə Cavabdeh Mənzil Tikinti Kooperativindən alınmış ünvan 1də inşa edilən 16-18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin tikilərək İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən 484.000 (dörd yüz səksən dörd min) manat (100%) pay dəyəri tam ödənilməklə Cavabdeh Mənzil Tikinti Kooperativindən alınmış ünvan 1də inşa edilən 16- 18 mərtəbəli yaşayış binasının ərazisində yerləşən ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin tikilərək İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-1103/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1103/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver