Məhkəmə qərarları › İş №e-2(004)-1127/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1127/2023

06.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1127/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbdüləli qızı və Valehli (Babayeva) Günay Ədalət qızına qarşı mənzildən çıxarılma və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin (o cümlədən, yetkinlik yaşına çatmayan X7) iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması (**********29-05301-093053 reyestr nömrəli daşınmaz əmlak), ev əşyaları ilə birlikdə boşaldılaraq iddiaçıya təhvil verilməsi və mənzilin təhvil verildiyi müddətədək hər ay üçün 400 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində İddiaçı anası X8 ilə Cavabdeh1 arasında daşınmaz əmlakın kirayə verilməsi haqqında müqavilə bağlanmışdır. Hüquqi savadsızlıq səbəbindən rəsmiləşdirmənin düzgün həyata keçirilməməsinə baxmayaraq, faktiki olaraq şifahi formada da cavabdehlə kirayə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil ayda 400 manat kirayə haqqı ödənilmək şərti ilə 2 il müddətinə Cavabdeh1 kirayəyə verilmişdir. Kirayə haqqı müqaviləyə əsasən, hər ayın 15-i tarixində iddiaçıya ödənilməlidir. Lakin cavabdehlər tərəfindən kirayə haqqı 2022-ci il noyabr ayından etibarən ödənilməmişdir. Həmçinin, cavabdehlərin qonşularla dəfələrlə mübahisələri olmuşdur. Mübahisələr əsasən aşağı mərtəbədə yaşayan mənzilə suyun axıdılması ilə bağlı baş vermişdir. (Bununla bağlı Komendantın arayışı da iddia ərizəsinə əlavə edilmişdir) Cavabdehlərə dəfələrlə iddiaçıya məxsus olan mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə şifahi və yazılı formada bildiriş göndərilmişdir. Lakin cavabdehlər tərəfindən mənzilin boşaldılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, o müharibə veteranı və zərərçəkmiş şəxs, həmçinin işsiz və tamamilə gəlirsiz vəziyyətdədir. xx.xx.2022-ci il tarixində İddiaçı anası X8 və Cavabdeh1,yəni onun arasında həmin əraziyə baxan, yaxınlıqda yerləşən Ev Alqı-Satğı kontorunun vasitəçiliyi və iştirakı ilə daşınmaz əmlakın kirayə verilməsi haqqında müqavilə bağlanmışdır. Hüquqi savadsızlıq səbəbindən ev alqı-satqı ofisinin işçisi tərəfindən rəsmiləşdirmənin düzgün həyata keçrilməməsinə baxmayaraq, faktiki olaraq şifahi formada da onunla kirayə müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zaman və şərtlərin razılaşdırılması anında ev alqı-satqı ofisində evin çıxarışını və sahibinin kim olduğunu soruşduqda, X8 evin sahibi olduğunu bildirmişdir. Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili ayda 400 manat məbləğində 2 il müddətinə ona, yəni X1 verilir. Kirayə haqqı müqaviləyə əsasən, hər ayın 15-dən 3 gün ərzində X6 ödənilməlidir. Mənzili boş şəkildə, əşyalarsız kirayə verir. Müqavilə bağlanarkən aralarında olan şifahi danışığa əsasən, X8 ona evdə 2 il qala biləcəyini bildirmişdir. O, 3 otaqlı evin bağlamada olan əşyalarını buraya yerləşdirmiş və quraşdırmışdır. Həmin vaxt o, X5 mənzilin qazın, suyun, işığın kartlarını tələb etmiş, X8 isə kartları verməkdən imtina edərək, lazım olan zaman ödənişləri özünün edəcəyini bildirmişdir. Cavabdeh1 hər ayın 15-18 arası mənzilin kirayə haqqını X6 bir ay əvvəldən ödədiyini bildirmişdir. Lakin oktyabır ayının əvvəli X8 mənzili başqa bir şəxsə baha qiymətə kirayə vermək üçün onları evdən uzaqlaşdırmaq istəmişdir. Cavabdeh1 noyabr ayının 400 manat kirayə haqqını oktyabrın 18-də ödəyəndə ev alqı-satqı kontorunda. artıq ona məlum oldu ki, evin əsl sahibi X8 yox, onların dediklərinə görə, onun qızı hazırkı İddiaçıdır. Həmin vaxt Cavabdeh1 mülkiyyətçi ilə müqavilə olmadan ödənişi həyata keçirə bilməyəcəyi səbəbindən müqaviləni yenidən əsl mülkiyyətçi ilə bağlamağı və kirayə haqqını ona kart və ya nağd şəkildə ödəməyi xahiş və tələb etmişdir. Həmçinin Cavabdeh1 bildirmişdir ki, onlardan heç bir qonşu şikayətçi olmayıb və indi də şikayətçi deyillər. Onun övladı 2 yaşından etibarən müalicə alır, ona sakitlik lazımdır. Oktyabr ayının 18-dən noyabr ayının 18- nə kimi qabaqcadan kirayə pulunu X6 ödəmiş və bu barədə İddiaçı Whatsapp vasitəsi ilə məlumatlandırmışdır. Oktyabrın 20-dən etibarən mənzildə su, qaz və internet yoxdur. Ödənişlərin hamısı vaxtlı-vaxtında olub. İddiaçı və anası X2 özündə saxlayıb cavabdehlərə verməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 360. Səlahiyyət verilməyən şəxsin əqd bağlaması 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın kirayə verilməsi haqqında müqaviləyə əsasən, kirayə verən X8 ünvan 2 ünvanındakı 3 otaqlı mənzil 2 il müddətinə kirayəçi Cavabdeh1 istifadəsinə verməyi, kirayəçi Cavabdeh1 isə hər ayın 15 400 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. Tərəflərin verdiyi izahatlara əsasən X3 verilmiş mənzilin mülkiyyətçisi İddiaçı anasıdır və iddiaçının razılığı ilə mənzili kirayəyə vermişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, kirayə müqaviləsi Cavabdeh1 ilə bağlandığından və həmin cavabdeh kirayə müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməyərək 2022-ci ilin noyabr ayından başlayaraq hal-hazıradək kirayə haqqını ödəmədiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 1880 manat məbləğində kirayə haqqı Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, Cavabdeh1 ailə üzvləri - digər cavabdehlər Cavabdeh2 Əbdüləli qızı və X9 yetkinlik yaşına çatmayan X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən ev əşyaları ilə birlikdə çıxarılaraq mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əbdüləli qızı və X9 yetkinlik yaşına çatmayan X11 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən ev əşyaları ilə birlikdə çıxarılsın. Mənzil İddiaçı təhvil verilsin. 15 noyabr 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək olan müddət üçün 1880 (min səkkiz yüz səksən) manat kirayə haqqı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar