Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1134/2023 06.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, uşaqları X6, X4 və X7 ünvan 1 ünvanında yerləşən özbaşına tikilən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 02 dekabr 2003-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X16 anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan aralarındakı münasibətlər pisləşmiş, birgə yaşamaları baş tutmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh arasında qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları üç uşağa görə cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflər birgə nikah dövründə Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən yarımzirzəmi və mansard da daxil olmaqla 4 mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Fərdi yaşayış evi qaz, işiq və su ilə təchiz olunmuş və bununla bağlı müvafiq müqavilələr cavabdehlə bağlanmışdır. Fərdi yaşayış evinin mövcudluğunu cavabdeh nikahın pozulması tələbinə dair mülki iş üzrə məhkəmə iclasında vermiş olduğu izahatında da etiraf etmişdir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MİKS-nin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-2928/2022 saylı mülki iş üzrə cavabdeh izahat verərək bildirmişdir ki, “həqiqətən, keçən il birgə yaşadıqları müddətdə ailənin, uşaqların saxlanması üçün ayda təqribən 1500-2000 manat xərcləmişdir. Lakin hazırda maddi vəziyyəti çətindir, Yasamal rayonunda yerləşən evin sənədi yoxdur”. Təqdim olunmuş arayışdan və cavabdehin izahatından da məlum olmuşdur ki, cavabdeh ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Lakin cavabdeh nikah pozulduqdan sonra iddiaçı və onun uşaqlarını həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşamalarına imkan vermir. Belə ki, cavabdeh həmin evdə yerləşən ayrı-ayrı giriş-çıxışı olan mənzilləri icarəyə verir və əldə olunan vəsaiti özü üçün xərcləyir. Ona görə də hesab edir ki, iddiaçı və onun ailə üzvləri məhkəmə qaydasında həmin evə köçürülməlidirlər. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Cavabdeh oğli ilə iddiaçı X14 arasında nikah olduğu müddətdə onlar və yetkinlik yaşma çatmayan övladları heç vaxt ünvan 4 ünvanındakı özbaşına tikilidə yaşamamışlar. Həmin şəxslər birgə nikah dövründə yəni 2008-ci ildə əldə olunmuş ünvan 5 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 107 km 2 sahəsi olan 03 otaqdan ibarət (hazırda 04 otağa keçirilmişdir) 279 saylı mənzilində yaşamışlar. İddiaçı və yetkinlik yaşma çatmayan övladları X13, X8, X16 hazırda da həmin mənzildə yaşayırlar və cavabdehin buna heç bir etirazı yoxdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, Bünyadzadə küçəsi 12 ünvanında yerləşən 279 sayli mənzildə X14, X13, X8,X16 həmin ünvanda hazırda da yaşayırlar. Belə ki, X14, X17, X13, X8, X16 hazırda qeydiyyatda ünvan 6 ünvanında qeydiyyatdadırlar. ünvan 7şayış evi özbaşına tikili olmaqla cavabdehin bacısı X5 maddi vəsaiti hesabına tikilmişdir. Tikinti Cavabdeh tərəfindən həyata keçirilsə də həmin fərdi yaşayış evi X1 və həmin mənzilin Azərişiq və Azərsu ilə bağlanmış müqavilələrdən də bu aydın şəkildə görünür. Sadəcə olaraq cavabdehin iddiaçı ilə birgə nikahı pozulduqdan sonra o Bünyadzadə küçəsi 12, mənzil 279 ünvanını tərk edərək yaşamaq üçün bacısının da razılığı ilə müvəqqəti olaraq həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpq sahəsi onun mülkiyyətində olsun. Cavabdeh isə Yasamal rayonu, Ü.Ələkbərzadə küçəsi 5 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə mülkiyyət hüququ olmadığı halda onun ailə üzvləri ilə həmin evlə bağlı münasibətlərinin tənzimlənməsi absurddur və evin sahibi olan Xalidə Əliyevanın sahiblik hüquqlarını pozur. Göstərilən halları nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı cavabdehlə 02 dekabr 2003-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 4 övladı olub. Bunlardan biri artıq yetkinlik yaşına çatıb. 07 noyabr 2006-cı il təvəllüdlü X13, 25 aprel 2009-cu il təvəllüdlü X8 və 24 mart 2013-cü il təvəllüdlü X16 tərəflərin birgə nikahından anadan olmuşlar. Tərəflər bir müddət birlikdə yaşadıqdan sonra xarakterlərində uyğunsuzluq olduğu üçün nikahları pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər və uşaqları birgə nikah dövründə Yasamal rayonunda iddialarında qeyd olunan evdə birgə yaşamışlar. Tərəflər birgə nikah dövründə Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 5 ünvanında yerləşən yarızirzəmi və mansard da daxil olmaqla 4 mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Fərdi yaşayış evi qaz, işıq və su ilə təchiz olunmuş və bununla bağlı müvafiq müqavilələr cavabdehlə bağlanmışdır. Fərdi yaşayış evinin mövcudluğunu cavabdeh nikahın pozulması tələbinə dair mülki iş üzrə məhkəmə iclasında vermiş olduğu izahatında da etiraf etmişdir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı MİKS-nin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-2928/2022 saylı mülki iş üzrə cavabdeh izahat verərək bildirmişdir ki, "həqiqətən, keçən il birgə yaşadıqları müddətdə ailənin, uşaqların saxlanması üçün ayda təqribən 1500-2000 manat xərcləmişdir. Lakin hazırda maddi vəziyyəti çətindir, Yasamal rayonunda yerləşən evin sənədi yoxdur". Təqdim olunmuş arayışdan və cavabdehin izahatından da məlum olmuşdur ki, cavabdeh ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Lakin cavabdeh nikah pozulduqdan sonra iddiaçı və onun uşaqlarını həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşamalarına imkan vermir. Belə ki, cavabdeh hamin evdə yerləşən ayrı-ayrı giriş-çıxışı olan mənzilləri icarəyə verir və əldə olunan vəsaiti özü üçün xərcləyir. Cavabdehin bir evi də var və hazırda onun keçmiş ailəsi həmin evdə yaşayır. Nikah pozulmamış qısa müddət ərzində həmin evə köçmüşlər. Köçərkən orada yaşayış üçün şərait olmamışdır. Məqsədləri ora köçüb iddia ərizəsində qeyd olunan mənzili də arendaya vermək olmuşdur. Hər iki əmlak birgə nikah dövründə əldə olunduğuna görə biz hesab edirlər ki, iddiaçı və onun ailə üzvləri məhkəmə qaydasında həmin evə köçürülməlidirlər. İddiaçı hazırda Qaradağ rayonunda qeydiyyatdadır. Orada atasının evi var. Hazırda iddiaçı övladları ilə birlikdə "xxxx" MTK tərəfindən inşa edilmiş, 2008-ci ildə əldə olunmuş mənzildə yaşayır. Müqaviləsi keçmiş həyat yoldaşının adınadır. İddiaçı və ailə üzvləri həmin mənzilə nikahları pozulmamışdan 7-8 ay əvvəl köçmüşdür. Onlar əvvəl qanunsuz tikilidə yaşayıblar. Lakin sonradan deyiblər ki, köçək və həmin evi də kirayə verək. Hazırda cavabdeh tərəf həmin evi hostel kimi istifadə edir. Sonra cavabdeh tərəf iddiaçını məhkəməyə verib və nikahları pozulub. Qarşı tərəf qeyd edir ki, həmin tikili cavabdehin bacısının maliyyə vəsaiti hesabına tikilib və işiğın, suyun sənədləri də onun adınadır. Bildirmək istəyir ki, hər iki sənəd noyabr ayının 24-dədir. Müqavilələr eyni tarixdədir. Bu günki tarixədək həmin ünvanda işığın, suyun kim tərəfindən ödənilməsi ilə bağlı abonent sənədləri var. Bu sübuta yetiriləcək. Vaxtilə həmin fərdi yaşayış evi tikiləndə cavabdeh özü “Azəriqaz”a müraciət edib. Şəxs özü Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatdadır. Müraciət edərək bildirib ki, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi ev 5 ünvanında ona məxsus yaşayış evinin qazlaşdırılmasına köməklik göstərilsin. Mənzildə istifadə olunacaq qaz cihazları 4 gözlü qaz pilitəsi, kombi istilik sistemi su qızdırıcı. Bu ərizə 17 sentyabr 2015-ci il tarixlidir. Bu mənzil onun bacısının idisə, rəsmi müraciətdə bu formada qeyd edərdi. Orqan gəlib bütün layihəni çəkib və çəkilməsi ilə bağlı texniki şərtlər verib. Həmçinin iş materiallarında “Azəriqaz”a pulun ödənilməsi ilə bağlı qəbzlər var. xx.xx.2005-ci ildə Cavabdeh istifadə olunan qazın pulunu ödəyib. Abonent kodu da öz adınadır. Əgər mənzil onun istifadəsində deyildisə, nəyə görə ödənişləri o edir və abonent kodu da onun adınadır. Ona görə də hesab edir ki, etiraz formal xarakter daşıyır. Sadəcə birgə nikah dövrüdə əldə olunmuş tikilidir, iddiaçı orada yaşayıb və ora köçmək hüququ var. Həmçinin bildirir ki, "xxxx" MTK-dan olan müqavilə iddiaçının keçmiş həyat yoldaşının adınadır. Hər iki ev birgə nikah dövründə əldə olunmuş əmlakdır, ona görə də onların bu formada etiraz verməsi əsassızdır. İddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşayıb. Şahidlər də var. Qanunsuz tikilini cavabdeh icarəyə verib. Mənzilin müqaviləsi 09 fevral 2008-ci ildə bağlanılsa da, mənzilə köçmə 2022-ci ildə olub. Qanunsuz tikiliyə köçmək də onun hüququdur. Bu gün birgə nikah dövründə əldə olunmuş qanunsuz tikiliyə köçməkdə məqsəd aydındır. Artıq gələcəkdə əmlak bölgüsü ilə bağlı iddia veriləndə bu məsələlər ortaya çıxacaq. Onlar gələcəkdəki maneələri aradan qaldırmaq üçün həmin evə köçmək istəyirlər. Həmin evin tikintisində də xanımın əziyyəti var. Birgə nikah dövründə əldə edilmiş tikiliyə iddiaçı və ailəsinin köçürülməsi təmin olunmalıdır. O, "xxxx", "xxxx" və “Azəriqaz”a sorğular vermişdir. Həmin müddətə qədər həm "xxxx"da, həm "xxxx"da, həm də “Azəriqaz”da bütün sənədlər Cavabdeh adına olub. Lakin sonradan müqavilələr bacısının adına dəyişdirilib. Tikili qanunsuz tikilidir. Lakin bu qanunsuz tikili ər-arvadın birgə nikah dövründə əldə etdikləri vəsait hesabına əldə olunub və onlar həmin tikilidə yaşayıblar. Uşaqlar həmin ərazidə olan məktəbə gediblər. Vətəndaş istənilən yerdə poliklinikada qeydiyyata düşə bilər. Bu tikili birgə nikah dövründə əldə edilmiş əmlakdır. Bu da məhkəmə qətnamələrinə əsasən öz təsdiqini tapır. Sənədləri sonradan başqa şəxsin adına dəyişmək qanunsuz və əsassızdır Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini tələbin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia ərizəsinə etiraz edirlər. İddiaçı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı, uşaqları X6, X4, X7 ünvan 1 ünvanında yerləşən özbaşına tikilən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan nikah Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, yetkinlik yaşına çatmayanlar Yusifli Lamiə, Yusifli Mustafa, X2 üçün hər uşağa görə hər ay 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Birgə nikah dövründə Yasamal rayonu, Ü.Ələkbərzadə küçəsi 5 ünvanında mansard da daxil olmaqla 4 mərtəbəli yaşayış evi inşa etmişlər və yaşamışlar və hazırda da cavabdeh həmin evdə yaşayır. Lakin boşanmadan sonra cavabdeh iddiaçıya və yetkinlik yaşına çatmayan övladlarına həmin evdə yaşamağa imkan vermir. Həmçinin qarşı tərəf qeyd edir ki, yuxarıda qeyd olunan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri şamil olunmalıdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Aşağıda qeyd olunanlara əsasən həmin iddiaya etiraz edirlər və hesab edirlər ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Birincisi, Cavabdeh ilə iddiaçı X14 arasında nikah olduğu müddətdə onlar və yetkinlik yaşına çatmayan övladları heç vaxt Yasamal rayonu, Ü.Ələkbərzadə küçəsi ünvanındakı özbaşına tikilidə yaşamamışlar. Həmin şəxslər birgə nikah dövründə, yəni 2008-ci ildə əldə olunmuş ünvan 8 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 107 km2 sahəsi olan 3 otaqdan ibarət (hazırda 4 otağa keçirilmişdir) 279 saylı mənzilində yaşamışlar. İddiaçı və yetkinlik yaşına çatmayan övladları Yusifli Lamiə, Yusifli Mustafa, Yusifli Əsma hazırda da həmin mənzildə yaşayırlar və cavabdehin buna heç bir etirazı yoxdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, Bünyadzadə küçəsi 12 ünvanında yerləşən 279 saylı mənzildə X14, X13, X8, X16 həmin ünvanda hazırda da yaşayırlar. İkincisi, X14, X15, X13, X8, X16 hazırda qeydiyyatda ünvan 6 ünvanında qeydiyyatdadırlar. Üçüncüsü, ünvan 7şayış evi özbaşına tikili olmaqla cavabdehin bacısı X5 maddi vəsaiti hesabına tikilmişdir. Tikinti Cavabdeh tərəfindən həyata keçirilsə də, həmin fərdi yaşayış evi X1 və həmin mənzilin "xxxx" və "xxxx" ilə bağlanılmış müqavilələrdən də bu aydın şəkildə görünür. Sadəcə olaraq cavabdehin iddiaçı ilə birgə nikahı pozulduqdan sonra o, Bünyadzadə küçəsi 12, mənzil 279 ünvanını tərk edərək yaşamaq üçün bacısının da razılığı ilə müvəqqəti olaraq həmin özbaşına tikili olan fərdi yaşayış evinə köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Ailə qanunvericiliyinin tələblərinə əsasən ər-arvad boşanarkən onların ümumi birgə mülkiyyətində olan əmlakın bölgüsü həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Dördüncüsü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin və onun ailə üzvləri arasında olan münasibətləri tənzimləyir. Cavabdeh isə Yasamal rayonu, Ü.Ələkbərzadə küçəsi 5 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evinə mülkiyyət hüququ olmadığı halda onun ailə üzvləri ilə həmin evlə bağlı münasibətlərinin tənzimlənməsi absuddur və evin sahibi olan Xalidə Əliyevanın sahiblik hüquqlarını pozur. Adətən praktikada da belədir ki, qanunsuz tikiliyə köçürmə o hallarda həyata keçirilir ki, tikili həmin şəxsə məxsus olur və onun yaşamağa başqa yeri olmur. İşin hallarından da görünür ki, iddiaçı və onun ailə üzvləri Yasamal rayonu ərazisində 3 otaqlı mənzildə yaşayırlar, Qaradağ rayonunda qeydiyyatdadırlar. Tikili şəxsin bacısının maliyyə vəsaiti hesabına tikilmişdir, bütün sənədləşmə işləri də bacısının adınadır. Bu səbəbdən biz hesab edirik ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İşin halları bundan ibarətdir ki, tərəflərin nikahı pozulub və əmlak bölgüsü həyata keçirilməyib. 2008-ci ildə "xxxx" MTK-dan əldə olunmuş mənzil də birgə nikah dövründə əldə edilmiş əmlakdır. Mənzil üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq daha rahatdır, nəinki qanunsuz tikili. Kommunal ödənişlərin edilməsi şəxsin mülkiyyət hüququnu təsdiq etmir. Cavabdeh də iddiaçı birlikdə nikahları pozulanadək "xxxx" MTK-da olan mənzildə yaşayıblar. Cavabdeh iddiaçının və yetkinlik yaşına çatmış övladlarının həmin MTK-dan olan mənzildə yaşamalarına etiraz etmir. Cavabdeh özü nikah pozulandan sonra bacısının razılığı ilə qanunsuz tikilidə yaşamağa başlayıb. Həmin vaxt qanunsuz tikiliyə köçürmə əsaslı olar ki, şəxsin yaşamağa yeri olmasın. Hazırda əmlakın bölgüsü ilə bağlı hər hansı iddia verilməyib, lakin çox güman ki, cavabdeh tərəfindən belə bir iddia veriləcək. Özbaşına tikili isə mülkiyyət deyil, burada mülkiyyət hüququ yoxdur. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilən arqumentlər əsassızdır. Poliklinikadan alınmış arayış uşaqlardan birinin hazırda yaşadıqları yer üzrə poliklinikada qeydiyyatda olmasını təsdiqləyir. Digər üç uşaq digər poliklinikada qeydiyyatdan çıxarılıb, lakin ora qeydiyyata salınmayıblar. Əlavə olaraq bildirmək istəyir ki, burada söhbət özbaşına tikilidən gedir. Şəxs boşanarkən birgə əldə olunan əmlak kimi predmet deyil. Özbaşına tikilidə mülkiyyət hüququ yoxdur. Hazırda iddianın predmeti bölgü və ya mənzilə hüquq deyil. Mənzili sonradan adına keçirməyinə baxmayaraq şəxs özü deyir ki, iddiaçının hazırda yaşadığı "xxxx" MTK tərəfindən verilmiş mənzil Bünyadzadə 12 ünvanında yerləşən mənzil birgə nikah dövründə əldə olunmuş mülkiyyətdir. Sonradan kiminsə adına keçirilib-keçirilməməsi müzakirə olunmur. Artıq həmin əmlak bölgünün predmetidir. Şəxs özü iddiaçının həmin mənzildə yaşamasına etiraz etmir. Həmin mənzil dörd otaqdan beş otağa göndərilmiş mənzildir. Övladlarının təminatı ilə bağlı da şəxs hər ay 530 manata yaxın aliment ödəyir. Onılarda olan məlumata görə iddiaçı tərəf alimentin miqdarının artırılması ilə bağlı iddia irəli sürmək istəyirlər. Cavabdeh öz öhdəliklərinin icrasından yayınmır. Mənzilə köçürülmə o zaman tətbiq olunar ki, onların yaşamağa yeri olmasın. Özbaşına tikilinin kimə məxsusluğu özü mübahisəlidir. Cavabdeh də bildirir ki, evin tikintisi zamanı bacısının vəsaitindən istifadə olunmuşdur. İddiaçı tərəf orada bir gün belə yaşamayıb. Tərəflərin birgə nikah dövründə əldə olunmuş kifayət qədər əmlakları, torpaq sahələri var. İddiaçının hazırda yaşadığı mənzildən çıxarılması ilə bağlı cavabdehin iddiası, narazılığı yoxdur. Hazırda mübahisəli ev cavabdehin bacısına məxsusdur. Burada digər tərəfin də hüquqlarına toxunulur. Hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 27 sentyabr 2022ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 09 fevral 2008-ci il tarixli müqavilədən görünür ki, Kooperativ payçıların vəsaiti hesabına inşa ediləcək ünvan 9 ünvanında inşa ediləcək binanın 6 giriş, 9-cu mərtəbə 279 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 09 fevral 2008-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında "xxxx" MTK tərəfindən inşa ediləcək yaşayış binasında 3 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə X10, X15, X13, X8 və X16 olmaqla yaşayırlar. İş materiallarında olan Yasamal Rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyini 22 saylı MKİS-İ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 11 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Cavabdeh "xxxx" MMC-yə ünvanladığı ərizədən görünür ki, ünvan 12rdi yaşayış evinin qazlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ü.Ələkbərov küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********009) 2014-2022-ci illər ərzində su və kanalizasiya təchizatından istifadəyə görə ödənilmiş məbləğlər barədə məlumatlar təqdim edilmişdir. Belə ki, Cavabdeh **********009 saylı abonent kodu üzrə su və kanalizasiya təchizatından istifadəyə görə vəsaitlər ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Səhmdar Cəmiyyətin elektron bazasında **********5001 saylı abonent kodu üzrə istehlakçı kimi xx.xx.2000-ci il tarixdə X3, xx.xx.2015-ci il tarixdən Cavabdeh və xx.xx.2022-ci il tarixdən 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariat ofisində Cavabdeh tərəfindən verilmiş ərizə və etibarnamə əsasında X5 adına qeyd olunmuşdur. **********5001 saylı abonent kodu altında istehlak edilmiş elektrik enerjisinin dəyəri 2015-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək Cavabdeh adından ödənilmişdir. İş materiallarında olan 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 13 ünvanında yaşayan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı və onun övladları xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X8, 2013-cü il təvəllüdlü X16 39 nömrəli Şəhər Poliklinikasının qeydiyyatında deyillər və hər hansı bir şikayətlə müraciət etməmişlər. xx.xx.2004-cü il təvəllüdlü X15 39 nömrəli Şəhər Poliklinikasında “M93.2 Ayıran osteoxondrit” diaqnozu ilə fizioterapevtik müalicə almışdır. Son müraciət xx.xx.2023-cü il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə əsasən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış və 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi, 27 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X10, X15, X13, X8 və X16 Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşayırlar. Hazırda İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, uşaqları X6, X4 və X7 ünvan 1 ünvanında yerləşən özbaşına tikilən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, "xxxx" MTK (Kooperativ) ilə Cavabdeh (payçı) arasında bağlanmış 09 fevral 2008-ci il tarixli müqavilədən görünür ki, Kooperativ payçıların vəsaiti hesabına inşa ediləcək ünvan 9 ünvanında inşa ediləcək binanın 6 giriş, 9-cu mərtəbə 279 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən verilmiş 09 fevral 2008-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə əsasında "xxxx" MTK tərəfindən inşa ediləcək yaşayış binasında 3 otaqlı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəyib. İş materiallarında olan sənədlərdən və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulduqdan sonra hal hazıradək İddiaçı övladları ilə birgə 09 fevral 2008-ci il tarixli müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşayırlar və cavabdehin buna hər hansı bir etirazı yoxdur. İddiaçı tərəf qanunsuz tikiliyə köçürülməsini yaşamağa yerin olmaması ilə deyil, sadəcə öz hüququ olması ilə əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının yaşayış yerinin olmasına baxmayaraq qanunsuz tikiliyə köçürülməsinə dair iddiası əsassızdır. Belə ki, iddiaçı sözügedən qanunsuz tikilinin birgə vəsait hesabına nikah dövründə tikilməsinə istinad edirsə bununla bağlı gələcəkdə məhkəmə qaydasında qanunsuz tikilinin tikilməsinə sərf olunmuş vəsaitin bölgüsünə dair iddia qaldırmaq hüququ mövcuddur. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Lakin, iddiaçı mübahisə predmeti olan qanunsuz tikiliyə köçürülməsi üçün kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının birgə nikah dövründə 09 fevral 2008-ci il tarixli müqavilə əsasında əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 12 ünvanında 279 saylı mənzildə yaşaması müəyyən olunmuşdur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-1134/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1134/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver