Məhkəmə qərarları › İş №e-2(004)-1135/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1135/2023

19.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1135/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarında olan 01 iyul 2009-cu il tarixli 15 nömrəli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, İşəgötürən qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə İşçi İddiaçı arasında əmək münasibətləri yaranmış və İşçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin sənədlərin ekspertizası sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə işə qəbul olunması barədə razılaşmışlar. İş materiallarında olan İşçi İddiaçı 16 fevral 2022-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, İddiaçı İşəgötürən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilən müddət gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-027 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 16 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndində əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı 17 fevral 2022-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, İddiaçı İşəgötürən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsə ərizə ilə müraciət edərək 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektoruna hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-029 nömrəli əmrinə əsasən İddiaçı 17 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektoruna hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İşçi İddiaçı ilə İşəgötürən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli 236 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 (bir ) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İşçi xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. Həmin müqavilənin nəticə hissəsində əsasən müəyyən edilir ki, müqavilə İşçi İddiaçı və İşəgötürən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin İdarə heyətinin sədri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-530 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 22 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndində əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 73-cü maddələri çıxış edir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək müqaviləsi müqavilə növü olmaqla mülki hüququn ümumi prinsiplərindən olan müqavilə azadlığı prinsipi rəhbər tutulmaqla tərəflərin iradəsini ifadə edən əmək münasibətlərinin yaranma əsasıdır. Müqavilə üzrə işçi və işəgötürən müqavilə azadlığı əsas götürülməklə mülki hüququn subyektləri qismində öz iradə və razılıqları əsasında hüquq və vəzifələr qəbul etməklə müqavilə münasibətlərinə daxil olurlar. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4cü maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Əmək Məcəlləsinin 47-ci maddəsi həm işçi və işəgötürən arasında bağlanan müddətli əmək müqaviləsi ilə münasibətləri müfəssəl, xüsusi olaraq tənzimlədiyindən, həm də rəqəm olaraq “sonrakı” hüquq norması olduğundan sözügedən maddə həmin Məcəllənin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norması kimi çıxış etməklə üstün hüquqi qüvvəyə malikdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli formada razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Belə ki, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi qüvvədədir, aşkar və müəyyən normadır, Əmək Məcəlləsinin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norma kimi çıxış edir və qeyd olunan norma şərtsiz tətbiq edilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri (hazırki iş üzrə müqavilə subyekti olan iddiaçının ali təhsilli, savadlı və təcrübəli şəxs olması nəzərə alınmaqla) müqavilə münasibətləri üzrə hüquq və öhdəliklərini dərk etməklə müvafiq hüquq münasibətlərinə daxil olmalı və müqavilə azadlığı prinsipini nəzərdə saxlamaqla müqavilə bağlamalıdırlar. Məhkəmə qeyd edir ki, “prinsip” latınca “rəhbər, başlanğıc müddəa” deməkdir və mülki hüquq münasibətləri ilə bağlı qüvvədə olan bütün normalar prinsiplərə (o cümlədən müqavilə azadlığı) uyğun tətbiq edilməlidirlər. Əks halda, prinsipə zidd olan hüquq münasibəti və hüquq norması əsassız hesab edilməlidir. Bundan əlavə, cavabdeh orqan publik hüquqi şəxs olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxsin bir növüdür. Hüquq münasibətlərin müstəqil növü olan publik hüquqi şəxsin digər subyektlərlə müstəqil formada, iradə sərbəstliyi və müqavilə azadlığı prinsip rəhbər tutulmaqla müqavilə münasibətlərinə daxil olmaq və müqavilə şərtlərini müəyyən etmək hüququ vardır. Subyektin üzərinə müqavilə şərtlərindən əlavə digər vəzifələr qoymaq qanuni hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətləri publik (inzibati) hüquq münasibətlərindən fərqli olaraq tərəflərin bərabərliyinə əsaslanır. Bu səbəbdən, qanuna əsasən bərabər olan tərəflərin birinin hüquqlarını hər hansı bir formada məhdudlaşdırmaq, çərçivəyə salmaq yolverilməz olmaqla qanunçuluq və hüquqi müəyyənlik prinsipinə ziddir. Beləliklə, müəyyən olunur ki, iddia tələbi üzrə İddiaçı Muza oğlu qismində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi İşəgötürən qismində sərbəst formada öz iradələrini ifadə etməklə müqavilə azadlığı prinsipinə əsasən müqavilə münasibətlərinə daxil olmuşlar və etibarlı müqavilə şərtlərini qəbul etməklə imzalamışlar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İşçi xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilməsi müəyyən olunmuşdur. X4 İddiaçı və İşəgötürən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin İdarə heyətinin sədri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İddiaçı 10 (on) ay əmək müqaviləsi üzrə İşçi kimi əmək funskiyalarını icra etmiş və əmək haqqı almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-530 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 10 (on) aydan sonra, 22 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndində əsasən xitam verilmişdir. Belə ki, müqavilənin müddətinin xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qüvvədə olması nəzərə alınmaqla müddət bitdikdən 5 gün sonra, yəni bir həftə ərzində İşəgötürən müddətin bitməsi əsası ilə müqaviləyə qanuni formada xitam vermişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsi üzrə cavabdehin qanunun tələblərini pozması, öz mövqeyindən sui-istifadə etməsi, iddiaçını aldatması və onun iştirakı olmadan birtərəfli qaydada əmək müqaviləsinin bağlandığını qeyd etsə də, MPM-in 77.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin xüsusatları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, ümumiyətlə həmin hallar prosessual tərəf olaraq iddiaçı tərəfdən ( iddiaçı və ya nümayəndəsi) məhkəmə iclaslarında səsləndirilməmiş, bu barədə hər hansı mövqe ifadə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinin tələbləri əsas götürülməklə, məhkəmə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında qanuni və əsaslı qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar