Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1136/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" X1 Cəmiyyəti və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliyin icra edilərək mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Kömürçü X1 Cəmiyyəti və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliyin icra edilərək mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilən yeni yaşayış kompleksinin, 6-cı binanın (layihə üzrə 1-ci bina) 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 130,4 kv.m. olan, 3 otaqlı, 17 saylı və 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 116,8 kv.m. olan, 3 otaqlı, 20 saylı mənzilin İddiaçı2, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 1 saylı və 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 2 saylı mənzilin İddiaçı1, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 11 saylı və 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzilin İddiaçı3 təhvil verilməklə, sahiblik və istifadələrinə verilməsinə, həmçinin ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun, cavabdehlərdən tutularaq İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.0.2023-cü il tarixdə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanda inşa edilən yeni yaşayış kompleksinin, 6-cı binanın (layihə üzrə 1-ci bina) 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 130,4 kv.m. olan, 3 otaqlı, 17 saylı və 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 116,8 kv.m. olan, 3 otaqlı, 20 saylı mənzilin İddiaçı2, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 1 saylı və 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 2 saylı mənzilin İddiaçı1, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 11 saylı və 5ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzilin İddiaçı3 təhvil verilməsi, həmçinin 100 (bir yüz) manat dövlət rüsumunun, cavabdehlərdən tutularaq İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 107 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə “Hüseyn” firmasının xx.xx.2004-cü il tarixli, M-38/4 saylı, “NAB GROUP OF COMPANİES” şirkətinin xx.xx.2004-cü il tarixli, 639 saylı müraciətləri və xx.xx.2004-cü il tarixli müqavilə nəzərə alınaraq, ünvan 3 ünvandakı 376-cı məhəllədə 0.5249 ha. torpaq sahəsində yaşayış binasının və ticarət mərkəzinin layihələndirilməsi və tikintisinə icazə verilib. Ərazidəki tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi “Hüseyn” firması ilə “NAB GROUP OF COMPANİES” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi həmin sərəncamda nəzərdə tutulub. Sonradan “Hüseyn” firması tərəfindən tikinti işlərinin həyata keçirilməsində yubanmalar baş verib. Cavabdehlər ilə aşağıdakı müqavilələrə əsasən - İddiaçı1 arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqavilə və həmin müqaviləyə 17 noyabr 2018-ci il tarixli əlavə ilə ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 1 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı1 arasında bağlanmış 30 mart 2017ci il tarixli müqavilə və həmin müqaviləyə 17 noyabr 2018-ci il tarixli əlavə ilə ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 2 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı2 arasında bağlanmış 04 may 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 31 may 2017-ci il tarixli əlavə ilə ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 130,4 kv.m. olan, 3 otaqlı, 17 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı2 arasında bağlanmış 04 may 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 25 sentyabr 2017-ci il tarixli əlavə ilə ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 116,8 kv.m. olan, 3 otaqlı, 20 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair, İddiaçı3 arasında bağlanmış 02 may 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə 28 dekabr 2022-ci il tarixli əlavə ilə ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 5- ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 11 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair; İddiaçı3 arasında bağlanmış 02 may 2018-ci il tarixli müqavilə və həmin müqaviləyə 28 dekabr 2022-ci il tarixli əlavə ilə ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 5- ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzilin iddiaçıya təhvil verilməsinə dair öhdəlik (öhdəliklər) var. İmzalanmış müqavilələrin şərtinə görə cavabdehlər ən geci 2019-cu ilin İ rübünə kimi göstərilən sahələri “Kreditor”lara təhvil verməli olduğu halda, bu günə kimi öhdəlik icra edilməmişdir. Bundan əlavə hörmətli məhkəmənin diqqətinə çatdırırıq ki, əvvəllər cavabdehlər öhdəliyin icra edilməsini aramızda aparılan danışıqlar zamanı etiraf etsələr də, 2022-ci ilin sonlarında müqavilələr ilə iddiaçılara verilməsi nəzərdə tutulan mənzilləri və qeyri-yaşayış sahələrini təhvil verməyə imkanlarının olmamasını, həmin sahələrin tikinti ərazisinə düşən əvvəlki ticarət mərkəzindəki mağazalara görə verilməsinin nəzərdə tutulduğunu və yaxın gələcəkdə həmin ərazidə tikiləcək yeni ticarət mərkəzində həmin sahələrin iddiaçılara verilməsinin mümkünlüyünü bildirirlər. Lakin, bu yeni şərtlərlə iddiaçılar razı ola bilməz. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin həmin ərazidə mövcud olmuş ticarət mərkəzinin yerində yeni yaşayış binası və ticarət mərkəzi kompleksinin tikilməsinə dair xx.xx.2005-ci il tarixli sərəncamı hələ də tam icra edilməyib və ərazidə ticarət mərkəzini hansı tarixdə tikiləcəyi naməlum qalıb. Bundan əlavə tərəflər arasında olan müqavilələrə görə hazırda tikintisi tamamlanmış 6-cı binada (layihə ilə 1-ci binada) razılaşdırılmış qeyri-yaşayış sahələrinin və mənzillərin iddiaçılara verilməsinə dair öhdəlik var. Həmçinin, hörmətli məhkəmənin diqqətinə çatdırırıq ki, uzun illərdir ki, tərəfimizdən bu layihəyə yatırılan investisiya passiv olaraq qalıb və bundan sonra da naməlum vaxtı gözləməyə razı deyilik. Onu da bildirək ki, bizdən başqa da həmin əraziyə düşən mağazaların köçürülməsinə dair cavabdehlər ilə digər mülkiyyətçilər arasında mübahisələr olmuş, məhkəmə qərarları ilə iddiaçıların pozulmuş hüquqları bərpa edilmiş və məhkəmə qətnamələri ilə mənzillər və sahələr (və ya pul məbləği) sahiblərinə qaytarılmışdır. Belə olan təqdirdə iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 yazılı ərizəsini məhkəməyə təqdim edərək iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehlərin nümayəndəsi və vəkilinin iddia tələbini qəbul etməsinə dair ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilməlidir. İş materiallaırnda olan borclu qismində Cavabdeh2MTK, "xxxx" X1 Cəmiyyəti ilə kreditor İddiaçı3 arasında bağlanmış 02 may 2018-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən borclular ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı 9 A və 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 9 B saylı mənzilləri kreditora ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəsinə götürür. İş materiallarında olan 02 may 2018-ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, “Kooperativ” tərəfindən Payçıya təhvil verilən 9 A və 9B saylı mənzillərin nömrəsi dəqiqləşdirilərək müvafiq olaraq 11 və 12 saylı qəbul edilir. İş materiallaırnda olan borclu qismində Cavabdeh2MTK, “Hüseyn” firması ilə kreditor İddiaçı2 arasında bağlanmış 04 may 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən borclular ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın 6-cı mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 130,2 kv.m. olan, 3 otaqlı mənzili kreditora ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəsinə götürür İş materiallarında olan 04 may 2016-cı il tarixli müqaviləyə xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, “Kooperativ” tərəfindən Payçıya təhvil verilən 6-cı mərtəbədə yerləşən və ümumi sahəsi layihə üzrə 130,4 kv.m. olan mənzilin nömrəsi dəqiqləşdirilərək müvafiq olaraq 17 saylı qəbul edilir. İş materiallaırnda olan borclu qismində Cavabdeh2MTK, “Hüseyn” firması ilə kreditor İddiaçı2 arasında bağlanmış 04 may 2016-cı il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən borclular ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 117.1 kv.m. olan, 3 otaqlı mənzili kreditora ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəsinə götürür İş materiallarında olan 04 may 2016-cı il tarixli müqaviləyə xx.xx.2017-ci il tarixli əlavədən görünür ki, “Kooperativ” tərəfindən Payçıya təhvil verilən 7-ci mərtəbədə yerləşən və ümumi sahəsi layihə üzrə 116,8 kv.m. olan mənzilin nömrəsi dəqiqləşdirilərək müvafiq olaraq 20 saylı qəbul edilir. İş materiallaırnda olan borclu qismində Cavabdeh2MTK, “Hüseyn” firması ilə kreditor İddiaçı1 arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən borclular ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı 1 B saylı mənzili kreditora ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəsinə götürür İş materiallarında olan 30 mart 2017-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli əlavədən görünür ki, “Kooperativ” tərəfindən Payçıya təhvil verilən 1B saylı mənzilin nömrəsi dəqiqləşdirilərək müvafiq olaraq 2 saylı qəbul edilir. İş materiallaırnda olan borclu qismində Cavabdeh2MTK, “Hüseyn” firması ilə kreditor İddiaçı1 arasında bağlanmış 30 mart 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən borclular ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra 6-cı binanın 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı 1 A saylı mənzili kreditora ən geci 2019-cu ilin birinci rübündə verməyi öhdəsinə götürür İş materiallarında olan 30 mart 2017-ci il tarixli müqaviləyə xx.xx.2018-ci il tarixli əlavədən görünür ki, “Kooperativ” tərəfindən Payçıya təhvil verilən 1A saylı mənzilin nömrəsi dəqiqləşdirilərək müvafiq olaraq 1 saylı qəbul edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının mənzillərin ona təhvil verilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclular kreditorlara sökülən mağazaların əvəzinə ödənişsiz müvafiq mənzillərin verilməsi barədə müqavilərə bağlayaraq üzərilərinə buna dair öhdəlik götürsələr də öz öhdəliklərini icra etməmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklər icra edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanda inşa edilən yeni yaşayış kompleksinin, 6-cı binanın (layihə üzrə 1-ci bina) 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 130,4 kv.m. olan, 3 otaqlı, 17 saylı və 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 116,8 kv.m. olan, 3 otaqlı, 20 saylı mənzillər İddiaçı2, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 1 saylı və 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 2 saylı mənzillər İddiaçı1, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 11 saylı və 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzillər İddiaçı3 təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən iddianın etiraf edilməsi barədə ərizədə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, iddia tələbinin etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanda inşa edilən yeni yaşayış kompleksinin, 6-cı binanın (layihə üzrə 1-ci bina) 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 130,4 kv.m. olan, 3 otaqlı, 17 saylı və 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 116,8 kv.m. olan, 3 otaqlı, 20 saylı mənzillər İddiaçı2, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 1 saylı və 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 2 saylı mənzillər İddiaçı1, ünvan 2 ünvanda tikilən yeni yaşayış kompleksində 6-cı binanın (layihə ilə 1-ci bina) 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 90,2 kv.m. olan, 2 otaqlı, 11 saylı və 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 97,3 kv.m. olan, 2 otaqlı, 12 saylı mənzillər İddiaçı3 təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-1136/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1136/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver