Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1159/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “Cavabdeh ünvan 1 saylı evin 64-cü mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 3206.25 (üç min iki yüz altı, iyirmi beş qəpik) manat, məhkəmə xərcləri üçün 52,06 manat olmaqla ümumilikdə 3258,31 (üç min iki yüz əlli səkkiz manat otuz bir qəpik) manat, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizinin İddiaçı MTK-nın hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “Cavabdeh ünvan 1 saylıevin 64-cü mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 3206.25 (üç min iki yüz altı, iyirmi beş qəpik) manat, məhkəmə xərcləri üçün 52,06 manat olmaqla ümumilikdə 3258,31 (üç min iki yüz əlli səkkiz manat otuz bir qəpik) manat, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizinin İddiaçı MTK-nın hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ünvan 1 saylı evin sahəsi 142.5 kv.m. olan üç otaqlı 64 saylı mənzilin İddiaçı MTK-dən alınmasına dair 41 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Yaşayış binası 2019-cu ilin avqust ayında istismara qəbul edilmişdir. Cavabdeh kommunal xidməti haqqını 2019-cu ilin avqust ayından ödəməmişdir. Nəticədə Cavabdeh kommunal xidmətlərə görə İddiaçı MTK-nə 3206.25 manat borcu yaranmışdır. Bununla da Cavabdeh İddiaçı MTK-nə müəyyən məbləğdə ziyan vurmuşdur. Əlavə olaraq, Azərbaycan Respublikası İXM-nin 393-1.4-cü maddəsinə əsasən “Çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı MTK-nın xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixədək Cavabdeh borcu 3206,25 (üç min iki yüz altı manat iyirmi beş qəpik) manat təşkil edir. İş materiallarına İddiaçı MTK-nın Cavabdeh ünvanladığı pretenziya məktubu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün belə müqavilə bağlandığı andan və ya yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və ya kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ünvan 1 saylı evin sahəsi 142.5 kv.m. olan üç otaqlı 64-cü mənzilinin İddiaçı MTK-dən alınmasına dair 41 saylı alqı-satqı müqaviləsi bağlanması və Cavabdeh tərəfindən 3206,25 (üç min iki yüz altı manat iyirmi beş qəpik) manat kommunal xərclərin ödənilməməsi mülki işin mübahisəsiz halıdır (cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında bildirmişdir). Hazırda mənzil cavabdeh tərəfindən üçüncü şəxsə satılmışdır. Lakin, mənzilin hazırda başqa şəxsin mülkiyyətində olması cavabdehin iddiaçı qarşısında vaxtilə yaranmış öhdəliklərinin xitamına səbəb ola bilməz. Nəzərə alınır ki, tərəflər arasında müvafiq münasibətlərlə bağlı müqavilə bağlanmamış, öhdəlik münasibətləri yaranmamışdır. Məhz bu səbəbdən, iddia tələbinin qanuni əsası qismində öhdəlik münasibətlərinin çıxış etməsi istisna olunur. Cavabdehin mülkiyyətində olmuş mənzil binanın tərkib hissəsi olması xüsusatı əsas götürülməklə iddiaçı tərəfindən binanın saxlanılması, ümumi mülkiyyətin qorunması, təminatı, müdafiəsi və s. ilə bağlı zəruri yaxşılaşdırıcı tədbirlər görülmüşdür. Yəni, iddiaçı tərəf özgə işlərini tapşırıqsız icra etmişdir ki, həmin işlərin görülməsi mülkiyyətçilərin, həmçinin cavabdehin ümumi maraqlarına uyğundur. Lakin, qanunçuluq və hüquqi sabitliyin təmin olunması üçün iddiaçı vətəndaşlarla müqavilə bağlamaqla müvafiq haqqların (ödəniş) tələb edilməsində fəallıq göstərməlidir. Deməli, iddia tələbi iddiaçı tərəfin müvafiq maliyyə arayışı, hesablanma qaydası, düsturu tərtib edərək məhkəməyə təqdim etməsi xüsusatı nəzərə alınmaqla 3206,25 (üç min iki yüz altı manat iyirmi beş qəpik) manat pulun ödənilməsi hissəsində əsaslıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizinin İddiaçı MTK-nın hesabına ödənilməsi” hissəsində iddiaçının subyektiv hüququ olmadığından tələb həmin hissədə əsassızdır. Belə ki, inzibati xətaların qarşısının alınması, profilaktikası, subyektlərin inzibati məsuliyyətə cəlb edilməsi inzibati araşdırmanı aparan dövlət aparatı qismində müvafiq orqanların müstəsna səlahiyyətinə aid olduğundan, iddiaçının göstərilən tələblə məhkəməyə müraciət etməsi əsassızdır. Hətta hazırki tələbin sözügedən hissəsinin məhkəmədə baxılıb-baxılmaması məsələsi, yəni, xitam əsasları müzakirəyə açıqdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalı, mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmənin şəxsi mülahizəsinə əsasən qərar qəbul edilməsi yolverilməzdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, bu barədə aktiv sübutetmə (təkzibetmə) funksiyası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 52,06 (əlli iki manat altı qəpik) manat manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3206,25 (üç min iki yüz altı manat iyirmi beş qəpik) manat pul və ödənilmiş 52,06 (əlli iki manat altı qəpik) manat pul tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “Cavabdeh ünvan 1 saylıevin 64-cü mənzilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 3206.25 (üç min iki yüz altı, iyirmi beş qəpik) manat, məhkəmə xərcləri üçün 52,06 manat olmaqla ümumilikdə 3258,31 (üç min iki yüz əlli səkkiz manat otuz bir qəpik) manat, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizinin İddiaçı MTK-nın hesabına ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3206,25 (üç min iki yüz altı manat iyirmi beş qəpik) manat pul və ödənilmiş 52,06 (əlli iki manat altı qəpik) manat pul tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-1159/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1159/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver