Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1165/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kommunal xidmətə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MTK Cavabdeh qarşı “kommunal xidmətə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı evin 173-cü mənizilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 3279,50 (üç min iki yüz yetmiş doqquz manat əlli qəpik) manat borcun, məhkəmə xərcləri üçün 52,80 (əlli iki manat səksən qəpik) manat, ümumilikdə 3332,30 (üç min üç yüz otuz iki manat otuz qəpik) manat, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393.1-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun 150 %-nin ASRA” MTK-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddia tələbini onunla əsaslandırmışdır ki, rəhbərlik etdiyi ünvan 1 ünvanında yerləşən İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə ünvan 1 saylı evin sahəsi-127.3 kv.metr (dəqiqləşmədən sonra- 131.18 kv.metr) olan iki otaqlı 173-cü mənzilinin İddiaçı MTKdən alınmasına dair 40 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Yaşayış binası 2019-cu ilin avqust ayında istismara qəbul edilmişdir. Cavabdeh kommunal xidməti haqqını 2019-cu ilin avqust ayından bu günə (2023-cü ilin noyabr ayı) qədər, bir dəfədə olsun, ödəməmişdir. Nəticədə Cavabdehnin kommunal xidmətlərə görə İddiaçı MTK-nə 3279.50 manat borcu yaranmışdır. Bununla da Cavabdeh İddiaçı MTK-ya müəyyən məbləğdə ziyan vurmuşdur. Cavabdehyə məxsus olan 173 nömrəli mənzilin ümumi sahəsi-131.18 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi, MTK-nın qərarına əsasən, 0.50 qəpik müəyyən edilmişdir. 131.18 kv.m*0.50q=65.59 manat, 65.59*50 ay=3279.50 manat. Bildirir ki, kommunal ödənişlərdən bütün təminatlara (su təchizatı, liftlərə aylıq texniki qulluq, blokların, həyətin, su nasosxanasının, liftlərin, şlaqbaumların işıq təhcizatı, məişət tullantıların daşınması, blokların, mərtəbələrin, liftlərin, uşaq meydançasının, həyətin təmizlənməsi, məişət tullantıların hər mərtəbədən xadimələr tərəfindən götürülməsi, həyətin 24 saat mühafizəsi, binanın giriş qapılarının, mərtəbələrdə PVC qapıların, şüşələrin təmiri, generatorun, su nasoslarının təmiri və saxlanması, kameraların, şlaqbaumun təmiri) ödənişlər olunur, eyni zamanda həmin yığılan vəsaitdən işçilərə əmək haqqı ödənilir. Bununla bağlı hər ayda müvafiq qaydada sakinlər üçün hesabat lövhəyə vurulur. Cavabdeh və digər mənzil mülkiyyətçilərinin ödəmələrində gecikmələr olması və ya ödəniş etməmələri nəticəsində İddiaçı MTK-nın DSMF-yə faiz borcları yaranmışdır. Bununla bağlı tərəflərindən Cavabdeh və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Cavabdeh qarşı kommunal ödənişlərin tələbinə dair iddiaya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53 maddəsinə əsasən iddia tələbinin artırılması hüququndan istifadə edərək, cavabdeh tərəf Cavabdehlə İddiaçı MMC arasında imzalanan xx.xx.2014-cü il tarixli Bakı şəhəri, N.Rəfiyev küçəsi 25-də inşa edilən binanın 173 mənzilinə dair alqı-satqı müqaviləsinin 1.2 bəndində göstərilənlərə əsasən, bina təhvil verilərkən dəqiqləşdirilən əlavə sahənin fərqini iddia tələbinə əlavə edilməsini məqsədə müvafiq hesab edirlər. Cavabdeh İddiaçı MTK-nə kommunal ödənişlərdən əlavə alqı-satqı müqaviləsinin 1.2 bəndinə əsasən 4850 AZN borcu yaranmışdır. Həmin məbləğin yaranması bu cür qeyd olunub; 131.18-127.3=3.88 kv.m. 3.88 kv.m X 1250 manat =4850 manat. Beləliklə, iddia tələbinin həcminin artırılmasına yəni ilk tələb olan 3332.50 + 4850 (dörd min səkkiz yüz əlli) manat=8182.50 (səkkiz min yüz səksən iki) manat pulun Cavabdeh tutularaq İddiaçı MTK-ya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin 06 mart 2024-cü il tarixli qərardadı ilə iddianın həcminin artırılması barədə ərizə icraata qəbul olunmamamış, iddiaçıya ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və etirazının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, xx.xx.2014-cü il tarixdə İddiaçı MMC-dən mənzil alsa da, indiyədək həmin mənzildə yaşamadığı, tərəflər arasında kommunal xidmətlərə dair müqavilənin olmamasına bildirmişdir. Odur ki, iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: İcraçı ("xxxx" MMC) ilə İnvestor (Cavabdeh) arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, “İcraçı” ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının 2ci blokunda, 19-cu mərtəbədə 173 saylı mənzili müqavilənin şərtlərinə və İnşaat norma və qaydalarına uyğun olaraq “İnvestora” təqdim edir. Mənzil 2 otaqdan ibarətdir və ümumi sahəsi 127.3 m2-dir. Sahə-mənzil “İnvestora” təhvil verilən zaman bir daha dəqiqləşdirləcəkdir. Mənzillərin ümumi sahəsinə yaşayış, yardımçı və balkon sahələri də daxil edilir. Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı MTK xx.xx.2013-cü il tarixdə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. İddiaçı MTK-nın sakinlərinin xx.xx.2019-cu il tarixli iclasının protokolundan çıxarışdan görünür ki, səsvermə nəticəsində kommunal xidmətlərə görə ödənişlərin hər kv.m. üçün 0,50 (əlli qəpik) manat məbləğində müəyyən edilməsi təsdiq edilmişdir. İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa görə, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 131,18 kv.m olan 173 saylı mənzilin sahibidir. MTK üzvlərinin xx.xx.2019-ci il tarixli iclasının protokulundan çıxarışa əsasən, kommunal xidmətin ödənişi hər kv.metrə görə 0,50 qəpik, müəyyən edilmişdir. Mənzilin sahəsi 131,18 kv.m. x 0,50 qəpik = 65,59 manat aylıq ödəniş təşkil edir. Yaşayış binası istismara qəbul edildiyi aydan (avqust 2019-cu il) bu günədək, yəni 25 oktyabr 2023-cü il tarixinə Cavabdeh İddiaçı MTK-ya kommunal xidmətlərə görə borcu (50 ay X 65,59) 3279,5 manat təşkil edir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh İddiaçı MTK-ya olan borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2018-ci il tarixli, 42 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev 25, blok 2, mərtəbə 19, 2 otaqlı, 173 saylı ümumi sahəsi 127,3 m2 olan mənzilin dəyərini İddiaçı MTK-ya tam ödəmişdir, borcu yoxdur. xx.xx.2019-cu il tarixli, İddiaçı MMC-nin qərarına görə, İddiaçı MMC-nin təşkilati hüquqi forması dəyişilərək İddiaçı MTK-ya çevrilməsi və cəmiyyətin nizamnaməsi təsdiq edilməsi müəyyən olunmuşdur. Sifarişçi (“Asra MTK”) ilə xidmət göstərən ("xxxx" QSC) arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 18-TX096 nömrəli, “Litflərə Texniki Xidmət” müqaviləsinə görə, “Xidmət göstərən” 6 ədəd sərnişin liftinə mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürür. “Sifarişçi” göstərilən işlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəməyi öz öhdəsinə götürür. İcraçı (Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC) ilə sifarişçi (“Asra MTK”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 50289 nömrəli, müqaviləyə əsasən, “İcraçı”, “Sifarişçiyə” məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini, “Sifarişçi” isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. İcraçı (Vətən-N Mühafizə Xidməti MMC) ilə sifarişçi (“Asra MTK”) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Mühafizə Xidmətlərinin Göstərilməsi barədə” müqavilələrinə görə, sifarişçi mülkiyyətdə olduğu İddiaçı MTK ünvanda yerləşən obyekti təhvil verir, icraçı isə obyektin mühafizəsini öz üzərinə götürür. Müqavilə 1 il müddətində bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1087.1-ci maddəsinə əsasən Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə əsasən Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 138.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 137.9-cu maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 141.1-141.6-ci maddələrə əsasən Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının 2-ci bloku, 19-cu mərtəbədə yerləşən ümumi sahəsi 127.3 m2 ibarət 173 saylı mənzili cavabdehə təhvil verməyi, cavabdeh isə ilkin ödənişi 89.800 manat olmaqla, qalan 69.235 manat məbləği hər ay ödəməyi öhdəsinə götürmüşdür. 27 noyabr 2018-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh həmin mənzilin dəyərini İddiaçı MMC-yə tam olaraq ödəmişdir. Sonradan "xxxx" MMC təşkilatı hüquqi formasını dəyişərək İddiaçınə çevrilmişdir. İddiaçı MTK-nın sakinlərinin xx.xx.2019-cu il tarixli iclasında səsvermə nəticəsində kommunal xidmətlərə görə ödənişlərin hər kv.m. üçün 0,50 (əlli qəpik) manat məbləğində olması müəyyən edilmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 saylı evin 173-cü mənizilinə dair göstərilən kommunal xidmətlərə görə yaranmış 3279,50 manat borcun, məhkəmə xərcləri üçün isə ödənilmiş 52,80 manat pulun Cavabdeh tutulmasını tələb edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393.1-1.4 maddəsində nəzərdə tutulan tələb edilən borcun 150 %-nin İddiaçı MTK-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Mülki Məcəllənin 358-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Odur ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətləri nəzərə alınmalıdır. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə, tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verməlidir. İşin faktiki halları ondan ibarətdir ki, binanı inşa etmiş "xxxx" MMC 2019-cu ildə İddiaçı MTK-ya çevrilmişdir. Kooperativ 2019-cu ilin sentyabr ayından fəaliyyət göstərir, binanın idarəçiliyi ilə bağlı bir sıra işləri həyata keçirir. Belə ki, binada məişət tullantılarının daşınması, mühafizə xidməti, liftlərə texniki xidmətlərin göstərilməsi faktiki olaraq İddiaçı MTK-nin ayrı-ayrı şirkətlərlə bağladığı müqavilələr əsasında həyata keçirilir. Bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Belə olan halda, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, yaşayış binası istismara qəbul edildiyi aydan (avqust 2019-cu il) deyil, kommunal xidmətlərə görə ödənişin məbləğinin müəyyən edildiyi aydan, yəni 2019-cu ilin sentyabr ayından 25 oktyabr 2023-cü il tarixinə kimi kommunal xidmətə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Həmçinin iddia ərizəsində mənzilin ümumi sahəsi 131.18 kv.m göstərilsə də, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, mənzilin ümumi sahəsi 127,3 kv.m. təşkil edir. Odur ki, ümumi sahəsi olan 127.3 kv.m. olan mənzilə (127 kv.m. x 0.50 manat = 63.65 manat) kommunal xidmətlərə görə hesablanmış borc (49 ay x 63.65 manat) cavabdehdən tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi borcun 150 %-nin İddiaçı MTK-nın hesabına ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə-ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Odur ki, iddiaçı İXM-nin 393-1.4-cü maddəsinə əsaslanmaqla, ödənilməli olan ödənişlərin 150 %-nin İddiaçı MTK-nın hesabına ödənilməsini cavabdehdən tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunal xidmətə görə yaranmış 3118,85 (üç min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş 51,18 (əlli bir manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MTK-ya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kommunal xidmətə görə yaranmış 3118,85 (üç min yüz on səkkiz manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş 51,18 (əlli bir manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MTK-ya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1165/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1165/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver