Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1180/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı və onu nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış 20 sentyabr 2017-ci il tarixli müqavilə üzrə götürdüyü qiymətə və sahəyə uyğun olaraq sahəsi 95.62 kv.m olan mənzilin ona təhvil verilməsini, gecikdirilən müddət üçün mənzilin qiymətinə müvafiq olaraq kompensasiya ödənilməsini, eyni zamanda hər kv.m görə müqavilədə razılaşdırdıqları 250 manat məbləğində olacaq təmirin qiymətinin 150 manat azaldıldığı üçün onların ona qarşı yaranan 6100 manat məbləğində borcun, həmçinin keçən 6 il ərzində ona dəymiş maddi, mənəvi və fiziki zərərin qiymət fərqindən çıxılması, eyni zamanda məhkəmə xərclərinin Cavabdeh MTK-dan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, 2017-ci ildə Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri ilə birlikdə iddiaçı və digər sakinlərlə Cavabdeh MMCnin binasında görüş keçirilmişdir. Onlara bildirilmişdir ki, möhtərəm X10 cənablarının göstərişinə əsasən mənzilləri “pilot layihə” əsasında sökülməli və sakinlərin mənzilməişət şəraitinin və rifahının, həmçinin şəhərin görünüşünün yaxşılaşdırılması məqsədilə daha müasir yeni mənzillər tikilməlidir. Sakin olaraq bu qərara dərin hörmətlə yanaşaraq 1 ay ərzində evi boşaltmış və Cavabdeh MMC ilə xx.xx.2017-ci il tarixdə müqavilə başlamışdırlar. Yaşadığı 4 otaqlı mənzil plana düşməsi səbəbindən sökülmüş və qarşılığında o, müqavilədə qeyd edilən şəkildə sahəsi 95.62 kv.m olan mənzili seçmişdir. Bu məqsədlər 20 sentyabr 2017-ci il tarixdə Cavabdeh MMC-nin direktoru X9 ilə aralarında müqavilə bağlanmışdır. Onun evinin sahəsi 61 kv.m olduğundan və ona təkilf edilən mənzilin ümumi sahəsi 95.62 kv.m olduğuna görə aradakı qiymət fərqini ödəməklə həmin mənzil barədə Cavabdeh MMC ilə aralarında razılıq əldə etmiş və bu barədə müqavilənin 2.1.6 bəndində qeydlər aparılmışdır. Ondan asılı olmayan səbəblərə görə mənzillərin sökülməsi gecikmiş və bu da öz növbəsində şirkət tərəfindən binanın tikintisinə başlamağı ləngitmişdir. Tərəfindən dəfələrlə bu səbəbi göstərməklə MTK-ya müraciətlər ünvanlanmasına baxmayaraq, MTK-nin səlahiyyətli nümayəndələri hər dəfə eyni cavabla məni sakitləşdirmiş və narahatçılığa heç bir əsas olmamasını və mənzilin vaxtında ona təhvil verəcəklərini bildirmişlər. Növbəti müraciətlərinin birində ona bildirdilər ki, “layihədə dəyişiklik edilir, bir az səbrli olun, özümüz sizi çağıracağıq”. Dəfələrlə eyni vədi verməklərinə və müqavilənin bağlanmasından 6 il müddət keçməsinə baxmayaraq, nəticədə nə mənzilin tikintisi başa çatdırılmış, nə də verdikləri vədə əməl etmişlər. Onun köhnə mənzili 4 otaqdan ibarət olmuşdur. Keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra aralarında razılıq əldə edilmiş və mənzil bərabər şəkildə bölünmüşdür. Belə ki, müqavilə bağlanan zaman ona təklif edilən mənzillərin siyahısından öz göstəricilərinə və keçmiş mənzil şəraitinə uyğun şəkildə, yəni orta blokdan, gün işığı düşən, hər iki tərəfi də yel çəkən və eyvanı olan, qonaq və yataq otaqları ayrı olmaq şərtilə 12-ci mərtəbədə yerləşən 233 saylı mənzilin layihəsini bərəndiyi üçün məhz onu seçmişdir. Layihəyə 2-3 dəfə dəyişiklik olunmuş və bu səbəbdən müqaviləni yeniləmək istədiyini bildirsə də, MTK-nin səlahiyyətli şəxsləri eyni qaydada onu əmin etmişdirlər ki, narahat olmayım, məni istədiyim mənzillə təmin edəcəklər. 2022-ci ilin avqust ayında şəxsən yenidən MTK-nın səlahiyyətli nümayəndəsinə yaxınlaşmışdı. Bu zaman ona məlum olmuşdur ki, onun şəxsən özünün seçdiyi və müqavilədə də göstərilən 233 saylı mənzilin layihəsi dəyişdirilmişdir. İddia ərizəsi verəndən təxminən 20 gün əvvəl MTKnin nümayəndələri onu çağırmış və birmənalı şəkildə bildirmişdilər ki, ona ancaq razılığı olmadığı, müqavilədə qeyd ediləndən tamamilə fərqli olan 1 otaqlı, sahəsi 94.5 kv.m olan studyo mənzil düşür. Həmçinin bildirmişdirlər ki, sahəsi 94.5 kv.m olan mənzil üçün gəlib müqaviləni tez bağlamasa, onu həm mənzildən, həm də kirayə haqqından məhrum edəcəklər. Eyni zamanda bugünki gündə mənzillərin təmiri üçün lazım olan məbləği müqavilədə qeyd etdikləri kimi hər kv.m görə 250 azn deyil, 150 azn hesablayacaqlarını bildirmişdirlər. Dİgər sakinlər bununla razılaşmış və müqavilə bağlamışdılar. Belə olacağı təqdirdə, müqaviədən irəli gələn öhdəliklərə əsaəsn MTKnın pna 6100 manat borcu yaranır. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır və idda ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı Cavabdeh MTK-nə müraciət edərək, yeni tikilən binada onun payına düşən yaşayış sahəsi üzrə daha artıq kv.m verilməsini xahiş etmiş və “Fədək" MTK iddiaçının bu xahişini nəzərə alıb ona verilməsi nəzərdə tutulan yaşayış sahəsindən, yəni 61 kv.m üzərinə 34.62 kv.m əlavə edilməsi şərti ilə ümumilikdə 95.62 kv.m yaşayış sahəsi verilməsi barədə razılığa gəlmişlər. Bundan sonra İddiaçı qıza və cavabdeh “Fədək" M İ K arasında 70-M saylı 20 sentyabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1 -ci bəndinə əsasən Nəsimi rayon İcra İ iakimiyyətinin 23 iyun 201 7- ci il tarixli 1 73 saylı sərəncamına əsasən “Fədək’' MTK-nin Nəsimi rayonu, Azadlıq prospekti. Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan əvvəlki "Mülkiyyətçi’' X3 adma olan mənzil, keçmiş həyat yoldaşı İddiaçı ilə notarial qaydada razılaşmasına əsasən həmin mənzilə məxsus sahədən 61 kv.m sahə “mülkiyyətçi” İddiaçı Fərəmə/, qızına verildiyi üçün, hazırkı "mülkiyyətçi” İddiaçı 61 kv.m sahə əvəzinə "İ " blokunda sahəsi 95.62 kv.m olan 12-ci mərtəbədə yerləşən 233 saç h mənzili ləmirli verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ei bəndinə əsasən İddiaçı sözügedən mənzilin ümumi sahəsinə əlavə edilmiş sahədən artıq sahənin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən iddiaçı müqavilədə nəzərdə tııtulan 95.62 kv.m sahədən artıq 34.62 kv.m yaşayış sahəsinin dəyərini 1400 manat (tomirli) olmaq şərti ilə ödəmək, əgər ödənişi etməkdən imtina edərsə həmin artıq sahə başqasına verilir. (Təmir xərci şirkət tərəfindən 250 manat hesablanır). İddiaçı ümumilikdə 48468 manat, ilkin olaraq isə 17000 manat ödəmək və qalan qalıq 31468 manat pul məbləğini aylıq 250 manat olmaq şərti ilə hər ay ödəniş etmək öhdəliyi götürmüşdür. Lakin İddiaçı cavabdeh 70-M saylı 20 sentyabr 2017- ci il tarixli müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən “Fədək" MTK-nə nə ilkin olaraq 17000 manat, nə də qalan qalıq hissəsi üçün hər ay 250 manat ödəməmişdir. Onuda qeyd edim ki, iddiaçının öhdəliyində olan hər ay 250 manat ödənişlər Cavabdeh MTK tərəfindən ödənilmişdir. Bundan əlavə olaraq Cavabdeh MTK İddiaçı 31 oktyabr 2018-ci il tarixli ərizəsi əsasında 20 sentyabr 2017-ci il tarixli 70-M saylı müqaviləyə əlavə olaraq həmin ünvanda yerləşən mənzil üzrə İddiaçı kirayə haqqı 275 manatdan 325 manata qədər artırılmışdır. Bugünədək İddiaçı tərəfindən Cavabdeh MTK-nə müqavilə üzrə hər hansı ödəniş icra edilməmişdir, cavabdeh iddiaçıya həmin ödənişlərin həyala keçirilməsi üçün müraciət etsə də, iddiaçı həmin ödənişlərin icrasından yayınmışdır. Bundan sonra İddiaçı cavabdeh “Fədək" MTK-nə pretenziya məktubu ilə müraciət edərək, yalnız Cavabdeh MTK- nin üzərinə düşən öhdəliklərinin icrasını tələb etmiş, lakin öz, üzərinə düşən öhdəliklərin icrası ilə bağlı hər-hansı bir məsələyə toxunmamışdır. Həmçinin Cavabdeh MTK Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin sorğusuna 10/2 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Cavabdeh MTK kompromis variant olaraq vətəndaş X4m əlavə mənzil sahəsinin dəyəri tam ödənildiyi halda inşaası başa çatmış binada 94.5 kv.m ibarət 2 otaqlı mənzil sahəsi ilə təmin etməyə hazırdır. Öhdəlik yerinə yetirilmədiyi təqdirdə qanunvericliyin tələblərinə uyğun olaraq ilkin müqavilə üzrə X4 61 kv.m mənzil sahəsi ilə təmin olunacaqdır. Belə ki, 70- M saylı 20 sentyabr 2017-ci il tarixli müqavilənin növü real müqavilədir, bu səbəbdən bu müqavilədə tərəflərin razılığa gəlməsi kifayət deyil, bunun üçün tərəflər müəyyən hərəkətləri də yerinə yetirməlidir. Cavabdeh “ Fədək MTK öz üzərinə düşən öhdəliyin icra edilməsi, yəni həmin mənzil üzrə yeni tikiləcək binadan 95.62 kv.m olan 12-ci mərtəbədə yerləşən 233 saylı mənzili təhvil verilməsi üçün, ilkin olaraq iddiaçı X1 ümumilikdə 48468 (qırx səkkiz min dörd yüz altmış səkkiz) manat pul məbləğini cavabdeh “Fədək'’ MTK-nə ödəməlidir və yalnız bundan sonra Cavabdeh MİK öz üzərinə düşən öhdəliyi icra edərdi. Nəticə etibarı ilə, cavabdehin öz üzərinə götürdüyü öhdəliyin icrası üçün, ilkin olaraq iddiaçının öz üzərinə düşən öhdəliyin icrası zəruridir. Göründüyü kimi, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə iki hissədən ibarətdir: 1) əvəzçilik, 2) alğı-satqı. Həmin müqaviləyə əsasən Cavabdeh MTK müqavilənin əvəzçilik hissəsində öz üzərinə düşən öhdəliyi qəbul edir və icra edəcəkdir. Lakin müqavilənin alğı-satqı hissəsində cavabdeh “Fədək" MTK-nin öhdəliklərinin icrası üçün, ilkin olaraq İddiaçı müqavilədə göstərilən ödənişlər həyata keçirilməli idi. Hal-hazırda İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş ümumilikdə 48468 manat ödəsə belə, Cavabdeh MTK artıq iddiaçıya həmin mənzili təhvil verə bilməz, ona görə ki artıq həmin mənzil müqavilə əsasında başqa şəxsə təhvil veriləcəkdir. Göründüyü kimi, İddiaçı müqavilədə nəzərdə tutulan ödənişi həyata keçirməmişdir, yəni iddiaçının hərəkətsizliyi imtina kimi qəbul edilmiş və həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən sözügedən mənzil başqa şəxsə verilmişdir. Göstərilənlərə əsasən, iddiaçı X2 Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə dair” iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onu nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 20 sentyabr 2017-ci il tarixli, 70-M saylı müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh MMC-nin nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X9, digər tərəfdən “mülkiyyətçi” adlanacaq İddiaçı arasında müqavilə baglamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən Nəsimi rayon İcra hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MMC-nin Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan əvvəlki mülkiyyətçi X3 adına olan mənzil, keçmiş həyat yoldaşı İddiaçı ilə notarial qaydada razılaşmasına əsasən həmin mənzilə məxsus sahədən 61 kv.m sahə mülkiyyətçi İddiaçı verildiyi üçün hazırki mülkiyyətçi İddiaçı 61 kv.m sahə əvəzinə “E” blokunda sahəsi 95.62 kv.m olan 12-ci mərtəbədə yerləşən 233 saylı mənzili təmirli şəkildə verməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən mülkiyyətçi mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada tikilmiş mənzii qəbul etməyi, həmçinin mənzilin ümumi sahəsinə əlavə edilmiş sahədən artıq sahənin dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.6-ci bəndinə əsasən layihədə müqavilədə nəzərdə tutulan 95.62 kv.m sahədən artıq 34.62 kv.m yaşayış sahəsinin dəyərini 1400 azn olmaq şərti ilə ödəmək, əgər ödənişi etməkdən imtina edərsə (rəsmi yazılı surətdə) həmin sahədə artıq sadə başqasına verilir. (Təmir xərci şirkət tərəfindən 250 azn-ə hesablanır). Qeyd: cəmi 34.62x1400=48468 azn öhdəliyi qalır. İlkin olaraq 17000 azn ödəyir, qalan qalıq 48468-17000=31468 azn aylıq 250 azn olmaq şərti ilə katlavan qazılandan sonra hər ay ödəniş edir. Müqavilənin 2.2.5-ci bəndində Cavabdeh MMC-nin yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi”-yə mənzili təhvil vermək vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh MTK tərəfindən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh MMC ilə Bakı şəhəri, Azadlıq prospekti, ev 80, mənzil 51-də qeydiyyatda olan vətəndaş İddiaçı arasında bağlanılmış 70-M saylı, 20 sentyabr 2017-ci il tarixli müqaviləyə əsasən əri X5 məxsus mənzilin bir hissəsinin (61 kv.m.) əvəzinə üzərinə əlavə öhdəlik məbləği götürərək 95,62 kv.m-dən ibarət 2 otaqlı mənzil sahəsi verilməsi barədə razılığa gəlinmişdir. Lakin, vətəndaş İddiaçı müqaviləyə əsasən yaranmış 48468 mant öhdəlik məbləğini ödəmək məsuliyyətini öz üzrəinə götürsə də, müqavilə şərtlərini kobud şəkildə pozaraq bu günə qədər heç bir ödəniş etməmişdir. Hal-hazırda Cavabdeh MTK kompromis varisnat olaraq vətəndaş İddiaçı əlavə mənzil sahəsinin dəyəri tam ödənildiyi halda inşaası başa çatmış binada 94,5 kv.m-dən ibarət 2 otaqlı mənzil sahəsi ilə təmin etməyə hazırdır. Öhdəlik yerinə yetirilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq ilkin müqavilə üzrə İddiaçı 61 kv.m mənzil sahəsi ilə təmin olunacaqdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 569.1-ci maddəsinə Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 569-cu maddəsində əşyanı vermək vəzifəsinin icrası müddətinə dair qaydalar müəyyənləşdirilib, lakin satıcı həmin qaydaları pozub, müqavilə 2017-ci ildə bağlansa da uzun müddət ərzində (6 il ərzində) mənzili alıcıya təhvil verməyib, hal-hazırda iddiaçını (alıcını) mənzilin dəyərini tam ödəməməkdə təqsirləndirir. Məhkəmə qeyd edir ki, əvvəlcə aydınlaşdırılmalıdır ki, müqavilənin digər tərəfi olan satıcı öz öhdəliyini (mənzili alıcıya təhvil vermək barədə öhdəliyini) nəyə görə yerinə yetirməyib. Müəyyən olunur ki, iddiaçı müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməklə müqavilə üzrə üzərinə düşən öhdəliyin bir hissəsini icra etmişdir, müqavilədə nəzərdə tutulan 95.62 kv.m sahədən artıq 34.62 kv.m yaşayış sahəsinin dəyərini isə ödəməkdən isə boyun qaçırmayıb, pulun qalan hissəsini ödəmək üçün dəfələrlə müraciət etsə də, MMC tərəfindən ödənişlərin qəbul edilmədiyini bildirmişdir. İddiaçının bu hərəkəti Mülki Məcəllənin 441.2-ci maddəsinin göstərişinə uyğun olmuşdur. Belə ki, həmin maddəyə görə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Satıcı mənzili təhvil vermək barədə öhdəliyin icrasını həyata keçirmədiyinə görə iddiaçı (qarşılıqlı icra öhdəsinə düşən tərəf) öz öhdəliyinin icrasını dayandırmışdır, öhdəliyin icrasından imtina etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır, belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Həmçinin məhkəmə hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı mənzilin hər kv.m görə müqavilədə razılaşdırdıqları 250 manat məbləğində olacaq təmirin qiymətinin 150 manat azaldıldığı üçün, Cavabdeh MTK-nin ona 6100 manat məbləğində yaranmış borcunun, həmçinin keçən 6 il ərzində ona dəymiş maddi, mənəvi və fiziki zərərin mənzilin dəyərinin qiymət fərqindən çıxılmasını xahiş etsə də, iddiaçı tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli, 70-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasının “E” blokunun 12-ci mərtəbəsində yerləşən 233 saylı, 95.62 kv.m sahəsi olan mənzil təmirli vəziyyətdə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli, 70-M nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa olunan yaşayış binasının “E” blokunun 12-ci mərtəbəsində yerləşən 233 saylı, 95.62 kv.m sahəsi olan mənzil təmirli vəziyyətdə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsinş Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1180/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1180/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver